Məhkəmə qərarları › İş №3(048)-80/2025

Lerik Rayon Məhkəməsi Qərardad — İş №3(048)-80/2025

05.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 3(048)-80/2025 05.03.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlu, Lerik Rayon İcra və Probasiya şöbəsinin 18 fevral 2025-ci il tarixli qərarının ləğv edilməsi barədə 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli icra sənədənin geri qaytarılması barədə Lerik Rayon İcra və Probasiya şöbəsinin 18 fevral 2025-ci il tarixli qərarının ləğv edilməsi xahiş olunmuşdur. Hazırda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, şikayətin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni nəzərə alaraq hesab edir ki, şikayət baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Odur ki, qeyd olunanlara əsasən şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Lerik Rayon İcra və Probasiya şöbəsinin 18 fevral 2025-ci il tarixli qərarının ləğv edilməsi barədə 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar