Məhkəmə qərarları › İş №3(048)-85/2024

Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-85/2024

01.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-85/2024 01.05.2024 LERİK RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Şikayət vermiş şəxs X5 iştirakı ilə, xx.xx.2000-ci ildə Lerik şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, Lerik şəhəri H.Aslanov küçəsi ev 7-də qeydiyyatda olmaqla orada yaşayan, Lerik Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi X4 tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Lerik Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi X4 tərəfindən qəbul edilmiş MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X14 Azərbaycan Respublikası İXMnin 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 80 manat məbləğində cərimə edilmişdir. X14 həmin qərardan şikayət verərək Lerik Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi X4 tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı inzibati xəta haqqında iş üzrə qərardan şikayət verən şəxs X14 şikayətini müdafiə edərək izahatında göstərdi ki, Lerik şəhərində X6 məxsus mağazada satıcı işləyir. 12 mart 2024-cü il tarixdə polis əməkdaşları mağazada ona yaxınlaşaraq ad soyadını soruşduqdan sonra nə səbəbdən velosipetləri mağazanın qarşısına qoyduğunu irad tutmuşlar. Onlara velosipedləri küçədə yığmadığını, mağazanın sahibinin mülkiyyətində olan mağazanın qarşısına qoyduğunu desə də lakin buna icazə yoxdur deyərək barəsində cərimə yazmışlar. Bir müddət sonra heç bir təqsiri olmasa da barəsində qərar tərtib edərək cərimə etmişlər. Hesab edir ki, o, heç bir inizbati xəta hadisəsi törətməmiş. Barəsində qəbul edilmiş inzibati xəta haqqında protokol və qərar qanunsuz və əsassızdır. Ona görə də qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilmiş inzibati xəta haqqında iş üzrə qərarı qəbul etmiş səlahiyyətli orqan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir, Məhkəmə iclasında şahid qidsmində dindirlmiş X11 izahatında göstərdi ki, Lerik şəhərində yaşamaqla, sahibkar kimi fəaliyyət göstərir. Özünə məxsus mağazası vardır. Həmin mağazanın ön hissəsində olan bir metr boş sahə onun mülkiyyətindədir. Satıcı tərəfindən yığılmış velosipetlərin olduğu sahə ona məxsus olsa da həmin velosipetlər sakinlərin gediş-gəlişinə maneəçilik törətmir.Ancaq polis əməkdaşları bu boş sahəni küçə kimi qiymətləndirməklə əsassız olaraq əmək müqaviləsi əsasında mağazasında satıcı işləyən Nehmət Əskərov barəsində inizbati tənbeh tətbiq etmişlər. Bu səbəbdən o, Azərbaycan İqtisadi İnkişaf Nazirliyinə bu barədə müraciət etmiş və cavabında ona bildirmişlər ki, mağazanın qarşısında olan mülkiyyətində olan torpaq sahəsi üçün küçə ticarəti ilə məşqul olmaqla bağlı heç bir razılıq lazım deyildir. İş materiallarında olan Əmək Müqaviləsinin bağlanması ilə bağlı Əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən X11, işəgötürənin səlahiyyətlərini yerinə yetirən şəxs isə X9r. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin qeydiyyat tarixi, xx.xx.2020-ci il tarixli qeydiyyat nömrəsi ********** olmaqla hüquqları rəsmiləşdirilən şəxs- X11, Daşınmaz əmlakın növü - Qeyri-yaşayış binası, Ünvanı- Lerik şəhəri N.Nərimanov küçəsi 43D, Daşınmaz əmlakın mülkiyyət növü –xüsusi, Daşınmaz əmlak üzərində hüququn növü-mülkiyyət, Daşınmaz əmlakın ümumi sahəsi- 31.3, torpağın sahəsinin mülkiyyət növü-xüsus, Torpaq sahəsi üzərində hüququn növü-mülkiyyət, torpağın kateqoriyası-sənaye, nəqliyyat, müdafiə və digər təyinatlı torpaqlar, torpaq sahəsinin ölçüsü-0.00722, daşınmaz əmlakın reyestr nömrəsi-**********81 06301, hüquqi sahibləri X7r. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş Texniki pasportun planından görünür ki, tikinti obyektinin qarşısında əlavə olaraq Niyazi Quliyevə məxsus boş sahə vardır. Məhkəmə şikayətçini dinləyib, iş materiallarını tədqiq edib, sübutlara obyektiv, hüquqi qiymət verərək belə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X14 barədə Lerik Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi X4 tərəfindən qəbul etdiyi MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki,Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydalarına əsasən səyyar formada və ya daimi ticarət yerindən kənarda - evdə, iş, təhsil yerində, nəqliyyatda, küçə və s. yerlərdə dondurma, alkoqolsuz içkilər, istehsalçı tərəfindən qablaşdırılmış çörək-bulka və qənnadı məmulatları meyvə-tərəvəz məhsulları istisna olmaqla, qida məhsullarının, dərman vasitələrinin, qiymətli metal və daşların, onlardan hazırlanan məmulatların, silahsursatın, audiovizual əsər və fonoqramların, elektron hesablama maşınları üçün proqramların satılmasına yol verilmir. Qanun eyni zamanda səyyar (mövsümi) ticarət və xidmət küçələrin, səkilərin hərəkət hissəsində, dövlət müəssisə və təşkilatların binalarına, tarixi və mədəniyyət abidələrinə, təhsil müəssisələrinə bitişik ərazilərdə həyata keçirilə bilməz. Göründüyü kimi X2 şəhəri N.Nərimanov küçəsində X6 məxsus və mülkiyyətində olan ticarət obyektində müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilmiş yerdə malların satılmasını və işlərin görülməsini həyata keçirmiş olsa da, lakin Lerik Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi X1 Nehmət Balabək oğlu barəsində inzibati xəta haqqında protokol tərtib edərkən onun qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə protokol tərtib etməklə cərimə etmişdir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydalarında görünür ki, şəxsin mülkiyyətində olan ticarət obyektinin qarşında malların qoyulması küçə ticarəti kimi qiymətləndirilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsində göstərilir ki, qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə səksən manat məbləğində cərimə edilir. İş materiallarında olan MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 şəhərində mağazanın qarşısında satış üçün nəzərdə tutulmuş velosipedlər aşkarlandıından, İXM-in 454-cü maddəsinə əsasən cərimə edilməsi qeyd edilmişdir. Lakin məhkəmə iclası zamanı şahid qismində dindirlmiş X11 izahatında göstərdimişdir ki, X14 ona məxsus Lerik şəhərində yerləşən mülkiyyətində olan mağazanın qarşısında velosipetləri yığmışdır. Həmçinin velosipetlər küçədə deyil öz ərazisində yığılmışdır. Belə ki, inzibati xəta haqqında protokolun qanuniliyi və əsaslılığını yoxlamaq üçün məhkəmə İXM-in 109.1.3-cü maddəsinin tələbinə əsasən iş barəsində zəruri olan əlavə materialın (inzibati xəta haqqında protokolun və qərarın) məhkəməyə təqdim edilməsini tələb etsə də, inzibati xəta haqqında iş üzrə qərarı qəbul etmiş səlahiyyətli orqan həmin sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hallardan bəhs edən 75.0.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərin icraatı üzrə ilk növbədə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir. Təqdim edilmiş sübutlar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinin tələbinə əsasən (İnzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.) hazırkı iş üzrə inzibati xəta hadisəsinin olmasını kifayət qədər təsdiq etmədiyinə görə məhkəmə hesab edir ki, X10 istinad edilən İXM-in 454-cü maddəsində nəzərdə tutlan inzibati xəta hadisəsi olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2– 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında,134.1.3-cü maddəsinə əsasənə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 133-cü və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şikayət təmin edilsin. Lerik Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi X4 tərəfindən qəbul edilmiş MN ******* saylı «inzibati tənbeh vermə haqqında» qərarı ləğv edilsin. Həmin qərarın hüquqi nəticələri ləğv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar