Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 3(048)-88/2024 01.05.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlu, Şəxs barəsində Lerik Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala işin baxılmağa hazırlanması zamanı baxaraq, müəyyənetdim: Lerik Rayon Polis Şöbəsinin sahə rəisi polis mayoru X1 tərəfindən xx.xx.1984-cü il təvəllüdlü Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə tərtib olunmuş 26 aprel 2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və inzibati xəta haqqında işin aiddiyyatı üzrə göndırilməsi barədə qərardad 01 may 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə hesab edir ki, təqdim edilmiş materiallar natamam olduğuna görə işə baxılarkən onları tamamlamaq mümkün olmadığından onlar geri qaytarılmalıdır. Belə ki, Lerik Rayon Polis Şöbəsinin sahə rəisi polis mayoru X1 tərəfindən Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərkən İXM-in müvafiq maddələrinin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 100-cü madədinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərkən protokolda, protokolun tərtib edildiyi tarix və yer;protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi;inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi;olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilməlidir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Göründüyü kimi Şəxs barəsində Lerik Rayon Polis Şöbəsinin sahə rəisi polis mayoru X1 tərəfindən Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə tərtib edilmiş 26 aprel 2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokola, aşkar edilmiş mülki silahın MSY-nə təhvil verilməsi barədə protokol, barəsində inzibati icraat aparılan şəxsin və şahidlərin izahatı, eyni zamanda mülki silahın (ov tüfənginin) markası, modeli, kalibiri və digər məlumatlar göstərilməməklə protokola əlavə edilməmişdir. Qeyd edilən nöqsanlar aradan qaldırılmadan barəsində protokol tərtib edilmiş şəxsin məhkəmə iclasında iştirakının təmin edilməsi, işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması mümkün mümkün olmadığından materiallar geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43, 100, 103, 106, 109 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldım: Şəxs barəsində Lerik Rayon Polis Şöbəsinin sahə rəisi polis mayoru X1 tərəfindən Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə tərtib edilmiş 26 aprel 2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Lerik Rayon Polis Şöbəsinə geri qaytarılsın. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №3(048)-88/2024
Lerik Rayon Məhkəməsi Qərardad — İş №3(048)-88/2024
01.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver