Məhkəmə qərarları › İş №3(048)-89/2025

Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-89/2025

08.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-89/2025 08.03.2025 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, məhkəmə iclasının katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs. inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lerik Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Lerik rayonu, Lələhiran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Lerik rayonu, Lələhiran kəndində qeydiyyatda olan Şəxs barəsində Lerik Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli, 2(002)- 813/2019-cu il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lerik Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə 08 mart 2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilmişdir.Həmin protokola əsasən Şəxsun Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli, 2(002)- 813/2019 saylıicra vərəqəsinə əsasən 7710 manat aliment borcu vardır. Məhkəmə iclasında dindirilmiş Lerik rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 bildirmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli, 2(002)- 813/2019 saylı icra vərəqəsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli, 2(002)- 813/2019 saylıqətnaməsi ilə tutulan alimentin miqdarı artılmış və Şəxs X1 xeyrinə xx.xx.2010-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən bir uşağa görə160 manat miqdarında sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. İcra vərəqəsi xx.xx.2019-cu il tarixdə Lerik Rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün isə məhkəməyə və tələbkara göndərilmişdir. Borclu Şəxs icra məmurunun qanuni tələbindən yayınaraq məhkəmə qərarının icrasını təmin etməmiş və üzərində olan aliment pulunu ödəməkdən yayınmışdır. Həmçinin borclu şəxs aliment borcunu ödəmədiyindən barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş və Lerik Rayon Məhkəməsinin 3(048)-213/2024 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə borclu şəxs 10 gün müddətə inzibati qaydada həbs edilmişdir. Bundan sonra borclu şəxs aliment borcundan müəyyən məbləğdə ödənişlər etsə də, sonradan yaşayış yerini dəymiş, icra məmurunun çağırışlarına gəlməmiş, aliment borcundan ödənişlər etməmişdir. Bu səbəbdən borclu şəxs barəsində axtarış elan edilmişdir. Hazırda borclu Şəxs icra sənədi üzrə ödənilməyən 7710 (yeddi min yeddi yüz on) manat aliment borcu vardır. Tələbkar isə aliment borcunun ödənilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq borclu barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında hazırda maddi imkanı olmadığından aliment borcundan hər hansı bir məbləğdə ödəniş edə bilmir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli, 2(002)- 813/2019 nömrəli icra sənədindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(002)-2522/2015 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının artırılması, cavabdeh Şəxs iddiaçı X1 xeyrinə xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən bir uşağa görə hər ay 160 manat miqdarında sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, icra sənədi icraata daxil olmuş, tələbin könüllü icrası ilə bağlı bildiriş icra edilməsi üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir. Lerik Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(048)-213/2024 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 (on) gün müddətə inzibati qaydada həbs edilmişdir. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Mərkəzləşdirilmiş informasiya sistemindən Çıxarışdan və izahatından görünür ki, Şəxs heç bir növ əmək pensiyası və sosial müavinət almır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı, icra məmurunun ifadəsi, «inzibati xəta haqqında» protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsinə əsasən Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir Məhkəmə inzibati icraatda iştirak edən şəxslərin izahatını dinləyib, inzibati xəta haqqında 08 mart 2025-ci il tarixli MN № ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməmiş, İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törətmiş və bununla da o, İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İnzibati xəta törətmiş Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 08 mart 2025-ci il tarixdən saat 17:12-dən hesablansın. Qərarın icrası Lerik rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Lerik rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar