Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-91/2025 01.04.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi ilə, xx.xx.1984 ildə Lerik rayonu, Noda kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Lerik rayonu, Noda kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lerik RPŞ-nin İTB-nin sahə polis nəfəri polis baş serjantı Teymur Hüseynov xx.xx.2024-cü il tarixli raportla müraciət edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, sahə polis nəfəri, polis kiçik serjantı Qadir Zeynalov ilə birlikdə xidməti ərazidə olduqları zaman Lerik rayonu Noda kənd sakini X9 yaşadığı evdə mərhum babası X2 qalmış 1 ədəd tək lülə, 16 kalibrli, 98036 nömrəli ov tüfənginin olmasını aşkar etmişlər. Həmin silah tərəflərindən götürülərək Lerik RPŞ-nə gətirilmişdir. Odur ki, X16 barəsində tədbir görülməsini xahiş etmişdir. Lerik RİHB-nın Noda kənd İƏD tərəfindən verilmiş məktubdan görünür ki, X13 xx.xx.1995-ci ildə Noda kəndində vəfat etmişdir. Lerik RPŞ-nin sahə inspektoru, polis mayoru X14 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardaddan görünür ki, xx.xx.2024-cü il tarixli raporta əsasən inzibati icraat açılmışdır. Lerik RPŞ-nin İTB-nin rəisi VMİE polis kapitanı X17, İTB-nin sahə rəisi, polis mayoru X3, X11 baş inspektoru, polis mayoru X4, Məsul növbətçi, polis leytenantı X1, Lerik RPŞnin TH-nin polis nəfəri, polis baş serjantı X6 iştirakları ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Lerik rayon Noda kəndində yaşayan X7 xx.xx.2024-cü il tarixdə götürülmüş 01 ədəd 16 kalibrli, 98036 nömrəli, tək lülə yivsiz ov silahı Lerik RPŞ-nin maddi sübutların saxlanıldığı otaqda saxlanılması üçün Lerik RPŞ-nin TH-nin polis nəfəri, polis baş serjantı X10 təhvil verilmişdir. Lerik RPŞ-nin sahə inspektoru, polis mayoru X14 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardaddan görünür ki, inzibati xəta haqqında iş üzrə icraat dayandırılmışdır. Lerik RPŞ-nin sahə inspektoru polis leytenantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Lerik RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis baş serjantı Teymur Hüseynovun raportu və ona əlavə edilmiş material daxil olmuşdur. Həmin raportda Lerik rayonu, Noda kəndində qeydiyyatda olan X16 tərəfindən müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə almadan mülki silahı əldə edib saxlaması qeyd olunmuşdur. Araşdırma zamanı icraatına daxil olmuş material əsasında vət. X16 ilə xx.xx.2025-ci il tarixdə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə ***-***-**-** saylı mobil nömrə vasitəsilə əlaqə saxlanılmış, telefon danışığı zamanı sonuncu halhazırda Bakı şəhəri, Sabunçu rayonu, Kürdaxanı qəsəbəsində yaşadığını, götürülmüş mülki silahın babası X8 məxsus olduğunu, rəhmətə getdikdən sonra bununla bağlı heç bir sənədləşmə işlərinin aparılmadığını, eləcə də həmin silahı evlərində qanunsuz saxladığını, yəni saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün xüsusi icazə almadığını etiraf etmiş və barəsində toplanmış inzibati xəta haqqında protokolun və ona əlavə edilmiş materialın Lerik Rayon Məhkəməsinə göndərilməsinə etirazının olmadığını bildirmişdir. Lerik RPŞ-nin sahə inspektoru polis leytenantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardaddan görünür ki, inzibati xəta haqqında iş üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lerik rayon Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 11 mart 2025-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs müvafiq icra hakimiyyəti orqanından (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi) xüsusi icazə almadan mülki silahı əldə edib saxlamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsiri sübuta yetirildiyindən təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan mülki silahı saxladığına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş silah və döyüş sursatı müsadirə edilməklə inzibati cərimənin aşağı həddində tənbeh tədbirinin tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ondan götürülmüş və hazırda maddi sübut kimi Lerik rayon Polis şöbəsində saxlanılan - 01 ədəd 16 kalibrli, 98036 nömrəli, tək lülə yivsiz ov silahı müsadirə edilməklə, 80 (səksən) manat inzibati cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ondan götürülmüş və hazırda maddi sübut kimi Lerik rayon Polis şöbəsində saxlanılan - 01 ədəd 16 kalibrli, 98036 nömrəli, tək lülə yivsiz ov silahı müsadirə edilməklə, 80 (səksən) manat inzibati cərimə edilsin. Lerik rayon Polis şöbəsində saxlanılan - 01 ədəd 16 kalibrli, 98036 nömrəli, tək lülə yivsiz ov silahı Azərbaycan Respublikası DİN-nin X24 Baş İdarəsinə təhvil verilsin. Qərarın icrası müvafiq olaraq Lerik Rayon Polis şöbəsinə və Lerik Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №3(048)-91/2025
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-91/2025
01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver