Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-95/2025 20.03.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Musayev Hökməli Oktay oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Lerik RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı X1, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs - Şəxs iştirakları ilə, xx.xx.1956-cı il tarixdə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, təqaüdçü, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 321.1, 327.6 və 332.4-cü maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lerik rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində 321.1, 327.6 və 332.4-cü maddələri ilə tərtib olunmuş inzibati material baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 20 mart 2025-ci il tarixdə tərtib edilmiş AP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Lerik şəhəri, E.Qarayev küçəsində avtomobili idarə etmək üçün müvafiq sürücülük kateqoriyası olmadan idarə etdiyi “Vaz 21214” markalı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobili arxaya idarə edərkən əks istiqamətin hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozaraq dayanmış vəziyyətdə olan “Vaz 21214” markalı, ** OL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə həmin avtomobilə maddi ziyan vurmuş və hadisə yerindən yayınmışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Lerik RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı X2 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə “Kia” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobil ilə xidmətdə olarkən saat təqribən 13:00 radələrində ***-***-**-** mobil nömrədən ona zəng gələrək Lerik şəhəri, E.Qarayev küçəsində yerləşən “Elçin” kafesinin qarşısında yol nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat verildi. O, dərhal hadisə yerinə getmiş, hadisəni müayinə etmişdir. Məlum olmuşdur ki, “Vaz 21214” markalı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobil arxaya hərəkət edərkən dayanmış vəziyyətdə olan “Vaz 21214” markalı, ** OL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Yol nəqliyyat hadisəsi törədən “Vaz 21214” markalı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomabilin sürücüsü Şəxs hadisəni törədərək hadisə yerindən yayınmışdır. Hadisənin video görüntüsü çıxarılaraq sürücülər Lerik RPŞ-nə dəvət olundular, lakin hadisəni törədən sürücü Şəxs polis şöbəsinə gəlməkdən imtina etdi. Sonra o, Şəxs yaşadığı Lerik rayonu Cəngəmiran kəndinə getmiş və sürücünü taparaq polis şöbəsinə dəvət etmişdir. Sürücü Şəxs sərxoşluq müayinəsindən keçmiş və aydın olmuşdur ki, sürücü spirtli içki qəbul edib və eyni zamanda sürücülük vəsiqəsində avtomobili idarə etmək üçün lazım olan “B” kateqoriyası yoxdur. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 321.1, 327.6 və 332.4-cü maddələri ilə protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 321.1, 327.6 və 332.4-cü maddələrinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında törətdiyi inzibati xətanı etiraf edərək, ilk dəfə inzibati xəta törətməsini və hazırda əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında yol-nəqliyyat hadisəsi zamanı ona dəymiş ziyanın barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsiri sübuta yetirildiyindən təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Lerik RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı X2 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə “Kia” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobil ilə xidmətdə olarkən saat təqribən 13:00 radələrində ***-***-**-** mobil nömrədən ona zəng gələrək Lerik şəhəri, E.Qarayev küçəsində yerləşən “Elçin” kafesinin qarşısında yol nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat verildi. O, dərhal hadisə yerinə getmiş, hadisəni müayinə etmişdir. Məlum olmuşdur ki, “Vaz 21214” markalı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobil arxaya hərəkət edərkən dayanmış vəziyyətdə olan “Vaz 21214” markalı, ** OL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Yol nəqliyyat hadisəsi törədən “Vaz 21214” markalı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomabilin sürücüsü Şəxs hadisəni törədərək hadisə yerindən yayınmışdır. Hadisənin video görüntüsü çıxarılaraq sürücülər Lerik RPŞ-nə dəvət olundular, lakin hadisəni törədən sürücü Şəxs polis şöbəsinə gəlməkdən imtina etdi. Sonra o, Şəxs yaşadığı Lerik rayonu Cəngəmiran kəndinə getmiş və sürücünü taparaq polis şöbəsinə dəvət etmişdir. Sürücü Şəxs sərxoşluq müayinəsindən keçmiş və aydın olmuşdur ki, sürücü spirtli içki qəbul edib və eyni zamanda sürücülük vəsiqəsində avtomobili idarə etmək üçün lazım olan “B” kateqoriyası yoxdur. İş materiallarına əlavə olunmuş Şəxs məxsus xx.xx.2002-ci il tarixdə verilmiş BB021710 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs C, C1 kateqoriyalı sürücülük hüququ verilmişdir. İş materiallarına əlavə olunmuş “Çinar” kiçik müəssisəsi tərəfindən verilmiş rəydən görünür ki, Zərərçəkmiş şəxs idarə etdiyi “Vaz 21214” markalı, ** OL *** dövlət qeydiyyat nişanlı avtomobilə Lerik şəhəri ərazisində baş vermiş avtoqəza nəticəsində 156 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarına əlavə olunmuş alkotestr qəbzindən görünür ki, Şəxs alkoqolun miqdarı 4,177% müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Lerik şəhəri, E.Qarayev küçəsində avtomobili idarə etmək üçün müvafiq sürücülük kateqoriyası olmadan idarə etdiyi “Vaz 21214” markalı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobili arxaya hərəkət etdirərkən əks istiqamətin hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozaraq dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs məxsus “Vaz 21214” markalı, ** OL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə həmin avtomobilə maddi ziyan vurmuş, eləcə də hadisə yerindən yayınmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 321.1, 327.6 və 332.4-cü maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı və həmin Məcəllənin 32.1.7-ci maddəsinə əsasən törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hallar hesab edilir. İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. (32.2.) Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını və zərərçəkmiş şəxsə vurulmuş zərəri ödəməsini məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab edir və Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon-şəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmişdir və həmin inzibati xətalar içərisində İXM-nin 321.1 və 327.6-ı maddələri nəzərdə tutulmamışdır. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli qərarına əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi, İXM-nin 321.1 və 327.6-cı maddələrində nəzərdə tutulan inzibati xətaya dair işə baxılması rayon-şəhər məhkəmələrinin səlahiyyətinə aid deyildir, Şəxs barəsində həmin maddə ilə inzibati tənbeh məhkəmə tərəfindən tətbiq oluna bilməz, bu hal İXM-nin 34.1 və 34.3-cü maddələrinin tələblərinə ziddir. Ona görə məhkəmə hesab edir ki, Şəxs barəsində sözügedən maddə ilə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə materiallar inzibati xəta haqqında protokolu tərtib etmiş orqana göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 332.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 321.1 və 327.6-cı maddələrində nəzərdə tutulan inzibati xəta olması haqqında iş materialları baxılması üçün Azərbaycan Respublikası DİN-nin Lerik Rayon Polis şöbəsinin X4 Bölməsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №3(048)-95/2025
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-95/2025
20.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver