Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-96/2025 30.03.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Lerik RPŞ-nin sahə inspektoru, polis baş leytenantı X1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lerik şəhər sakini Zərərçəkmiş şəxs2 xx.xx.2025-ci il tarixdə ərizə ilə Lerik rayon Polis şöbəsinin rəisinə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Lerik şəhəri Ə.Yaqublu küçəsində səki üzərində X2 və Zərərçəkmiş şəxs1 ilə oturmuşlar. Şəxs “Niva” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə onlara yaxınlaşaraq dayanmış və maşından düşərək içkili halda onların ünvanına nalayiq ifadələr işlədərək təhqir etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lerik rayon Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 28 mart 2025-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 19:30 radələrində ictimai qaydanı pozmuş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 00:05-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Lerik rayon Mərkəzi xəstəxanası tərəfindən müayinə zamanı xx.xx.1973-cü il təvəllüdlü Şəxs spirtli içki qəbul etməsi aşkar olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Lerik RPŞ-nin sahə inspektoru, polis baş leytenantı X4 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, təqdim olunmuş raporta əsasən xx.xx.2025-ci il tarixdə, saat təqribən 19:50 radələrində Lerik RPŞ-nin PPXB-nin Bölük komandirinin müavini, polis kapitanı Şahid1 Lerik RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı Şahid2 ilə birlikdə xidmətdə olduqları zaman Lerik şəhəri, “Şeytantəpə” adlanan ərazidə 4 nəfər şəxsin mübahisə etdiyi görmüşlər. Həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmişlər və onlardan ictimai qaydanı pozmamalarını tələb etmişlər. Həmin şəxslərdən bir nəfərin spirtli içkinin təsir altında olması açıq-aşkar bilinmişdir. Həmin şəxs onları gördükdə oradan qaçmaq istədikdə tərəflərindən saxlanılmışdır. Orada olan digər 3 nəfər şəxs həmin şəxsin adının Rauf olduğunu, mübahisənin səbəbinin isə Rauf adlı şəxsin içkili şəkildə avtomobili idarə edərək gəldiyini və onları təhqir etdiyini bildirdilər. Onlar Rauf adlı şəxsi dəfələrlə nizam-intizama dəvət etmələrinə baxmayaraq o, polisin qanuni tələbinə məhəl qoymadığı üçün yanında olan digər 3 nəfər şəxslə birlikdə tərəflərindən RPŞ-yə gətirilmişdir. Rauf adlı şəxsin özünə məxsus olan “Niva” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili spirtli içkinin təsiri altında idarə etdiyi üçün tərəflərindən həmin əraziyə YPX-nin əməkdaşları dəvət olunmuş və avtomobil YPX əməkdaşları tərəfindən Lerik RPŞ-nin duracağına yerləşdirilmişdir. Həmin şəxslər RPŞ-yə gətirildikdən sonra məlum olmuşdur ki, həmin şəxslər Lerik rayon sakinləri Şəxs, Zərərçəkmiş şəxs1, X2 və Zərərçəkmiş şəxs2dur. İnzibati xəta törədən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edərək əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışdıqlarını və ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lerik RPŞ-nin PPXB-nin Bölük komandirinin müavini, polis kapitanı Şahid1 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat təqribən 19:50 radələrində Lerik RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı Şahid2 ilə birlikdə xidmətdə olduqları zaman Lerik şəhəri, “Şeytantəpə” adlanan ərazidə 4 nəfər şəxsin mübahisə etdiyi görmüşlər. Həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmişlər və onlardan ictimai qaydanı pozmamalarını tələb etmişlər. Həmin şəxslərdən bir nəfərin spirtli içkinin təsir altında olması açıq-aşkar bilinmişdir. Həmin şəxs onları gördükdə oradan qaçmaq istədikdə tərəflərindən saxlanılmışdır. Orada olan digər 3 nəfər şəxs həmin şəxsin adının Rauf olduğunu, mübahisənin səbəbinin isə Rauf adlı şəxsin içkili şəkildə avtomobili idarə edərək gəldiyini və onları təhqir etdiyini bildirdilər. Onlar Rauf adlı şəxsi dəfələrlə nizam-intizama dəvət etmələrinə baxmayaraq o, polisin qanuni tələbinə məhəl qoymadığı üçün yanında olan digər 3 nəfər şəxslə birlikdə tərəflərindən RPŞ-yə gətirilmişdir. Rauf adlı şəxsin özünə məxsus olan “Niva” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili spirtli içkinin təsiri altında idarə etdiyi üçün tərəflərindən həmin əraziyə YPX-nin əməkdaşları dəvət olunmuş və avtomobil YPX əməkdaşları tərəfindən Lerik RPŞnin duracağına yerləşdirilmişdir. Həmin şəxslər RPŞ-yə gətirildikdən sonra məlum olmuşdur ki, həmin şəxslər Lerik rayon sakinləri Şəxs, Zərərçəkmiş şəxs1, X2 və Zərərçəkmiş şəxs2dur. Məhkəmə proses iştirakçılarının və şahidin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Lerik RPŞ-nin PPXB-nin Bölük komandirinin müavini, polis kapitanı Şahid1 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat təqribən 19:50 radələrində Lerik RPŞ-nin PPXB-nin Bölük komandirinin müavini, polis kapitanı Şahid1 Lerik RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı Şahid2 ilə birlikdə xidmətdə olduqları zaman Lerik şəhəri, “Şeytantəpə” adlanan ərazidə 4 nəfər şəxsin mübahisə etdiyi görmüşlər. Həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmişlər və onlardan ictimai qaydanı pozmamalarını tələb etmişlər. Həmin şəxslərdən bir nəfərin spirtli içkinin təsir altında olması açıq-aşkar bilinmişdir. Həmin şəxs onları gördükdə oradan qaçmaq istədikdə tərəflərindən saxlanılmışdır. Orada olan digər 3 nəfər şəxs həmin şəxsin adının Rauf olduğunu, mübahisənin səbəbinin isə Rauf adlı şəxsin içkili şəkildə avtomobili idarə edərək gəldiyini və onları təhqir etdiyini bildirdilər. Onlar Rauf adlı şəxsi dəfələrlə nizam-intizama dəvət etmələrinə baxmayaraq o, polisin qanuni tələbinə məhəl qoymadığı üçün yanında olan digər 3 nəfər şəxslə birlikdə tərəflərindən RPŞ-yə gətirilmişdir. Rauf adlı şəxsin özünə məxsus olan “Niva” markalı, **- BB-*** dövlət qeydiyyat nişanlı avtomobili spirtli içkinin təsiri altında idarə etdiyi üçün tərəflərindən həmin əraziyə YPX-nin əməkdaşları dəvət olunmuş və avtomobil YPX əməkdaşları tərəfindən Lerik RPŞ-nin duracağına yerləşdirilmişdir. Həmin şəxslər RPŞ-yə gətirildikdən sonra məlum olmuşdur ki, həmin şəxslər Lerik rayon sakinləri Şəxs, Zərərçəkmiş şəxs1, X2 və Zərərçəkmiş şəxs2dur. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 19:30 radələrində Lerik rayonu “Şeytantəpə” adlanan ərazidə ictimai qaydanı pozmuş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. (31.4-1) Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Həmin Məcəllənin 33.1.7-ci maddəsinə əsasən, inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə, Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal, inzibati xətanı sərxoş halda törətməsini məsuliyyəti ağırlaşdıran hal hesab edir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab edir və Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Məhkəmə həmçinin Şəxs xx.xx.2025-ci il tarixdən (saat 00:05-də) inzibati qaydada tutulduğunu, eləcə də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinin tələbini nəzərə alaraq belə qənaətə gəlir ki, ona tətbiq olunmuş cərimə inzibati tənbehin həddi 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən barəsində 150 (bir yüz əlli) manat məbləğindəməbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin və həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən barəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №3(048)-96/2025
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-96/2025
30.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver