Məhkəmə qərarları › İş №3(048)-97/2024

Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-97/2024

16.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-97/2024 16.05.2024 LERİK RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi Məsləhətçi (iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Lerik rayonu, Sors kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Lerik rayonu, Sors kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə Lerik RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs xx.xx.2020-ci il tarixdə idarə etdiyi Niva markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə Lerik rayonu Əliabad kəndində ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinin tələblərini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında yuxarıda göstərilən inzibati xətanı törətməsini etiraf edərək əməlindən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini göstərərək məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirlmiş X3 ifadəsində göstərdi ki, xx.xx.2024cü il tarixdə Lerik rayon Baykəndil kəndində rayon rəhbərliyinin vətəndaşlarla qəbulu bitdikdən sonra idarə etdiyi Rayon İcra hakimiyyətinə məxsus Cevrolet markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobillə Lerik şəhərinə doğru hərəkətdə olarkən rayonun Əliabad kənd yolunda qarşıdan gələn Niva markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin yolun onlara aid hissəsində yüksək sürətlə idarə olunduğunu və manevretmə qaydasını pozaraq onun idarə etdiyi avtomobilin üzərinə gələrək avtomobilin yan güzgüsünə toxunaraq güzgünü sındırmışdır. Məhkəmə iclasında şahid qismində dindirlmiş X1 və X4 şahid qismində dindirlmiş X3 ilə eyni məzmunlu ifadə veridlər. Məhkəmə inzibati icraatda iştirak edən şəxsin izahatını dinləyib, inzibati xəta haqqında 16 may 2024-cü il tarixli MN ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsinin tərkibi vardır və onun barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xəta törətmiş şəxs Şəxs əməlindən peşman olması, ilk dəfə inzibati xəta törətməsi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallardır. Onun əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar yoxdur. İş materiallarında olan Lerik RPŞnin İTB-nin sahə rəisi polis kapitanı X1 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 20:10-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə -nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halların olmasını və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun barəsində həmin maddənin sanksiyasında nəzrədə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla həbs növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114,115, 128-130-cu maddələrinə rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsində nəzərdə tutlmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 15 may 2024-cü il tarixdən saat 20:10-dan hesablansın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar