Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-99/2024 17.05.2024 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs Nuriyeva (Məmmədova) Gülbəniz Şahvəli qızının iştirakları ilə, xx.xx.1954-cü ildə Lerik rayonu Murya kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Lerik rayonu Murya kəndində qeydiyyatda olmaqla orada yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Lerik Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Lerik rayon Murya kəndində aralarında yaranmış mübahisə zamanı gəlini Nuriyeva (Məmmədova) Gülbəniz Şahvəli qızını döyməklə İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı yuxarıda göstərilən inzibati xətanı törətməsini etiraf edərək əməlindən peşman olduğunu, eyni zamanda zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmişin ondan heç bir tələbinin və şikayətinin olmadığını göstərərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs Nuriyeva (Məmmədova) Gülbəniz Şahvəli qızı məhkəmə iclası zamanı izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Lerik rayon Murya kəndində aralarında yaranmış mübahisə zamanı qaynatasıŞəxs onu döymüşdür. Hazırda Şəxs ilə barışdığından ondan heç bir tələbi və şikayəti yoxdur.Odur ki, onun barəsində olan işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə inzibati icraatda iştirak edən şəxslərin izahatını dinləyib, inzibati xəta haqqında xx.xx.2024-ci il tarixli, MN № ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi vardır. Lakin, məhkəmə inzibati xəta törətmiş Şəxs zərərçəkmiş şəxs Nuriyeva (Məmmədova) Gülbəniz Şahvəli qızı ilə barışdığını və onların bu barədə olan yazılı müracəitini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.0.9-cu maddəsinə əsasən Ş.Məmmədov barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, həmin maddəyə əsasən bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №3(048)-99/2024
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-99/2024
17.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver