Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1/2024 18.03.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Zərərçəkmiş şəxs, onun nümayəndəsi Nümayəndə Əlpaşa qızı və barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə, səhər saatlarında Lənkəran şəhəri, M.Ə.Sabir küçəsində yerləşən fərdi yaşayış evinin 2-ci mərtəbəsində bacısı Zərərçəkmiş şəxs döydüyünə görə Lənkəran ŞRPŞ-nin polis sahə rəisi X1 tərəfindən barəsində 28 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Lənkəran Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü tarixli qərarı ilə Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, yəni inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilmişdir. Lənkəran Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü tarixli qərarından zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsində baxılaraq məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə, şikayət qismən təmin edilərək, Lənkəran Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilmiş, Şəxs İXM-nin 157-ci maddəsi ilə barəsində olan inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Lənkəran Rayon Məhkəməsinə qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə birinci instansiya məhkəməsində həmin inzibati xəta haqqında işə baxılarkən Zərərçəkmiş şəxs həmçinin övladları – Nümayəndə və Ləman Nuriyevanın hadisə yerində olduğunu və hadisənin bilavasitə onların gözləri qarşısında baş verdiyini qeyd etmiş, lakin Şəxs həmin gün Nümayəndə və Ləman Nuriyevanın yas yerində olmalarını inkar etmişdir. Belə olan təqdirdə məhkəmə həmin halın yoxlanılması üçün bir neçə nəfər şəxsin izahatını almış, o cümlədən Nümayəndə istifadəsində olan mobil telefon nömrələrinin antenn məlumatını götürmüşdür. Aparılan araşdırmanın sonunda Nümayəndə və Ləman Nuriyevanın həqiqətəndə 13 iyun 2023-cü ildə qeyd olunan məkanda olmaması ilə bağlı nəticəyə gələn məhkəmə, bu əsasla Nümayəndə ilə yanaşı, Zərərçəkmiş şəxs izahatının da bütünlüklə yalan olmasını hesab etmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam vermişdir. Faktik olaraq birinci instansiya məhkəməsinin qənaətinə görə bir sübutun şübhəli olması, digər sübutlarında mötəbərliyini şühbə altına alınmasına səbəb olur. Bunun məntiqi nəticəsidir ki, məhkəmə Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair ittihamın müstəsna əsası olan canlı şəxsin məhkəmə-tibbi ekspertizası ilə bağlı 13 iyun 2023-cü il tarixli 586 nömrəli rəyini sübut kimi qəbul etməməsinin əsaslarını qərarında əsaslandırmamış, həmin rəyin mötəbərliyinə münasibət belə bildirməmişdir. Halbuki həmin rəyin nəticə hissəsində qeyd olunur ki, Zərərçəkmiş şəxs bədəninin üzərində aşkar olunmuş xəsarətlər müayinədən bir neçə saat əvvələ uyğun gəlir. Bununla da, Zərərçəkmiş şəxs xəsarətləri 13 iyun 2023-cü ildə, yəni Şəxs fərdi yaşayış evinin həyətində olan zaman xəsarət alması istisna olunmur. Amma həmin xəsarətlərin hansı şəraitdə əmələ gələ bilməsi ilə bağlı, yəni xəsarətlərin lokalizasiyası ilə bağlı ekspert rəyində hər hansı bir müddəa qeyd olunmamışdır. Belə olan təqdirdə birinci instansiya məhkəməsi Zərərçəkmiş şəxs bədəninin üzərində aşkar olunmuş xəsarətlərin hansı şəraitdə əmələ gələ bilməsi – kənardan zərbə endirilmə, yaxud yerə və hər hansı bir əşyaya sürtünmə və ya çırpılma, habelə özü-özünə yetirilmə nəticəsində əmələ gəlməsi ilə bağlı araşdırma aparmamışdır. Bu halların araşdırılması ittihamın həllində ona görə xüsusi əhəmiyyət kəsb edir ki, Zərərçəkmiş şəxs qeyd olunan xəsarətləri Şəxs onu təpiklə və stulla vurması nəticəsində əmələ gəlməsini iddia etsədə, Şəxs və eləcə də digər şəxslərin izahatlarına əsasən həmin xəsarətlərin Zərərçəkmiş şəxs anasının tabutu yanında özünə yerə çırpması, bədəninin müvafiq hissələrinin yerə və tabuta sürtünməsi nəticəsində əmələ gəlməsi də istisna olunmur. Məhz bu səbəbdən həmin halların araşdırılması xüsusi bilik tələb etdiyi üçün canlı şəxsin məhkəmə-tibbi ekspertizası ilə bağlı 13 iyun 2023-cü il tarixli 586 nömrəli rəyi tərtib etmiş ekspertin izahatı alınmalı, zərurət olsarsa, iş üzrə əlavə məhkəmə-tibbi ekspertizası təyin olunmalıdır. Yalnız bundan sonra baş vermiş hadisə ilə bağlı hansı tərəfin izahatının işin faktiki halları ilə uzlaşan, başqa sözlə doğru olması müəyyən edilə bilər. Buna görə də, həmin halları dəqiq araşdırmadan məhkəmənin iş üzrə gəldiyi yekun nəticə düzgün və qanuni hesab oluna bilməz. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyib bildirmişdir ki, zərəçəkmiş şəxs Səhər onun doğma bacısıdır. Bacısı ilə düşmənçilik və ədavəti yoxdur. xx.xx.2023-cü il tarixdə anaları onun evində vəfat etmişdir. Onlar tabutu məscidən həyətlərinə gətirən zaman bacısı Səhər tabutun üzərinə gələrək anaları üçün uca səslə qışqır-bağır salmaqla ağlaşmışdır. Səhər xanım ağlayan zaman ola bilər ki, özünü tabuta çırpdığından xəsarətlər almışdır. Həmin vaxt o, Səhər xanımla anasının evi ilə bağlı söz-söhbət etməmişdir. Səhər xanım onlara gələndə sonuncu qızlarını gətirməmiş, özü tək gəlmişdir. Onunla Səhər arasında dava-dalaş olmamış, səhər yas vaxtı səs küy edərkən, o, Səhərə bildirmişdir ki, səs küy salmasın, ayıbdır. Sonra Səhər xanım yas məclisindən çıxıb getmişdir. O, Səhər xanımı döyməmiş və ona xəsarətlər yetirməmişdir. Qeyd etdiklərini nəzərə alaraq barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, təqsirləndirlən şəxslə düşmənçilik və ədavəti yoxdur. Onlar doğma bacı qardaşdırlar. 13 iyun 2023-cü il tarixdə bacısı Xoşqədəm səhər tezdən ona zəng edərək analarının vəfat etdiyini bildirmiş və onu yas məclisinə dəvət etmişdir. Yas məclisi Lənkəran şəhəri, 18-ci məhəllədə, qardaşı Eytibarın evində keçirilmişdir. O, öz qızları Röya və Ləmanla birlikdə anasının yas məclisinə getmişdir. Yas məclisində masaların üstünə çirkin “skaterlərin” sərildiyini görüb qardaşı Eytibara iradını bildirmiş, bu zaman qardaşı ona bildirmişdir ki, atalarından miras qalmış evi notarius qaydasında keçirtsin onun adına, o da yas məclisini onun ürəyi istədiyin kimi keçirtsin. Onlar arasında bu söhbət evin ikinci mərtəbəsində, mətbəxdə olmuşdur. Həmin vaxtı qızı Ləman və qardaşı oğlu Elvin də orada olmuşdur. Mübahisələri həmin gün saat 10:30-11:00 arası olmuşdur. Qardaşı oğlu Elvin qaynar su ilə dolu qəfədənı masa üstünə elə çırpmışdır ki, qaynar su onun üstünə səpələnmişdir. Qardaşı Eytibar isə onu təpiklə vurmaqla yanaşı, üstünə stulu da çırpmışdır. O, bu zaman gücnən oradan qaçmışdır. Daha sonra Lənkəran ŞRPŞ-nə getmiş, təhqiqat bölməsində ona bildirmişlər ki, gedib tibbi ekspertizadan keçsin. O da ekspertizadan keçmək üçün ekspertə müraciət etmiş, sonuncu rəyində onun dərəcəsi təyin edilməyən xəsarətlər almağını göstərmişdir. O, Eytibarla bacı qardaş olsa da bacısı Xoşqədəm ondan xahiş etdiyinə görə o, onu bağışlaya bilər. Lakin bir şərti var ki, o, həmin şərtlə razı olmalı, onu və qızlarını narahat etməməli, atalarından miras qalmış evdən imtina etməlidir. Bunları etmədiyi təqdirdə Eytibara cərimə cəzasının verilməsini istəyir. Anasının yas məclisində qohumları da iştirak etmiş, qohumlar dedikdə xalası qızları da orada olmuş, qardaşı Eytibarla mübahisələri 13 iyun 2023-cü il tarixdə, saat 10:00-dan 11:00 arası olmuş, oradan əvvəl Lənkəran ŞRPŞ-nın təhqiqat bölməsinə, sonra “sudebnıy doktor” Şərifin yanına getmiş, doktor Şərifin yanında saat 12-13 arası olmuşdur. Eytibara cərimə cəzasının verilməsini istəyir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə zərərçəkmiş şəxsin izahatlarında göstəriklərinə uyğun izahat vermiş və Eytibara cərimə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarında olan: «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx.xx.2023-cü il tarixli Qərardan görünür ki, qərarın surəti Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması məsələsinə baxılması üçün Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Lənkəran RŞPŞ-nə ünvanlanmış Lənkəran şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli, 686 nömrəli cavabından görünür ki, xx.xx.1973-cü il təvəllüdlü Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdən Lənkəran şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatdadır. Azərbaycan Respublikası, Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 13 iyun 2023-cü il tarixli 586 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ dirsək, sağ diz qapağı nahiyəsində sıyrıqlar, sağ bud nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törəmişlər, müddəti müayinədən bir neçə saat əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası, Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin xx.xx.2024-cü il tarixli T111/24 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs sağ dirsək və sağ diz qapağının sıyrıqları, sağ budun qançırı olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törətmiş, qərarda göstərilən xx.xx.2023cü il tarixdə əmələ gələ bilərdi, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcləri təyin olunmur. Vətəndaş Zərərçəkmiş şəxs bədən səthindəki xəsarətlər küt yaranma mexanizminə malik olmaqla, öz xarakterinə və lokalizasiyasına görə öz-özünə yetirilməsinə uyğun gəlmir. Belə ki, qançırın olması həmin nahiyyəyə qüvvə tətbiq etməsini göstərir, sıyrıqlar isə ümumilikdə sürtünmə xarakterli olurlar. Qeyd edilən xəsarətlər öz xarakterinə görə istər kənardan yetirilən zərbə, istərsə də yer səthi və ya hər hansı bir küt əşyaya sürtünmə və ya çırpılma zamanı yarana bilər. DSMF-nin Lənkəran şəhər şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, Şəxs yaşa görə müddətsiz pensiya alır. Məhkəmə prosses iştirakçılarını dinləyib, materialı tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilir. Belə ki, İXM-nin 157-ci maddəsinə görə məsuliyyət o halda yaranır ki, şəxsin əməlində döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, yəni xx.xx.2023-cü il tarixdə, səhər saatlarında Lənkəran şəhəri, M.Ə.Sabir küçəsində yerləşən fərdi yaşayış evinin 2-ci mərtəbəsində bacısı Zərərçəkmiş şəxs döyməsi, zərərçəkmiş şəxsin izahatı ilə yanaşı, «cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli Qərar, Azərbaycan Respublikası, Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 13 iyun 2023-cü il tarixli 586 saylı və Azərbaycan Respublikası, Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin xx.xx.2024-cü il tarixli T111/24 saylı rəyləri, 28 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolla tam təsdiq olunur. Lakin məhkəmə hesab edir ki, hazırki vaxtda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, İXM-nin 38-ci maddəsinə görə; 38.1. İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyrihökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş, əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 38.2. Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. 38.3. Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 38.4. On altı yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın törətdiyi inzibati xəta haqqında iş yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə” ilə müəyyən edilmiş qaydada müvafiq dövlət orqanına qaytarıldıqda, inzibati tənbeh həmin iş qaytarıldığı gündən ən geci üç ay keçənədək verilə bilər. 38.5. İnzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. 38.6. Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. İXM-nin qeyd olunan normasında şəxsin inzibati məsuliyyətə cəlb edilməsi müddətləri müəyyən edilmişdir. Qanunverici şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün həm ümumi, həm də xüsusi müddətlər müəyyən etmişdir. Belə ki, İXM-nin 38.1-ci maddəsinin birinci cümləsində 4 aylıq ümumi məsuliyyətə cəlb etmə müddəti müəyyən edilsə də, 2-ci cümləsində isə ayrı-ayrı kateqoriya inzibati xətalar üçün daha uzaldımış müddət müəyyən etmidir. İXM-nin 38.3-cü maddəsində nəzərdə tutulmuş müddət isə digərlərindən fəqrli olaraq məsuliyyətə cəlb etmə müddətinin başlanğıcını və müddəti fərqli müəyyən etmişdir. Belə ki, həmin normada cəlb etmə müddətinin başlağıcını cinayət işinin başlanması rədd edilməsi və ya cinayət işinə xitam verilməsi ilə, müddətin axımını isə 3 ay həddində müəyyən etmişdir. Hazırki işin hallarından görünür ki, Zərərçəkmiş şəxs şikayəti əsasında toplanmış material üzrə «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar xx.xx.2023-cü il tarixdə qəbul edilmiş, həmin gündən etibarən Şəxs iznibati məsuliyyətə cəlb etmə müdəti 3 ay, yəni xx.xx.2023-cü il tarixədək davam etmişdir. Göründüyü kimi hazırda işə baxılan vaxtda Şəxs inzibati məsuliyyətə cəlb etmə müddəti ötmüşdür. İXM-nin 53.1.6-cı maddələrinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 106-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Sadalananları nəzərə alaraq və hazırkı iş üzrə Şəxs əməlində İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud olsa da, onun İXM-nin 38.3cü maddəsində nəzərdə tutulmuş 3 aylıq inzibati məsuliyyətə cəlb etmə müddəti ötdüyündən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və İXM-nin 38.3, 53.1.6, 106, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində nəzərdə tutulmuş 3 aylıq inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Şəxs barəsində həmin Məcəllənin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №3(049)-1/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1/2024
18.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver