Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1/2025 09.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ələkbərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə ismin müvafiq halında İXM) 510 və 535.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 02 dekabr 2024-cü il tarixdə saat 20:15 radələrində Lənkəran şəhər-rayon polis şöbəsinin qarşısında ucadan qeyri-etik ifadələr, əsəbi formada hərəkətlər nümayiş etdirərək bunun qarşısını almağa çalışan, nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayıb ictimai qaydanı kobud formada pozduğuna görə sonuncu barəsində Lənkəran ŞRPŞ-nin polis sahə rəisi X4 tərəfindən İXM-nin 510 və 535.1-ci maddələri ilə 03 dekabr 2024-cü il il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Lənkəran rayonu, Sütəmurdov kəndi ərazisində Xəzər marketin yaxınlığında yerləşən aptekdən düşüb dərman almış, aldıqdan sonra tələsik olaraq bilməyərəkdən işiğforun (qadağan edici) qırmızı işiğindan keçmişdir. Daha sonra Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən ona zəng gələrək, onun harda olduğunu soruşmuşlar və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə getməyini istəmişlər, nəticədə, o da Lənkəran Şəhər- Rayon Şöbəsinə getmişdir. adlı polis əməkdaşı ona demişdir ki, avtomobili polis şöbəsinin cərimə meydançasına salsın, o da məcbur qalıb, maşını şöbəyə salmış və bundan sonra onu bir neçə polis əməkdaşı, yəni 6-7-nəfər olan polis əməkdaşları şöbənin binasına daxil olmağını istədiklərindən, o, məcbur qalıb binaya daxil olmuşdur. Onun Lənkəran Şəhər- Rayon Polis Şöbəsinə dəvət olunmasında Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin DYPBnin rəisi özü də ona zəng edərək şöbəyə gəlməsini tələb etmişdir. Bunun səbəbi isə yol polisi əməkdaşları ilə aralarında olan anlaşmazlıqdır. Əlavə olaraq bildirir ki, onun təqsiri yoxdur və o, günahsızdır. Onun barəsində başlanılmış inzibati xəta haqqında işə xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin PPXB-nin polis nəfəri, X14 bildirmişdir ki, o, axşam xidmətdə olduğu zaman başqa vətəndaş qəbul etmiş və hadisəni görməmişdir. İzahatındada göstərmiş ki, vətandaşın da, nə səs-küy saldığını nə də nəlayıq ifadələr işlətdiyini eşitməmişdir. O, hadisəni görməmiş və hər-hansı hadisədən xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin PPXB-nin polis nəfəri, X5 bildirmişdir ki, axşam xidmətdə olduğu zaman vətəndaş Şəxs gətirildiyini, polis şöbəsinin qarşısında olduğundan vətəndaşın içəri salındığını görmüş, səs-küy isə arxa tərəfdən gəldiyini eşitmiş, yəni cərimə meydançasından səs gəldiyini eşitmiş, vətəndaşın hər-hansı artıq-əksik ifadələr işlətməsini eşitmədiyini bildirmişdir. Eləcə də, 2-3 polis əməkdaşının onun qoluna girib, şöbəyə apardığını görmüş səs-küy eşitmiş, lakin vətəndaşın dava dalaş saldığını və ictimai qaydanı pozduğunu hər-hansı nəlayıq ifadələr işlətdiyini nə görməmiş, nə də eşitməmişdir. Sadəcə gəldiyini eşitmiş başqa heçnə görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin DYPX-nin rəisi bildirmişdir ki, vətəndaş Şəxs işıqforun qadağan edici qırmızı işığıdan keçmiş və hərəkəti davam etdirdiyi üçün onu şəxsən Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə dəvət etmişdir. Vətəndaş polis şöbəsində heç bir ictimai qaydanı pozmamış və hər-hansı nalayıq ifadələr işlətməmişdir və belə halı da görməmişdir. O, sadəcə göstəriş vermişdir ki, qayda pozuntusu törədən vətandaşı şöbəyə gətirsinlər və ona tənbeh versinlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin YPXB-nin inspektoru, polis nəfəri X10 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə 20:00 radələrində Şəxs işıqforun (qadağan edici) qırmızı işığından yüksək surətlə keçdiyinə görə işarə verib saxlanmış və o, Lənkəran Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə dəvət edilmişdir. Vətəndaş polis şöbəsinə gəldikdən sonra onun avtomobili duracağa yerləşdirildi daha sonra onunla söhbət apararkən vətəndaş oradan qaçmaq istəmiş, lakin polis əməkdaşlarının səyi nəticəsində onun qaçmasına imkan verməmişlər və onu saxlamışlar ki, qaçmasın. Daha sonra o, uca səslə nalayiq ifadələr işlədməyə başlamış və onlarda Post Patrul Xidmətinin əməkdaşlarını dəvət edərək, onu şöbənin inzibati binasına aparmışlar, onlar tərəfindən hərhansı zor tətbiq edilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin PPXB-nin polis nəfəri, X11 bildirmişdir ki, xidmətdə olduğu zaman yol polis əməkdaşların vətəndaşın avtomobilini şöbəyə gətirdiyini və onun özünündə qoluna girərək polis şöbəsinə apardıqlarını görmüş, vətəndaş səs-küy salmış və içtimai qaydanı pozmuşdur, ona görə də, polis əməkdaşları onu tutub polis şöbəsinə gətirildiyini görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin YPXB-nin inspektoru polis nəfəri X3 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə 20:00 radələrində Sütəmurdov kənd yolunda Vüsal Şükürzadə ilə birgə xidmət aparan zaman Şəxs idarə etdiyi avtomobillə işığforun (qadağan edici) qırmızı işığından yüksək surətlə keçdiyinə görə işarə verib saxladığlarını və onu Lənkəran Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə dəvət etdiylərini bildirmiş və o, polis şöbəsinə gəldikdən sonra onun avtomobili duracağa yerləşdirilmiş, daha sonra onunla söhbət apararkən vətəndaş oradan qaçmaq istəmiş və onların səyi nəticəsində qaçmasına imkan verməmişlər. Şəxs ümumi söyüş söydüyünü eşitmiş, öz qanunsuz əməllərindən əl çəkməyərək, ictimai qaydanı pozduğunu görmüşlər, ümumilikdə, 2-3 nəfər polis əməkdaşı hadisə yerində olub, o uca səslə nəlayıq ifadələr işlədməyə başlamış və onlarda post patrul xidmətinin əməkdaşlarını dəvət edərək onu şöbənin inzibati binasına aparmışlar, onlar tərəfindən hər-hansı zor tətbiq edilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin PPXB-nin polis nəfəri, X6 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə xidmətdə olduğu zaman YPX-nin əməkdaşı ona işarə verərək qapının açılmasını istəmiş oda cərimə meydançasının darvazasını açmış, Polis əməkdaşların vətəndaşın avtomobilini şöbəyə gətirdiyini və onun özünündə qoluna girərək polis şöbəsinə apardıqlarını görmüş vətəndaş səs küy salmış və ictimai qaydanı pozmuşdur, ona görədə polis əməkdaşları onu tutub polis şöbəsinə gətirildiyini gördüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 20:15 radələrində Sütəmurdov kəndi ərazisində olarkən BMW markalı **-SC-*** dövlət qeydiyyat nişanlı onun yanından yüksək surətlə keçərək işıqforun qadağan edici qırmızı işığından keçərək ona təhlükəli anlar yaşatmış və o, bu barədə öz istifadəsində olan ***-***-**-** nömrə vasitəsi ilə Lənkəran şəhər-rayon polis şöbəsinin (020525)-4-83-38 nömrəsinə zəng edərək bu barədə məlumat verdiyini bildirmişdir və əlavə olaraq Şəxs cəzalandırılmasını xahiş etmişdir. X1 çıxarışdan görünür ki, Şəxs heç bir növ əmək pensiyası və sosial müavinət almır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 20:15-də vətəndaş X2 ŞRPŞ-nin telefonuna zəng edərək, Lənkəran rayonu, Sütəmurdov kəndində Xəzər marketin qarşısında ağ rəngli BMW markalı ** *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü nəqliyyat vaitəsini yüksək sürətlə idarə edib piyada keçidindən keçərək onun sərbəst hərəkət etməsinə maneçilik törətmiş və bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 02 dekabr 2024-cü il tarixdən 03 dekabr 2024-cü il tarixədək inzibati qaydada tutulmuşdur. Lənkəran rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 3(049)-1058/2024 №-li inzibati xəta haqqında işi üzrə xx.xx.2024-cü il tarixdə nömrəli şəhər telefonuna daxil olmuş zənglər barədə çıxarış "xxxx" MMC-dən məlumatların götürülməsi barədə qərar qəbul edilmiş və "xxxx" MMC-dən daxil olmuş çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə (02525)-4-83-38 nömrəli şəhər telefonuna ***-***-**-** saylı nömrəsindən hər-hansı zəng daxil olmamışdır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-nin 510 və 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığından başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən: inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən: 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində qeyd olunan inzibati xətanın tərkibi, yəni ictimai qaydanı pozan hərəkətlərin mövcudluğu məhkəmə iclasında tədqiq edilmiş sübutlarla sübuta yetirilmir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş şahidlər və Şəxs səs-küy salması, ictimai qaydanı pozması, polisin qanuni tələblərini yerinə yetirməməsi hadisəsinin baş verməsini inkar edərək qeyd edilən hala şagid olmadıqlarını bildirmiş, digər şahidlər isə hadisənin dəqiq olaraq harada baş verməsi ilə bağlı tərtib edilmiş protokolda göstərilən yerdən fərqli yerdə Şəxs ictimai qaydanı pozmasını qeyd etmişlər. Bundan başqa şahid qismində məhkəmədə dindirilmiş Şəxs qanunsuz hərəkətləri ilə bağlı Lənkəran ŞRPŞ-nə zəng edərək məlumat verdiyini bildirsə də, lakin əldə edilmiş telefon məlumatları çıxarışından görünür ki, sonuncu tərəfindən xx.xx.2024-cü il tarixdə ümumiyyətlə qeyd edilən şöbənin növbətçi hissəsinə zəng edilməmişdir. İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırki inzibati xəta haqqında protokolun tərtib edildiyi hal üzrə əməlində inzibati xəta hadisəsinin mövcud olmasını təsdiq edən sübutlar təqdim edilmədiyindən Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığından başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №3(049)-1/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1/2025
09.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver