Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-10/2023 05.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi və barəsində inzbati xəta haqqında iş üzrə qərar qəbul edilmiş vəzifəli şəxs X4 nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Vəzifəli şəxs - X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 469.2-ci maddəsi ilə X7 Xidmətinin X2 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, ******* №-li inzibati xəta haqqında qərardan X10 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Vəzifəli şəxs - X1 Əmək Müfəttişiliyi Xidmətinin X2nin xx.xx.2022-ci il tarixli, ******* №-li inzibati xəta haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o X10 barəsində, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Lənkəran-Astara regional ərazi şöbəsinin rəisi X5 tərəfindən, 01 iyun 2022-ci il tarixli, MN N-1051640 nömrəli, tərib etdiyi “İnzibati xəta haqqında” protokoluna əsaslanaraq, “İnzibati tənbeh vermə haqqında” 07 iyun 2022-ci il tarixli MN N-1064880 nömrəli cərimə Qərarı çıxarılmışdır. X7 Xidmətinin vəzifəli şəxsinin barəsində çıxardığı xx.xx.2022-ci il tarixli, ******* №-li cərimə qərarı ilə razı deyil. Odurki, həmin Qərarın ləğv edilməsindən ötrü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1 və 128.2.3-cü maddələrinə istinad edərək məhkəməyə şikayətlə müraciət edib. Barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* №-li “İnzibati tənbeh vermə haqqında” Qərar, X7 Xidmətinin Lənkəran- Astara regional ərazi şöbəsinin rəisi Etibar Vəliyev tərəfindən, poçt vasitəsilə xx.xx.2022-ci il tarixli, **********5 nömrəli, poçt “ŞtrixKodu” SS797445945AZ olan xx.xx.2022-ci il tarixli məktubla yaşadığı ünvanda o X6 daxil olmuşdur. Odurki, İXM 130.1-ci maddəsinin tələblərinə görə, qərar rəsmi qaydada xx.xx.2022-ci il tarixdə verdiyi vaxtda on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət edir. Belə ki, 2005-ci il mart ayından istismara verilmiş Lənkəran rayonu, Şürük kəndi ərazisində yerləşən “Favorit” marketi əhalisinə ərzaq və qeyri ərzaq mallarının pərakəndə satışı üzrə ixtisaslaşmaqla ticarət xidməti göstərir, hal-hazırda xidmət heyətinin ümumi sayı 31 nəfərdir, bütün işçilərə rəsmi əmək müqavilələri bağlanmışdır. Bununla belə, hər ay işçilərin aylıq əmək haqqı məbləğindən 4%-i miqdarında icbari tibbi sığorta fonduna aparılan ödənişlərdən əlavə, 2021ci ilin mart ayında "xxxx" SİĞORTA ŞİRKƏTİ ASC ilə müqavilə bağlanmış və müvafiq sığorta məbləği sığortaçının hesabına köçürülmüşdür. Lakin, xx.xx.2022-ci il tarixdə yaşadığı ünvana X7 Xidmətinin Lənkəran-Astara regional ərazi şöbəsi adından işçilər və İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanmadığı və əməlində inzibati inzibati xəta əlamətlərinin aşkar olunması ilə bağlı xx.xx.2022-ci il tarixli **********5 saylı məktubu ilə Şöbəyə dəvət olunub. Odur ki, məktubda qeyd edilən 18 may 2022-ci il tarixdə saat 10:30-da X3 iştirakı ilə birlikdə "xxxx" SİĞORTA ŞİRKƏTİ ASC ilə bağlanmış xx.xx.2022-ci il tarixli **********078 saylı icbari sığorta müqaviləsi və ödəniş tapşırıqlarının surətlərini X7 Xidmətinin Lənkəran-Astara regional ərazi şöbəsinə təqdim edilməsinə baxmayaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsaslanaraq işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığortalanmasının təmin edilməməsi haqqında, 01 iyun 2022-ci il tarixli, MN ******* nömrəli “İnzibati xəta haqqında” protokol və onun əsasında “İnzibati tənbeh vermə haqqında” 07 iyun 2022-ci il tarixli MN ******* nömrəli Qərar çıxarmışdır. Həmin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarın müəyyən edildi hissəsində: “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş X10 tərəfindən sığortaçı ilə icbari sığorta müaqviləsinin bağlanmaması” qeyd edilmişdir. Həmçinin, həmin qərarın nəticə hissəsində o - X10 tərəfindən AR İXM- nin 469.2- ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi də qeyd olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi Maddə 469.2. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Yəni, X9 Xidmətinin Lənkəran Astara Regional ərazi şöbəsi barəmdə, vəzifəli şəxs kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2- ci maddəsinə görə, 1500 (min beş yüz) manat məbləğində cərimə təyin etmişdir. Barəsində, xx.xx.2022-ci il tarixli, MN № ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar mahiyyəti üzrə düzgün yazılmadığı üçün tərəfindən, qərara imza etməkdən imtina edib. Odur ki, aşağıda qeyd edilən səbəblərə, əsaslara, faktlara görə; ziddiyyətli, hüquqa zid prosessual hərəkətlərdən ibarət olması və düzgün tətbiq edilməməsi ilə, o - X10 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Lənkəran Astara Regional ərazi şöbəsinin rəisi X5 tərəfindən qəbul olunmuş xx.xx.2021-ci il tarixli, MN № ******* nömrəli qərar, mahiyyəti üzrə düzgün yazılmadığı üçün, ləğv edilməlidir : Hər ay işçilərin aylıq əmək haqqı məbləğindən 4%-i miqdarında icbari tibbi sığorta fonduna aparılan ödənişlərdən əlavə, 2021-ci ilin mart ayında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanuna uyğun olaraq "xxxx" SİĞORTA ŞİRKƏTİ AÇİQ SƏHMDAR CƏMİYYƏTİ ilə müqavilə bağlanmış və müvafiq sığorta məbləği sığortaçının hesabina ödənilmişdir. Bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığortalanmanın təmin edilməsi məqsədi ilə, "xxxx" SİĞORTA ŞİRKƏTİ ASC ilə mövcud olan müqavilə cari ilin mart ayında yenilənərək xx.xx.2022-ci il tarixli **********078 saylı yeni icbari sığorta müqaviləsi bağlanmışdır. "xxxx" SİĞORTA ŞİRKƏTİ ASC tərəfindən marketdə fəaliyyət göstərən işçilərin illik sığorta haqqı hesablanaraq sığortalı X4 elektron ünvanına xx.xx.2022 il tarixli EBBW seraiyalı 681166 saylı 636.9 (altı yüz otuz altı) manat məbləğində xidmətlərin təqdim ediləsi üzrə elektron qaimə göndərilmiş, qaimada göstərilən 636.9 (altı yüz otuz altı) manat sığorta məbləğin ödənişi tərəfimdən Bank Respublikanın Lənkəran filialında nagdsız qaydada xx.xx.2022 il tarixli AZ0011401 saylı ödəniş tapşırığına əsasən aparılmışdır. xx.xx.2021-ci il tarixli, MN № ******* nömrəli, qərarı diqqətlə nəzərdən keçirib məcmu halında dərindən araşdırıb tam mahiyyətinə bələd olandan sonra məlum olurki, qanunvericilikdə tələb edilən, qərarın hüquqi mahiyyətini təsdiq edən “Günahsızlıq prezumpsiyası prinsip”- ləri vəzifəli şəxs tərəfindən pozulmuşdur. Yəni Sübut etmə vəzifəsi” vəzifəli şəxs tərəfindən icra edilməmişdir. Bu da AR İXM- nin 8; 8.1; 8.2. və 8.3-cü maddələrinin tərkib hissəsinə uyğun gəlir. Maddə 8. Günahsızlıq prezumpsiyası prinsipi. Maddə 8.1. İnzibati xəta halında, işdə edam edilən şəxsin təsiri aşağıdakı kimidir: nəzərdə tutulan qaydanı sübut edə bilmədikdə və inzibati xəta halında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qanuni qüvvəyə minməsi qərarla müəyyən edilmədiyi təqdirdə günahsız sayılır. Maddə 8.2. İnzibati məsuliyyətə cəlb edilən şəxs günahsız olduğunu sübut etməyə borclu deyil. Maddə 8.3. İnzibati icraatda iştirak edən şəxsin günahı barədə şübhələr onun xeyrinə həll olunur. Vətəndaşların hüquq və azadlıqlarım pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu. Maddə 5 Məhkəməyə şikayətlə müraciət edilməsi müddətləri. Qanunvericilikdə başqa müddət nəzərdə tutulmayıbsa, məhkəməyə şikayətlə müraciət edilməsinin aşağıdakı müddətləri vardır: Hüquq və azadlıqlarının pozulmasının vətəndaşa məlum olduğu gündən bir ay keçənədək; Şikayətin təmin edilməməsi barədə yuxarı orqan və ya vəzifəli şəxs tərəfindən yazılı cavabın verildiyi gündən bir ay keçənədək; Yuxarıda qeyd edilən faktlara görə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Lənkəran Astara Regional ərazi şöbəsinin rəisi X8 tərəfindən, 01 iyun 2022-ci il tarixli, MN № ******* nömrəli, tərtib etdiyi inzibati xəta haqqında protokoluna əsaslanaraq, 07 iyun 2022-ci il tarixli MN № ******* nömrəli Qərarın ləğv edilməsindən ötrü, Lənkəran rayon məkəməsinə şikayətlə müraciət edir. Lənkəran Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 3(049)-868/2022 №-li qərarı ilə, Barəsində inzbati xəta haqqında iş üzrə qərar qəbul edilmiş vəzifəli şəxs X10 tərəfindən verilmiş şikayət təmin edilərək, X4 İXM-nin 469.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 1500 manat məbləğində inzibati cərimə tənbeh tədbirinin tətbiq olunmasına dair X7 Xidmətinin X2nin 07 iyun 2022-ci il tarixli, ******* №-li inzibati xəta haqqında qərarı ləğv edilmiş, X7 Xidmətinin Lənkəran regional ərazi şöbəsi tərəfindən X4 barəsində İXM-nin 469.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qeyd olunan qərardan narazı qalan X7 Xidmətinin Lənkəran regional ərazi şöbəsi tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsində baxılaraq, məhkəmənin 11 noyabr 2022-ci il tarixli 3(106)-476/2022 saylı qərarı ilə, X7 Xidmətinin Lənkəran regional ərazi şöbəsi tərəfindən verilmiş şikayəti qismən təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 3(049)-868/2022 №-li qərarı ləğv olunaraq, İnsaf Əsədovanın şikayətinə yenidən baxılması üçün iş materialları Lənkəran Rayon Məhkəməsinə qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsini 127-4.1-ci maddəsinə əsasən bu məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. İş materiallarından görünür ki, X9 Xidmətinin X2 tərəfindən qanunvericiliyin qeyd olunan tələblərinə riayət edilmədən X10 xx.xx.2022-ci il tarixdə saat 10:30-da X9 Xidmətinin X2nə dəvət edilmiş, 01 iyun 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və xx.xx.2022-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında qərar qəbul edilmişdir. Halbuki X9 Xidmətinin X2 tərəfindən inzibati xəta hadisəsi aşkar edildiyi vaxtdan vəzifəli şəxsin barəsində real vaxt rejimində inzibati xəta haqqında elektron protokol və inzibati tənbehvermə haqqında elektron qərar tərtib edilərək gücləndirilmiş elektron imzası ilə təsdiq edilib müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilməli idi. X9 Xidmətinin X2 tərəfindən İnzibati Xətalar Məcəlləsinin qeyd olunan tələblərinə hansı səbəbdən riayyət edilməməsi ilə bağlı hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış və müvafiq hüquqi qiymət verilməmişdir. İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə iclasında şikayətçi barəsində inzbati xəta haqqında iş üzrə qərar qəbul edilmiş vəzifəli şəxs X4 nümayəndəsi Nümayəndə2 şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, bağlanmış sığorta müqaviləsi 25 may 2022-ci il tarixdə X7 Xidmətinin X2nə təqdim edilmiş, lakin buna baxmayaraq 01 iyun 2022-ci il tarixdə qanunsuz olaraq onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və 07 iyun 2022-ci il tarixdə isə inzibati xəta haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş X7 Xidmətinin X2nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə inzibati xəta haqqında iş üzrə qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarında olan: X9 Xidmətinin X2nin rəisi Etibar Vəliyev tərəfindən X6 ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin 1-ci bəndinə görə işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Bununla bağlı X4 xx.xx.2022-ci il tarixdə saat 10:30-da X9 Xidmətinin X2nə dəvət edilmişdir. X7 Xidmətinin X2 tərəfindən tərtib edilmiş MN seriyalı, ******* №-li 01 iyun 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin 1-ci bəndinə görə işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin edilmədiyindən X4 barəsində İXM-nin 469.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. X7 Xidmətinin X2nin xx.xx.2022-ci il tarixli, ******* №-li inzibati xəta haqqında qərarından görünür ki, vəzifəli şəxs - X10 İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 1500 manat cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Barəsində inzbati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs X4 nümayəndəsi Nümayəndə2 tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli "xxxx" ASC ilə X10 arasında bağlanmış müqavilədən görünür ki, X4 işçiləri istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmuşdur. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi üzrə 636,90 manat məbləğində ödəniş edilmişdir. «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikasının Qanununun 3.1.1-ci maddəsinə görə hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər, dövlət orqanında çalışan dövlət qulluqçuları və digər işçilər (“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş orqanlarda qulluq keçən hərbi və ya xüsusi rütbəsi olan şəxslər, məhkəmə hakimləri, habelə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) bu Qanunun əsasında bağlanılan icbari sığorta müqaviləsi üzrə icbari sığorta olunmalıdırlar. Həmin Qanunun 4.0.1-ci maddəsinə görə bu Qanuna əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri icbari sığorta müqaviləsi bağlamaq vəzifəsi daşıyırlar. İXM-nin 469.2-ci maddəsinə əsasən «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması inzibati məsuliyyətə səbəb olur. Məhkəmə barəsində inzbati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs X4 nümayəndəsi Nümayəndə2 izahatını dinləyib, inzibati xəta haqqında iş üzrə icraat materiallarını və ona əlavə edilmiş sənədləri tədqiq edib, apellyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd olunan iş üzrə hüquqi mövqeyini nəzərə alaraq belə qənaətə gəlir ki, şikayət aşağıda qeyd edilənlərə görə əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, İXM-nin 127-4.1-ci maddəsinə əsasən bu məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. İş materiallarından görünür ki, X9 Xidmətinin X2 tərəfindən qanunvericiliyin qeyd olunan tələblərinə riayət edilmədən X10 xx.xx.2022-ci il tarixdə saat 10:30-da X9 Xidmətinin X2nə dəvət edilmiş, 01 iyun 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və xx.xx.2022-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında qərar qəbul edilmişdir. Halbuki X9 Xidmətinin X2 tərəfindən inzibati xəta hadisəsi aşkar edildiyi vaxtdan vəzifəli şəxsin barəsində real vaxt rejimində inzibati xəta haqqında elektron protokol və inzibati tənbehvermə haqqında elektron qərar tərtib edilərək gücləndirilmiş elektron imzası ilə təsdiq edilib müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilməli idi. İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, Vəzifəli şəxs - X4 İXM-nin 469.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 1500 manat məbləğində inzibati cərimə tənbeh tədbirinin tətbiq olunmasına dair X7 Xidmətinin X2nin 07 iyun 2022-ci il tarixli, ******* №-li inzibati xəta haqqında qərarı ləğv edilməli, qərarın surəti İXM-nin 127- 4.1-ci maddəsinin tələblərinə riayət edilməsi üçün X7 Xidmətinin Lənkəran regional ərazi şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Vəzifəli şəxs - X4 İXM-nin 469.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 1500 manat məbləğində inzibati cərimə tənbeh tədbirinin tətbiq olunmasına dair X7 Xidmətinin X2nin 07 iyun 2022-ci il tarixli, ******* №-li inzibati xəta haqqında qərarı ləğv edilsin və qərarın surəti İXM-nin 127-4.1-ci maddəsinin tələblərinə riayət edilməsi üçün X7 Xidmətinin Lənkəran regional ərazi şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10(on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə, yaxud da bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №3(049)-10/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-10/2023
05.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver