Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1003/2024 14.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X4 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, 01 avqust 1992-ci il tarixdə Lənkəran rayonu, Gərmətük qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 3 azyaşlı uşağı olan, orta təhsilli, işsiz, Lənkəran rayonunu, Gərmətük qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cavabdeh Şəxs ümumilikdə 3556 manat pulun alınaraq Unibank KB ASC-yə verilməsinə dair Lənkəran Rayon Məhkəməsinin 2(049)-3352/2022 saylı 27 oktyabr 2022ci il tarixli və 2(049)-3124/2022 saylı 03 oktyabr 2022-ci il tarixli qətnamələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə 14 noyabr 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, uşağının ürəyində problem yarandığından kreditləri işlədiyi vaxt uşağın müalicəsi üçün götürmüş, lakin işdən çıxdığı üçün borcu ödəyə bilməmişdir. Hazırda bir qətnamə üzrə borcunu tam ödəmişdir. Digər qətnamə üzrə də borcu ödəməkdən imtina etmir. Lakin ölkədə olduğu müddətdə işsizdir, ona görə Rusiyaya işləməyə gedəcək və borcunu yaxın vaxtda ödəyəcəkdir. Barəsində inzibati xəta haqqında işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Lənkəran Rayon İcra Şöbəsinin icra məmuru Gündüz Mehdiyev bildirmişdir ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş hər iki icra sənədi üzrə borclu cəmi 100 manat ödəniş etmişdir. Lakin məhkəmə başlamazdan əvvəl borclunun qohumları tərəfindən 2(049)-3352/2024 saylı icra sənədi üzrə 675 manat borc ödənilmiş və ödəniş qəbzi onun telefonuna göndərilmişdir. Borclunun axtarışa verilməsi tələbkar bankın şikayəti əsasında baş vermişdir. Əlavə olaraq bildirir ki, borclu işləmək üçün Rusiyaya getmək istəyir və bildirib ki, orada qazanc əldə edib borcunu ödəyəcəkdir. Hazırda onun digər icra sənədi üzrə 2956 manat borcu qalıb. Barəsində inzibati xəta haqqında protokol tərtib olunan şəxs barəsində çıxarılacaq qərarı məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tələbkar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş: Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-3352/2022 saylı 27 oktyabr 2022-ci il tarixli icra vərəqindən görünür ki, Şəxs 644.13 manat məbləğində pul və 30.40 manat dövlət rüsumu alınaraq Unibank KB ASC-yə verilməsi qət edilmişdir. Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-3124/2022 saylı 03 oktyabr 2022-ci il tarixli icra vərəqindən görünür ki, Şəxs 2956.17 manat məbləğində pul və 49.57 manat dövlət rüsumu alınaraq Unibank KB ASC-yə verilməsi qət edilmişdir. İcraata başlama haqqında xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, hər iki icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədləri üzrə icraata başlama haqqında qərarların surəti Şəxs göndərilmiş, ona məhkəmə qətnamələrinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Borclunun axtarışı haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarxdə borclu Şəxs barəsində axtarış etan edilərək icra edilməsi üçün Lənkəran ŞRPŞ-yə göndərilmişdir. Elektron hökumət portalından Çıxarışdan və izahatından görünür ki, Şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsindən heç bir növ əmək pensiyası və sosial müavinət almır. Ödəniş qəbzindən görünür ki, 675 manat məbləğində pul Şəxs adından ödənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 528.1-ci maddəsinin dispozisiyasına görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi – bu maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Göründüyü kimi, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin baş verməsi üçün borclunun icra məmurunun tələbini üzrsüz səbəbdən icra etməməlidir. Lakin hazırki işin hallarından görünür ki, Şəxs 2(049)-3352/2024 saylı icra sənədi üzrə 675 manat ödəniş etməklə həmin icra sənədi üzrə borcunu tam icra etmişdir. Hazırda onun yalnız digər icra sənədi üzrə borcu qalıb ki, borclu həmin borcu ödəməkdən imtina etmir və yaxında ödəyəcəyini bildirir. Bu hal da onu deməyə əsas verir ki, Şəxs əməlində hər hansı üzrsüz səbəb mövcud deyil, nəticə olaraq onun əməlində İXM-nin 528.1-ci maddəsinin tərkibi mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin normaların tələbləri baxımdan məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında protokolda göstərilən hal üzrə inzibati xəta tərkibi mövcud deyildir. İXM-nin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırki inzibati xəta haqqında protokolun tərtib edildiyi hal üzrə əməlində inzibati xəta tərkibi mövcud olmadığından Şəxs barəsində İXMnin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxsnın barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakimi Muradağa Qasımov
Məhkəmə qərarları › İş №3(049)-1003/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1003/2024
14.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver