Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1004/2022 23.11.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi Canıyev Tofiq Əmrəli oğlunun katibliyi ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2022-ci il tarixli, 6-1.26—2022- 13795 saylı məktubu ilə tələb edilən sənədləri göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etmədiyinə görə "xxxx" ASC barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 548.2-ci maddəsi ilə 02 noyabr 2022-ci il tarixli EP ******* saylı protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatın inzibati xəta törədən şəxs "xxxx" ASC-yə və Azərbaycan Respublikasının Mərkəzi Bankına bildirilməsinə baxmayaraq, onların nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və işə baxılmasını təxirə salmaq haqqında vəsatət verməmişlər. Məhkəmə İXM-nin 61.3-cü maddəsinin tələbinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılmış Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli 6-1/.26-2- 2022-13593 saylı sorğu məktubundan görünür ki, "xxxx" ASC-dən cəmiyyətin səhmdarlarının reyestrinin 2020, 2021 və 2022-ci illərin yekunları üzrə keçirilmiş səhmdarların ümumi yığıncaqlarının protokollarının surətlərinin vətəndaş Aydın Allahverdiyevə təqdim edərək bu barədə 7 (yeddi) gün ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməsi xahiş olunmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılmış Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 13 oktyar .2022-ci il tarixli 6-1.26-2- 2022-14749 saylı sorğu məktubundan görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankın xx.xx.2022-ci il tarixli 6-1/.26-2-2022-13593 saylı sorğusu ilə tələb edilən məlumatlar təqdim edilmədiyindən həmin məlumatların 5 iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməsi tələb olunmuş, əks halda İXM-nin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunacağı bildirilmişdir. Poçt xəbərnamələrinin surətindən görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" ASC-yə məktub "xxxx" ASC-nin nümayəndəsi Əhmədov Mirtofiq tərəfindən qəbul edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılmış kommersiya qurumlarının dövlət reyestri barədə məlumatdan görünür ki, "xxxx" ASC-nin ünvanı Lənkəran rayonu, Haftoni qəsəbəsidir. İXM-nin 548.2-ci maddəsinin dispozisiyasına görə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi(sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) inzibati məsuliyyətə səbəb olur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Mərkəzi Bankı xx.xx.2022-ci il tarixli 6-1/.26-2-2022-13593 saylı məktubla 2020, 2021 və 2022-ci illlərin yekunları üzrə keçirilmiş səhmdarların ümumi yığıncaqlarına səhmdar Aydın Allahverdiyevin çağrılmasına dair poçt göndərişi haqqında rəsmi xəbərnamələrin 7 gün ərzində Mərkəzi Banka göndərilməsi ilə bağlı "xxxx" ASC-yə müraciət etmiş, lakin "xxxx" ASC həmin məktubu rəsmi qaydada almasına baxmayaraq həmin məlumatları Mərkəzi Banka göndərməmişdir. "xxxx" ASC-nin inzibati xətanı törətməsində təqsiri inzibati xəta haqqında protokolla və yuxarıda qeyd olunan sənədlərlə tam təsdiq olunur. Bununla da məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta törətmiş "xxxx" ASC İXM-in 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-nin 548.2-ci maddəsinin sanksiyasına görə vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-nin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş "xxxx" ASC-nin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə işdə olan sənədləri hərtərəfli araşdıraraq inzibati xəta törətmiş "xxxx" ASCyə qarşı inzibati tənbeh tətbiq edərkən ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-1004/2022
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1004/2022
23.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver