Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1006/2024 27.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Lənkəran Rayon Məhkəməsinin icraatında olan 3(049)-1006/2024 saylı inzibati xəta haqqında iş üzrə Şəxs vəsatətinə baxaraq, MÜƏYYƏNETDİ: Əliyev X1 Rayon Məhkəməsinin 3(049)-1006/2024 saylı 28 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ilə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. Şəxs 27 dekabr 2024-cü il tarixində vəsatətlə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, qeyd edilən inzibati xəta haqqında iş üzrə barəsində tətbiq edilən cəzaya əsas olan cəriməni ödədiyini qeyd edərək, sözügedən qərara xitam verilməsini məhkəmədən xahiş etmişdir. 3(049)-1006/2024 nömrəli iş materiallarından görünür ki, Əliyev X1 ŞRPŞ-nin vəzifəli şəxsinin 30 aprel 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 10 manat miqdarında cərimə edilmiş, lakin həmin qərarın qanuni qüvvəyə mindiyi gündən 03 ay keçdiyinə baxmayaraq cəriməni ödəməməsi səbəbindən barəsində Lənkəran ŞRPŞ-nin vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə 06 noyabr 2024-cü ildə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunraq, baxılması üçün məhkəməyə göndərilmişdir və məhkəmənin 28 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ilə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. Hazırda işin faktik hallarından görünür ki, Əliyev X1 ŞRPŞ-nin vəzifəli şəxsinin 30 aprel 2024-cü il tarixli qərarı üzrə 10 manat miqdarında cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu sonradan ödəyib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.5-ci maddəsinə əsasən barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində qəbul edilmiş, nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərara onun vəsatəti əsasında xitam verilməli və o, həmin inzibati məsuliyyətdən azad olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.5-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində qəbul edilmiş, nəqliyyat vasitəsini idarə etmək hüququnun 6 (altı) ay müddətinə məhdudlaşdırılmasına dair Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(049)-1006/2024 nömrəli inzibati xəta haqqında iş üzrə qərarına Şəxs vəsatəti əsasında xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-1006/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1006/2024
27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver