Məhkəmə qərarları › İş №3(049)-1011/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-1011/2024

15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-1011/2024 15.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, ünvan 1i ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi tərtib edilmiş və Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı və xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolları və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: DİN BDYPİ tərəfindən Şəxs barəsində İXM-nin 529.3-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Həmçinin DİN BDYPİ tərəfindən Şəxs barəsində İXM-nin 529.3-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir İnzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, İşlərin baxılması Lənkəran Rayon Məhkəməsinin hakiminin səlahiyyətlərinə aiddir, işlərin baxılmasını istisna edən hallar yoxdur, protokol və işin digər materialları qanunun tələblərinə uyğun tərtib edilmişdir, icraatı rədd edən hallar yoxdur, işlərə mahiyyəti üzrə baxılmasının başlanması üçün sübutlar toplanmışdır, iş üzrə vəsatətlər və etirazlar yoxdur. İnzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, Şəxs barəsində İXM-nin 529.3-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokol üzrə 3(049)-1009/2024 saylı inzibati xətaya dair işə və İXM-nin 529.3cü maddəsi ilə xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokol üzrə 3(049)-1011/2024 saylı inzibati xətalara dair işə 3(049)-1009/2024 daxil olma nömrəsi altında bir icraatda birləşdirilərək baxılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutub, QƏRARA ALDİM : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən daxil olmuş İXP ******* saylı xx.xx.2024-cü il tarixli protokol üzrə 3(049)-1011/2024 iş, xx.xx.2024-cü il tarixli İXP ******* protokol üzrə 3(049)-1009/2024 saylı inzibati xətaya dair saylı inzibati xətaya dair işlə bir icraatda birləşdirilsin və həmin işə 3(049)-1009/2024 saylı nömrə ilə baxılsın. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar