Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1012/2022 23.11.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakı ilə 24 avqust 1975-ci il tarixdə Lerik rayonu, Kaqoy kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Lənkəran rayonu, Xanbulan kəndində qeydiyyatda olmaqla yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 03 noyabr 2022-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Protokolda göstərilmişdir ki, Ələt-Astara yolunun Lənkəran rayonu, Səpənəkəran kəndi ərazisindən keçən 212-ci kilometrliyində Şəxs təsərrüfatına məxsus bir baş iribuynuzlu heyvanı yolda nəzarətsiz qoymuş, nəticədə həmin heyvan yolun işıqlandırılmayan hissəsindən asfalt örtüklü yola çıxarkən yolda hərəkətdə olan Lənkəran rayon, Bürcəli kənd sakini Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 2106” markal **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobillə öz hərəkət zolağında heyvanı vurmuşdur. Bununla da, Zərərçəkmiş şəxs maddi ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, Birinci Qarabağ münahribəsi iştirakçısıdır. Lənkəran rayonu, Xanbulan kəndindəki evində heyvanlar saxlayır. Həmin heyvanları şəxsi təsərrüfatında saxlamışdır. 03 noyabr 2022-ci il tarixdə, saat 18 radələrində ona məlumat verilmişdir ki, ona məxsus inəyi Ələt-Astara yolunda avtomobil vurmuşdur. O, hadisə yerində getdikdə görmüşdür ki, inək həqiqətn ona məxsusdur. Onun inəyi sonradan ət kimi satılmışdır. İnəyin asfalt yola çıxmasından xəbəri olmamışdır. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin təbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirdi ki, 03 noyabr 2022-ci il tarixdə, saat 18 radələrində özünə məxsus “VAZ 2106” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobillə öz hərəkət zolağında hərəkətdə olarkən qəfildən avtomobilin arxa tərəfindən, yolun ehtiyat hissəsindən heyvan qəfildən çıxmış və avtomobilinin qarşısına heyvan çıxmış və avtomobil heyvana dəymişdir. Həmin vaxt onun surəti 40-50 km/saat olmuşdur. Sonradan hadisə yerinə polis əməkdaşları və inəyin sahibi gəlmişdir. Baş vermiş hadisə nəticəsində onun avtomobilinə 923 manatdan çox maddi ziyan dəymiş, lakin həmin məbləğ heyvanın sahibi tərəfindən ödənilmişdir. Məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş Lənkəran Şəhər Rayon X3 X4 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış 03 noyabr 2022-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol görünür ki Ələt- Astara yolunun Lənkəran rayonu, Səpənəkəran kəndi ərazisindən keçən 212-ci kilometrliyində Şəxs təsərrüfatına məxsus bir baş iribuynuzlu heyvanı yolda nəzarətsiz qoymuş, nəticədə həmin heyvan yolun işıqlandırılmayan hissəsindən asfalt örtüklü yola çıxarkən yolda hərəkətdə olan Lənkəran rayon, Bürcəli kənd sakini Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 2106” markal **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobillə öz hərəkət zolağında heyvanı vurmuşdur. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış 03 noyabr 2022-ci il tarixli yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, hadisə Ələt-Astara yolunun Lənkəran rayonu, Səpənəkəran kəndi ərazisindən keçən 212-ci kilometrliyində baş vermişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Aktdan görünür ki, Zərərçəkmiş şəxs məxsus “VAZ 2106” markal **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobillə 923 manat məbləğində təmir işləri görülməlidir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Sərxoşluq vəziyyətinin yoxlanılmasına dair 03 noyabr 2022-ci il tarixli, 002457 nömrəli aktdan görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı sərxoş olmamışdır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, 03 noyabr 2022-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol görünür ki Ələt-Astara yolunun Lənkəran rayonu, Səpənəkəran kəndi ərazisindən keçən 212-ci kilometrliyində Şəxs təsərrüfatına məxsus bir baş iribuynuzlu heyvanı yolda nəzarətsiz qoymuş, nəticədə həmin heyvan yolun işıqlandırılmayan hissəsindən asfalt örtüklü yola çıxarkən yolda hərəkətdə olan Lənkəran rayon, Bürcəli kənd sakini Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 2106” markal **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobillə öz hərəkət zolağında heyvanı vurmuş və Zərərçəkmiş şəxs maddi ziyan vurmuşdur. Bununla da Şəxs İXM-nin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 338.5.1. və 338.5.2-ci maddəsinə əsasən at arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: mal-qaranın yolda nəzarətsiz qoyulmasına; mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə görə inzibati məsuliyyət vardır. Həmin Məcəllənin 338.7-ci maddəsinə əsasən 338.4 - 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. İXM-nin 32-ci maddəsinə əsasən Şəxs Birinci Qarabağ müharibəsində iştiak etməsi onun məsuliyyətini yüngülləşdirən hallardır.. İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs şəxsiyyətini xarakretizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində İXm-nin 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 338.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 80 (səksən) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. mi Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-1012/2022
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1012/2022
23.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver