Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1016/2022 14.11.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X9, inzibati protokolu tərtib edən şəxs: Lənkəran Şəhər Rayon Polis Şöbəsinin sahə rəisi X13, zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs, X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs və onun müdafiəçisi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Lənkəran Şəhər Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına 14 noyabr 2022-ci il tarixdə daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təhqiqatçısı X4 30 sentyabr 2022-ci il tarixli qərarından və rədd materialına əsasən tərtib edilmiş 14 noyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.22022-ci il tarixdə, saat 21 radələrində Lənkəran şəhəri, Mərkəzi Xəstəxananın qarşısında X6 məxsus VAZ 2107 markaklı avtomobildən mobil telefonu oğurlayaq xırda talama əməli törətmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təhqiqatçısı X2 27 avqust 2022-ci il tarixli qərarından və rədd materialına əsasən tərtib edilmiş 14 noyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.22022-ci il tarixdə, saat 22 radələrində ünvan 3 ünvanında olan X8 yaşayış evinin həyətinə daxil olaraq 25 manat dəyərində 2 ədəd ev quşunu oğurlayaq xırda talama əməli törətmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təhqiqatçısı X3 27 sentyabr 2022-ci il tarixli qərarından və rədd materialına əsasən tərtib edilmiş 14 noyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 17 sentyabr 22022-ci il tarixdə, axşam saatlarında Lənkəran şəhəri, H.Abdullayev küçəsində yerləşən yataqxanada yaşayan X5 məxsus evdən 40 manat pulu oğurlayaq xırda talama əməli törətmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən onun barəsində Lənkəran Şəhər Rayon Polis Şöbəsi tərəfindən müvafiq inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş Lənkəran Şəhər Rayon Polis Şöbəsinin sahə rəisi X14 izahatında bildirdi ki, İsayev X15 rayon ərazisində oğurluqlar etdiyi müəyyən edilmiş və protokolda göstərilən əməlləri törətmişdir. Onun barəsində həmin əməllərə görə cinayət işinin başlanılması rədd edilmiş, həmin qərar əsasında hazırkı inzibati xəta haqqında protokollar tərtib etmişdir. Şəxs narkomanioyadan əziyyət çəkməsini və barəsində digər materiallar da olmasını nəzərə alaraq barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin suallarına cavab olaraq bildirdi ki, Şəxs inzibati qaydada tutulmadığına görə barəsində tutma protokolu tərtib edilməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, 2022-ci ilin əvvəlində azadlığa çıxmış, azadlığa çıxdıqdan sonra maddi imkanı yaxşı olmamış, bunun üçün oğurluq etmişdir. Protokolda qeyd olunan oğurluqları o, etmişdir. Narkomaniyadan əziyyət çəkdiyi üçün narkotik vasitə almağa pulu olmadığından oğurluq etmişdir, hazırda əməlindən peşmandır. Müdafiəçi Vəkil barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməllərini etiraf edib səmimi peşman olduğunu bildirdiyinə görə barəsində inzibati həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs bildirdi ki, Astara rayonunda yaşayır. Qardaşı Lənkəran rayonu, Mərkəzi xəstəxanasında yatdığına görə 20 sentyabr 2022-ci il tarixdə özünə məxsus VAZ 2107 **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə xəstəxananın qarşına gəlmiş, özü palataya qalxmışdır. Geri qayıtdıqda mobil telefonunun avtomobildən oğurlandığını aşkar etmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən mobil telefon qaytarılmamış, həmin şəxsdən şikayətçidir, barəsində inzibati həbs tənbeh tədbirinin seçilməsini xahiş etdi. Məhkəmə iclasında izahatı elan edilməklə araşdırılmış zərərçəkmiş şəxs X8 izahatından görünür ki, ünvan 3-də yaşayır, xx.xx.2022-ci il tarixdə evinin həyətindəki cücə hinindən iki ədəd hər biri 25 manat dəyərində qazı oğurlanmışdır. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X7 izahatında bildirdi ki, Lənkəran rayonu, H.Abdullayev küçəsində yerləşən yataqxanada yaşayır, 17 sentyabr tariixdə evinə qayıdarkən saxladığı 40 manat pulun yerində olmadığı, evinin dağıdıldığını görmüşdür. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən pul qaytarılmamış, həmin şəxsdən şikayətçidir, barəsində inzibati həbs tənbeh tədbirinin seçilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış 27 avqust, 27 sentyabr və 30 sentyabr 2022-ci il tarixli qərarlara əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 14 noyabr 2022-ci il tarixli, **********8 nömrəli məktubundan görünür ki, Şəxs heç bir növ pensiya və müavinət almır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs xırda talama yəni oğurluq edərək özgə əmlakını talamasını özünün etiraf edici izahatları, zərərçəkmiş şəxsin ifadələri və məhkəmə iclasında araşdırılan digər sübutlarla təsdiqini tapmışdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32.1.1 və 32.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədir. Məhkəmə, eyni zamanda Şəxs inzibati tənbeh tədbiri tətbiq edərkən onun şəxsiyyətini, həyat tərzini də nəzərə alır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 1ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Məhkəmə, Şəxs həbsdə saxlama müddətinin əvvəlinin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, materiala şəxsin barəsində inzibati qaydada tutma haqqında protokol əlavə edilməmişdir. İş materiallarından da aydın olur ki, şəxsin azadlığı polis tərəfindən hər hansı formada məhdudlaşdırılmamış və məhkəmə iclasına da sərbəst şəkildə gəlmişdir. İXM-nin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Lakin indiki halda şəxsin nəvaxt tutulmasına dair hər hansı sənəd olamdığından onun həbsə alınmasının əvvəli, faktiki olaraq azadlığının məhdudlaşdırıldığı, yəni hazırkı tarixdən hesab edilməlidir. Məhkəmə, bu qənaətə gələrkən “İnsan hüquqları və Azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 5-ci maddəsinin 3.5-ci bəndlərini rəhbər tutmuşdur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 02 (iki) ay müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 14 noyabr 2022-ci tarixdən saat 13.00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-1016/2022
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1016/2022
14.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver