Məhkəmə qərarları › İş №3(049)-102/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-102/2025

30.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-102/2025 30.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi: Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X10, Protokol tərtib edən şəxs: Lənkəran Şəhər Rayon X12 Təhlükəsizlik Bölməsinin sahə rəisi polis leytenantı X11, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs, Müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X1 iştirakları ilə, xx xxxx 1980-cı il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Lənkəran rayonu, Şağlaküçə kəndində qeydiyyatda olmaqla yaşayan (FİN:xxxxxxx) Şəxs barəsində Lənkəran Şəhər Rayon X12 Təhlükəsizlik Bölməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edimiş inzibati xəta haqqında protokol və əlavə edilmiş materiala baxaraq, məhkəmə müəyyən etdi: Lənkəran Şəhər Rayon Polis Şöbəsin təhqiqatçısı X5 17 oktyabr 2024-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsi ilə məsuliyyətə cəlb olunması üçün qərarın icrasının Lənkəran Şəhər Rayon Polis Şöbəsinin X4 həvalə edilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Lənkəran Şəhər Rayon X12 Təhlükəsizlik Bölməsinin sahə rəisi polis baş leytenantı X11 tərəfindən MN ******* seriyalı, 30 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 19 dekabr 2024-cü il tarixdə saat 15:00 radələrində Lənkəran rayonu, Şağlaser kəndində yaşayan qardaşı arvadı Şahid1 şəxsi münasibətlər zəmnində vurmaqla sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. İnzibati xəta haqqında protokolda Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X11 bildirdi ki, Şəxs 19 dekabr 2024-ci il tarixdə Lənkəran rayonu, Şağlaser kəndində yaşadığı evdə şəxsi münasibətlər zəmmində qardaşı arvadı X3 vurmaqla sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Daxil olmuş məlumata əsasən araşdırma aparılmış, nəticədə toplanmış materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti X4 göndərilmişdir. Həmin qərar əsasında Şəxs barəsində onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Ona görədə qanunvericiliyə uyğun tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, 19 dekabr 2024-ci il tarixdə, saat 14 radələrində Lənkəran rayon Şağıaser kədinə anası yaşadığı ünvana gəlmişdir. Anası Zəhra ilə görüşmüşdür. Bir neçə saat sonra anasına gəlini Könülün onun barəsində nalayiq ifadə işlətməsini bildirmişdir. Zəhra da Könülü sələmiş və belə bir ifadə deyib–deməməsini soruşmuşdur. Könül onu təhqir etməsini təsdiq etmişdir. Bu səbəbdəndə Könüllə onun arasında mübahisə baş vermişdir. Bu zaman o öz qardaşını Ceyhunu çağırmış lakin qardaşı da onu söyüb təhqir edərək döymüşdur. Onları isə anası Zəhra ayırmışdır. Daha sonra o, 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Hazırda Şahid1 ilə barışmış, heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs Şahid1 izahatında göstərdi ki, 19 dekabr 2024ci il tarixdə, saat 14 radələrində günorta saatlarında Lənkəran rayonu, Şağlaser kəndində yaşadığı evə baldızı Elduzə gəlmişdir. Elduzə anası Zəhra ilə oturub söhbətləşmişlər. Bir neçə dəqiqə sonra qayınanası Zəhra onu səsləmişdir. Zəhra Elduzənin qaynı arvadına Elduzəni pisləməsini Könüldən soruşmuşdur. Bu səbəbə görə aralarınad mübahisə başlamışdır. Elduzə Könülün üzərinə hücum çəkərək onu təhqir edərək əlində olan mobil telefonla Könülün sinə nahiyəsinə bir neçə zərbə vurmuşdur. Daha sonra Könül öz ərinə zəng edərək çağırmışdır. Nə qədər Elduzəni sakitləşdirməyə çalışsa da, mümkün olmamışdır. Elduzə qışqıraraq əli ilə sifət nahiyəsini cırmaqlamışdır. Elduzə özu-özünə xəsarət yetirmişdir. Bundan sonra elduzə 102 xidmətinə zəng edərək qardaşı Ceyhunun onu döyməsi haqda məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 15 radələrində iş yerindən çıxıb yaşadığı ünvana gəlmişdir. Bu zaman arvadı Könülün küçədə olmasını görmüşdür. Hansı səbəbə küçədə olduğunu Könüldən soruşmuşdur. Könül baldızı Elduzə ilə evdə mübahisəsinin olmasını, Elduzənin onun sinə nahiyəsinə zərbə vurmasını bildirmişdir. O, evə getmişdir. Evə daxil olub bacısı Elduzədən evi tərk etməsini tələb etmişdir. Mübahisə zamanı o, orada olmamışdır, anası Zəhra və arvadı Könül orada olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Balabəy qızı izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 15 radələrində qızı Elduzə yaşadığı ünvana gəlmişdir. Zəhra Elduzə ilə söhbət edən zaman gəlini Könülün onun barəsində nalayiq ifadələr deməsini bildirmişdir. O, aydınlaşdırmaq məqsədilə Könülü səsləyərək ondan belə bir ifadənin deməsini soruşmuşdur. Könül cavabında belə bir ifadənin işlətməməsini, lakin Elduzənin pisləməsini bildirmişdir. Bu zaman Elduzə Könülə nalayiq ifadələrlə təhqir etmiş Könüldə Elduzəyə təhqirlə cavab vermişdir. Bu zaman Elduzə Könülün üzərinə hucum çəkmişdir. Elduzə Könülü itələmiş, əlindən olan mobil telefonla Könülün sinə nahiyəsinə bir neçə zərbə vurmuşdur. Həmin vaxt oğlu Ceyhun evə gəlmişdir. Evə daxil olub bacısı Elduzədən evi tərk etməsini tələb etmişdir. Elduzə Ceyhunun üzərinə hücum çəkmişdir. Elduzə Ceyhunu, ailə üzvlərini, azyaşlı qızını nalayiq ifadələrlə təhqir etmişdir. Elduzə qışqırmağa başlamışdır. Ceyhun onu qucaqlayıb sakitləşdirmək istəmişdir. Ondan sonrada Elduzə 102 xidmətinə zəng edəərk şikayət etmişdr. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində başlanmış İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 Publik hüquqi şəxsinin 29 dekabr 2024-cü il tarixli 1176 nömrəli ekspert rəyindən görünür ki, X2 bədəni üzərində döş qəfəsi nahiyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müddəti müayinədən 9-11 gün əvvələ uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli “Cinayət işi başlanılmasının rədd edilməsi haqqında qəraradan görünür ki, Şəxs və Şahid1 şikayət üzrə cinayət işinin başlanılması rədd edilmiş və Zərərçəkmiş şəxs və ƏlŞəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün Lənkəran ŞRPŞ-nın İTB-ya gödərilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə elektron bazasında görünür ki, Lənkəran rayon Şağlaser kənd sakini Şəxs “Şizofereniya paranoid forma,psixi qüsur halı özünə süiqəsd cəhdləri“ diaqnozu ilə xx.xx.2009–cu il tarixdən 2- ci qurup əlildir 220 manat müavinət aldığı müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Lənkəran Şəhər Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Lənkəran rayon Şağlaküçə kəndində qeydiyytda olmaqla bakı şəhəri Xətai rayonu M.Hadi ev 117-də yaşayan, xx.xx.1980-ci il təvəllüdlu Şəxs barəsində Lənkəran Şəhər Polis Şöbəsinin Növbətçi hissəsində yığılan inzibati kartotektasında son bir il ərzində heç bir məlumat daxil olmamışdır. İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İş üzrə məhkəmə araşdırması zamanı həm barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, həm zərərçəkmiş şəxs hər ikisi məhkəməyə müraciət edərək barışdıqlarını bildirmişlər. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin zərərçəkmiş şəxslə barışması səbəbindən Şəxs barəsində başlanmış İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Qeyd olunanlara göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 30 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar