Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1023/2024 06.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X2 iştirakı ilə, 20 avqust 1992-ci il tarixdə Lənkəran rayonu, Vilvan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Lənkəran rayonu, Separadi kəndində qeydiyyatda olmaqla yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Lənkəran Şəhər Rayon X4 Bölməsinin baş təhqiqatçısı polis mayoru X1 02 iyul 2024cü il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 232-1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması üçün qərarın icrasının Lənkəran Şəhər Rayon X6 Təhlükəsizlik Bölməsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Lənkəran Şəhər Rayon X6 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis kapitanı X3 tərəfindən MN ******* nömrəli, 06 sentyabr 2024cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN ******* nömrəli, 06 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, Lənkəran rayonu, Xarxatan kənd sakini Zərərçəkmiş şəxs məxsus həmin kənddə yerləşən “Çiyələk” bağına daxil olaraq bağın qapısını qırmış çiyələk üçün bahalı dərmanları cırıb yerə səpmiş, sonra da bağın gözətçisi ilə mübahisə etmiş və avtomobilinə minərək ordan uzaqlaşmışdır. Vurulmuş ziyan 180 manat təşkil edir. Nəticədə Şəxs İXM-in 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd olunmuşdur. Məhkəmənin yeri və vaxtı barədə inzibati xəta haqqında protokolu tərtib etmiş Lənkəran Şəhər Rayon X6 Təhlükəsizlik Bölməsinin polis kapitanı X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs rəsmi məlumat veriləsinə baxmayaraq məhkəmə iclasına gəlməmş gəlməməsi barədədə rəsmi məlumat verməmidir. Məhkəmə inzibati xəta haqqında materiala həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs Zərərçəkmiş şəxs məxsus əmlaka maddi ziyan vurması məhkəmə iclasında araşdırılan sübutlarla təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 02 iyul 2024-cü il tarixli qərarından müəyyən edilir ki, Şəxs barəsində İXM-nin 232-1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması üçün qərarın icrasının Lənkəran Şəhər Rayon X6 Təhlükəsizlik Bölməsinə həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış 24 iyun 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə Lənkəran rayonu, Xarxtan kəndində baş vermişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış 09 noyabr 2024-cü il tarixli rəydən görünür ki, avtomobil vurması nəticəsində metal konstruksiyalı darvazanın bütün xərclər daxil bərpa dəyəri 180 manat maddi ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 22 iyun 2024-cü il tarixli raportdan görünür ki, Lənkəran rayon, Xarxatan kənd sakini Zərərçəkmiş şəxs 22 iyun 2024-cü il tarixdə 00:39-da DİN-nin 102 xidmətinə məlumat verərək, 6-7 nəfər şəxsin ünvanına yaxınlaşaraq mübahisə etmələrini radələrində ünvan 1 tanımadığı bir neçə şəxs icazəsis olaraq onların çiyələk bağına daxil olmuş, həmin bağın giriş qapısının və çiyələk bağının anbarında saxlanılan bir neçə çiyələk dərman kisələrini crrmaqla ətrafa dağıtmışdır. Daha sonra çiyələk bağının gözətçisinin üzərinə gələrək bıçaqla hədə-qorxu gəlmiş və içkili halda avtomobillə uzaqlaşan zaman yüksək sürətdə Mersedes markalı avtomobili idarə etdikləri üçün bir neçə hissəsini vurmaqla yol üzərinə salmaqla uzaqlaşmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş fotoşəkillədən görünür ki, dərman kisələri cırılmış və ətrafa dağılmışdır. İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda- inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Qeyd: Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Xarxatan kənd sakini Zərərçəkmiş şəxs məxsus həmin kənddə “Çiyələk” bağına daxil olaraq bağın qapısını qırmış çiyələk üçün bahalı dərmanları cırıb yerə səpmiş və Zərərçəkmiş şəxs 180 manat məbləğində zərər vurmuşdur. Məhkəmədə İXM-in 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyəti ağırlaşdıran hal, habelə məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş vurulmuş ziyanın iki mislinədək məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 128-130 və 232- 1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və vurulmuş ziyanın iki misli miqdarında - 360 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-1023/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1023/2024
06.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver