Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1024/2024 15.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin X1 polis sahə rəisi, polis baş leytenantı X4, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi (anası) Nümayəndə, Lənkəran Şəhər İcra Hakimiyyətinin yanında Qəyyumluq və himayə komissiyasının nümayəndəsi X2, pedaqoq Qanuni nümayəndə və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1970-ci il tarixdə Lənkəran rayonu, Xanbulan kəndində doğulmuş, Lənkəran rayonu, Lənkəran şəhəri, X8 küçəsi, ev 65 ünvanında qeydiyyatda olan və həmin ünvanda faktiki yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X1 sahə rəisi, polis baş leytenantı X6 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən, o cümlədən Lənkəran Şəhər- Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısının «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 31 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 16-17 radələrində Lənkəran rayonu, Xanbulan kəndində yaşayan oğli Zərərçəkmiş şəxslə aralarında baş vermiş mübahisə zamanı onu əlləri ilə boğaz nahiyəsindən sıxmaqla ona fiziki ağrı yetirmişdir. Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X1 sahə rəisi, polis baş leytenantı X6 məhkəmə iclasında protokolun məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi təhqiqatda aparılan araşdırma zamanı zərərçəkmişin izahatı, tibbi ekspertizanın rəyi və digər sübutlarla sübuta yetirilmişdir və onun inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, 25 oktyabr 2024-cü il tarixdə oğlu İslamla evdə birlikdə olarkən oğlunun əlində müəyyən predmetlərin olduğunu haradan əldə etdiyini soruşub, ona irad bildirərək, buna əsəbləşmişdir. Sonradan onun boğazından əlləri ilə tutub kənara çəkmişdir. Həmçinin ona iki şillə də vurmuşdur. Sonradan oğlu İslam evdən getmişdir. Onu bir az axtarmışdır, lakin tapmamışdır. O, bu hərəkətləri ilə övladına tərbiyə verməyə çalışmışdır. Əvvəllər də oğlu İslamı döymüşdür. Həmin hadisə zamanı həyat yoldaşı Həqiqət evdə olmamışdır və ertəsi gün səhər evə gəlmişdir. Ona ən yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs məhkəmə iclasında qanuni nümayəndəsi (anası) Nümayəndə və pedaqoq Qanuni nümayəndə iştirakı ilə izahat vermiş və izahatında bildirmişdir ki, 25 oktyabr 2024-cü il tarixdə o, Lənkəran rayonu, Xanbulan kəndində atası İdrislə evdə olarkən atası onunla mübahisə yaradaraq, onu əlləri boğazından tutaraq, divara vurmuşdur. O, həmin vaxt evdən qaçmış və gecəni dostugilin evində qalmışdır. Hadisə zamanı atası İslam sərxoş olmuşdur. Hadisədən sonra boğazında qızartı və ağrılar olmuşdur. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi (anası) Nümayəndə məhkəmə iclasında izahatında bildirmişdir ki, 25 oktyabr 2024-cü il tarixdə o, Bakı şəhərində olmuşdur, oğlu İslam isə atası İdrislə birlikdə Xanbulan kəndində evlərində qalmışdır. Ona məlumat vermişlər ki, İdris oğlu İslamı döyüb və uşaq evdən qaçıb. O, da bu barədə tədbir görülməsi üçün “102” Polis xidmətinə məlumat vermişdir. Həyat yoldaşı İslam mütəmadi olaraq spirtli içki qəbul edərək, evə sərxoş gəlir və onlarla mübahisə yaradır. Mübahisə zamanı onu və övladlarını nalayiq söyüşlərlə təhqir edir. Oğlu İslam hətta bir neçə dəfə ona bu mübahisələrə görə intihar edəcəyini bildirmişdir. Şəxs ilə barışmaq fikri yoxdur. Odur ki, ona cəza verilməsini məhkəmədən xahiş etdi. Lənkəran Şəhər İcra Hakimiyyətinin yanında Qəyyumluq və himayə komissiyasının nümayəndəsi X3 məhkəmə iclasında izahatında Şəxs yetkinlik yaşına çatmayan şəxsə qarşı inzibati xətanı törətdiyini xoşagəlməz hal olduğunu bildirərək, onun barəsində cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Şəxs müvafiq inzibati xətanı törətməsi faktı özünün, zərərçəkmiş şəxsin və onun qanuni nümayəndəsinin ifadəsi ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. Belə ki, “sağlamlığa zərər vurmanın təyininə dair” Lənkəran rayonlararası MTE və PA zona mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 1012 №-li ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, Zərərçəkmiş şəxs bədəni üzərində - onun boyun nahiyəsndə qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdie, müddəti müayinədən bir gün əvvələ uyğun gəİir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Beləliklə, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı tam sübuta yetirilmiş sayılmalı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə zərərçəkmiş şəxs arasında barışıq olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin maddə ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Şəxs tərəfindən inzibati xətanın yetkinlik yaşına çatmayan şəxsə qarşı törədilməsi məhkəmə tərəfindən onun məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirilir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş inzibati həbs cəzasının tətbiq edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 15 noyabr 2024-cü il saat 17:15-dən hesablansın. Qərarın icrası Lənkəran Şəhər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-1024/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1024/2024
15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver