Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1025/2023 20.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X1, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs Bahəddin oğlu və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon Şəhər Polis Şöbəsinin sahə rəisi, polis leytenantı X3 iştirakı ilə, xx.xx.1969-cu il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, Lənkəran rayonu, Mamusta kəndində qeydiyyatda olmaqla, Lənkəran rayonu, Şilavar kəndində yaşayan Şəxs barəsində Lənkəran Şəhər Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq və İXM-nin 40, 43, 115 və 198-130-cu maddələrini rəhbər tutub, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə Zərərçəkmiş şəxs Bahəddin oğluna məxsus Lənkəran rayonu, Digah kəndində yerləşən evin birinci mərtəbəsindəki saxlanc yerindən 100 manat dəyərində olan velosipedi oğurladığına görə barəsində 19 aprel 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon Şəhər Polis Şöbəsinin sahə rəisi, polis leytenantı X4 izahat verərək bildirmişdir ki, təqsirləndirilən şəxs Şəxs protokolda göstərilən inzibat xətanı törətdiyi üçün Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və bu səbəbdən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə Digah kəndindəki evin birinci mərtəbəsindəki velosipedi oğurlayaraq onu Lənkəran şəhər bazarında tanımadığı şəxə 20 manat satmışdır. Əldə etdiyi pula spirtli içki və yemək almışdır. Zərəçəkmişə vurduğu zərəri ödəməmişdir. İnzibati xəta nəticəsində Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə evinin birinci mərtəbəsində olan velosiped oğurlanmışdır. Sonradan bilmişdir ki, həmin oğurluğu təqsirləndirlən şəxs etmişdir. Həmin velosipedi daha baha qiymətə alsa da, hazırda onun dəyəri 100 manat olar. Məhkəmədən ona dəymiş zərərin ödənilməsini və həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. İş materiallarında olan 05 aprel 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, HK-1-1125 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Republikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Lənkəran ŞRPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 19:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan DSMF-nin Lənkəran şəhər şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, Zərərçəkmiş şəxs Bahəddin oğlu ƏƏSMN yanında DSMF-nin Lənkəran şəhər şöbəsindən heç bir növ sosial müavinət və pensiya almır. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs Bahəddin oğlunun bu xətanı törətməsində təqsiri onun izahatı, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. Məhkəmə inzibati xəta haqqında iş materiallarını və ona əlavə edilmiş sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, Zərərçəkmiş şəxs Bahəddin oğlu qeyd olunan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Zərərçəkmiş şəxs Bahəddin oğluna qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar müəyyən olunmadı. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xəta törədənin təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Zərərçəkmiş şəxs Bahəddin oğlu barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Məhkəmə eləcə də hesab edir ki, zərəçəkmiş şəxsə vurduğu zərərin əvəzi olaraq ondan 100 manat alınaraq zərəçəkmiş şəxsə verilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 40, 43, 53, 115 və 128- 130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 30 (otuz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli «19» aprel 2023-ci il tarixdən saat 19:00-dan hesablansın. Həbsin sonu 18 may 2023-cü il tarix, 19:00-dan hesab edilsin. 100 manat dəyərində dəymiş maddi ziyan Şəxs tutularaq zərərçəkmiş Zərərçəkmiş şəxs Bahəddin oğluna ödənilsin. Qərarın inzibati həbslə bağlı hissəsi dərhal icra olunsun və icrası Lənkəran Şəhər- Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərarın 100 manat dəyərində dəymiş maddi ziyanın Şəxs tutularaq zərərçəkmiş Zərərçəkmiş şəxs Bahəddin oğluna ödənilməsi hissəsi Lənkəran rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X6
Məhkəmə qərarları › İş №3(049)-1025/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1025/2023
20.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver