Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1026/2023 20.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X5 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, X6 stansiyasında böyük mühəndis işləyən, 3-cü qrup əlil, Lənkəran rayonu, Şürük kəndində qeydiyyatda olmaqla orada yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə yaşadığı Lənkəran rayonu Şürük kəndində ailə məişət münasibətləri zəminində aralarında yaranmış münaqişə zamanı bacısı Zərərçəkmiş şəxs qəsdən döyərək dərəcəsi təyin olunmayan xəsarətlər yetirdiyinə görə barəsində İXM-nin 157-ci maddəsi ilə 20 aprel 2023-cü il tarixli MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, ailəlidir və 3-ci qrup əlildir. Hazirda Lənkəran rayonu Şürük kəndində yaşayır. 23 mart 2023-cü il tarixində Mollakənd kəndində yaşayan bacısı Zərərçəkmiş şəxs atasına baş çəkmək adıyla onun yaşadığı evə gələrək onun və həyat yoldaşının haqqında böhtan xarakterli sözlər deməyə başlamış və nəticədə aralarında münaqişə yaranmışdır. Münaqişə zamanı bacısı ona hücum edərək əl qaldırdığı üçün o, sonuncunun qolundan tutaraq atasının olduğu otağa salmışdır. Bu zaman bacısı öz əlləri ilə başına və üzünə çırparaq kresloya oturmuş və halı pisləşdiyi üçün 103 təcili tibbi yardım xidmətinə zəng etmişlər. Özünü qismən təqsirli bilir. Əməlindən peşmandır. 3 qrup əlillik dərəcəsinin olmasını nəzərə alıb barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, hazirda ailəsi ilə birlikdə Lənkəran rayonu, Mollakənd kəndində yaşayır və Seçki Dairəsində məsləhtçi vəzifəsində işləyir. 23 mart 2023-cü il tarixdə Şürük kəndində yaşayan atasına baş çəkməyə getmiş və orada qardaşı Azərlə qarşılaşmışdır. Azər onu təhqir etməyə başlamış və aralarında münaqişə yaranmışdır. Nəticədə Azər onun başına və bədəninə yumruq zərbələri endirmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan şəxs barəsində inzibati həbs qərarı qəbul edilməsini xahiş edir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı, X2 HK-1-1054 və 1059 saylı material üzrə qəbul etdiyi 06 aprel 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması Şəxs əməlində cinayət tərkibinin olması müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün Lənkəran ŞRPŞ-nin İTB-yə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT PHŞ Lənkəran rayonlararası MTE və PA zona mərkəzinin verdiyi 25 mart 2023-cü il tarixli, 278 saylı canlı şəxsin ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - başın təpə, sol qulaq seyvanı nahiyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, müddəti müayinədən 2-3 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcə təyin edilmir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin 1 saylı X1 xx.xx.2023-cü il tarixli, 3-17-1/2-82711/2023 nömrəli arayışından görünür ki, Şəxs 3-cü dərəcəli əlilliyə görə müddətsiz olaraq əmək pensiyası alır. İXM-nin 157-ci maddəsinin dispozisiyasına görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsində təqsiri HK-1-1054 nomrəli material üzrə 06 aprel 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, özünün və zərərçəkmiş şəxsin izahatları, ekspert rəyi, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. Məhkəmə, Şəxs barəsində tətbiq ediləcək tənbehlə əlaqədar aşağıdakıları qeyd edir: İXM-nin 65 və 66-cı maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs özünü qismən təqsirli hesab etməsini, ilk dəfə inzibati xəta törətməsini, həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən,... orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər... barəsində inzibati həbs tətbiq edilə bilməz. İş materialları ilə müəyyən olunur ki, Şəxs 3-ci dərəcəli əlilliyə görə müddətsiz əmək pensiyası alır. İXM-nin 157-ci maddəsinin sanksiyasında üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tənbeh tədbiri nəzərdə tutulmuşdur. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xəta törədənin təqsirinin dərəcəsini, onun məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını, əmlak vəziyyətini, həmçinin müvafiq qanunvericiliyin yuxarıda qeyd olunan imperativ tələbini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Muradağa Qasımov.
Məhkəmə qərarları › İş №3(049)-1026/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1026/2023
20.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver