Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1026/2024 12.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X7 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat oğlu və onun müdafiəçisi X2 iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 456-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına xx.xx.2024-cü il tarixdə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Tərtib edilmiş inzibati protokola əsasən Lənkəran şəhəri, Şəhidlər Xiyabanı 118 ünvanında xx.xx.2024-cü il tarixdə keçirilən yoxlama zamanı fərdi yaşayış sahəsində kustar üsulu ilə hazırlanmış ağ və qırmızı çaxır məhsullarının hazırlandıqdan sonra satıldığı halı aşkar edilmişdir. 40 litr qırmızı və 35 litr ağ çaxır məhsuluna toxunulmazlıq verilmişdir. Fəaliyyət məhdudlaşdırılmışdır. Nəticədə Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 456-cı maddəsi ilə inzibati qaydada MN ******* saylı, xx.xx.2024-cü il tarixli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. xx.xx.2024-cü il tarixdə AQTA-nin İARB-nin nümayəndəsi X4 işin məhkəmə baxışı zamanı protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, vətəndaşın ərizəsi əsasında VÖEN-i olmayan Şəxs evində növbədənkənar yoxlama aparmışlar. Şəxs VÖEN açdırmadığı üşün onu qida təhlükəsizliyi ilə bağlı dövlət qeydiyyatına cəlb edə bilmirlər. Buna baxmayaraq çaxırların analizləri aparılmış, bundan sonra çaxır məhsulunun satışı ilə əlaqədar protokol tərtib edilmişdir. Çaxırların satışını təsdiq edən sübutları Şəxs VÖEN-nin olmaması, çaxırların kustar üsulu ilə hazırlanması və özünün kamera qarşısında çaxırları satdığını etiraf etməsi olmuşdur. Əgər Şəxs satdığı çaxırları etiketkalasaydı, onları satış yerlərində aşkar edib dəqiq bildirmək olardı ki, o, çaxırların satışı ilə məşğuldur. Lakin hazırda yalnız onun etirafına görə ona satışla bağlı protokol tərtib etmişlər. Ondan şikayət etmiş şəxsin izahatı alınmamışdır. Çaxırların satışını müəyyəın etmək üçün şərti alıcıdan istifadə etməmişlər. Məhkəmədən İXM-nin 456.1-ci maddəsi ilə tərtib olunmuş protokolun təmin olunmasını xahiş edir. Barəsində inzibati protokol tərtib edilmiş Şəxs məhkəməyə protokola qarşı etiraz ünvanlayaraq etirazında göstərmişdir ki, Lənkəran şəhəri, Şəhidlər Xiyabanında qeydiyyatda olmaqla yaşayır. Qonşusu Xudaşirinin onunla bir neçə aydır ki, davam edən mübahisə və münaqişəsi vardır. Bu səbəbdən X3 Agentliyinə şikayət ünvanlamışdır ki, guya o, alkoqollu içkiləri öz evində istehsal edərək onların satışını həyata keçirir. Bununla bağlı qeyd edilən orqan tərəfindən evinə yoxlama gəlmiş və o da həmin işçilərin evinə gələrək yoxlamanı həyata keçirtmələrinə şərait yaratmışdır. Bundan sonra həmin orqanın əməkdaşları 40 litr çaxır olan bankaları plomlayaraq ona ondan istifadə etməyi qadağa etmişlər. Həmçinin barəsində protokol tərtib etmişlər. O, onlara dəfələrlə onun heç bir alkoqollu içkinin satışını həyata keçirtmədiyini desə də, bunun heç bir faydası olmamış və barəsində protokol tərtib etmişlər. O, həmin orqanın əməkdaşlarından əgər əllərində onun alkoqollu içkilərin satışını həyata keçirtməyi ilə əlaqədar hər hansı video görüntü və ya digər sübutlar varsa ona təqdim etmələrini bildirmişdir. Onlar isə ona bildirmişlər ki, onu X1 Lənkəran-Astara Regional İdarəsinin Lənkəran şəhər ərazisində yerləşən binasına dəvət və orada ona sübutlarını təqdim edəcəklər. O da bununla razılaşmış və ərizə yazdıqdan sonra həmin şəxslər həyətini tərk etmişlər. Bundan sonra bir neçə gün onu idarəyə dəvət edərək hər hansı bir sübutu təqdim edəcəklərini gözləsə də, sübut təqdim etmək əvəzinə protokol tərtib edərək onu məhkəməyə vermişlər. Lakin hakim Murad Aslanov heç bir sübut olmadığı üçün protokolu geri qaytarmışdır. Sonradan yenidən həmin protokolu baxılması üçün məhkəməyə göndərmişlər. Belə çıxır ki, qeyd edilən orqan insanların yaşlı olmasından, hüquqi savadının olmamasından istifadə edərək öz bildiklərim edirlər. Guya özlərini ayıq və zirək hesab edərək insanların heç bir əsas olmadan yüksək məbləqdə cərimə edilməsinə nail olmağa çalışırlar və bununla da rəhbərliyin gözündə iş görən işçı kimi qalmaq istəyirlər. Belə hallara yol vermək bir dövlət qulluqçusuna yaraşmayan haldır. Dövlət Qulluğu haqda qanunun prinsiplərindən birində də deyilir ki, dövlət qulluqçusu ədalətli olmalıdır. Həmçinin həmin qanuna görə dövlət qulluqçusunun əsassız və qanunsuz əmri icra etməkdən imtina etmək hüququ vardır. O, ev şəraitində alkogollu içkilər istehsal etsə də, qətiyyən onların satışını həyata keçirməmiş və bununla bağlı heç bir sübut ola bilməz. Hesab edir ki, inzibati xəta hadisəsi və əməlində inzibati xəta tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında Şəxs etirazda yazılanlara uyğun izahat verərək, əlavə olaraq göstərmişdir ki, özünü təqsirli bilmir. Bu yoxlamadan əvvəl, onun evinə tanımadığı şəxslər gələrək ondan 4-5 litr çaxır istəmişlər. O, onlara bildirmişdir ki, o, çaxır satışı ilə məşğul olmur. Sonradan bilmişdir ki, ondan çaxır almaq istəyən şəxslər vergi xidmətinin əməkdaşları olmuşlar. Daha sonra onun evinə polis əməkdaşları gəlmiş, onun çaxır satdığını aşkar etməyib gülə-gülə çıxıb getmişlər. Əgər çaxırın satışı ilə məşğul olsaydı, çaxırları açıq-aşkar satışa qoyardı. Evində 18 litrlik qablar var, qida təhlükəsizliyinin əməkdaşları çaxırları plomblamışlar. O, X5 Bakı Yeparxiyasının komendantıdır. Onun çoxlu qonaqları olur. Həmin çaxırlarla onları qonaq edir. Verilən suallara cavab olaraq bildirmişdir ki, çaxırı pulnan satmamışdır. Sadəcə qida təhlükəsizliyi xidmətinin əməkdaşları onu küçədə dindirən zamanı hirsindən demişdir ki, satıram, istəyirsizsə sizə də satım. Məhkəmə barəsində inzibati protokol tərtib edilmiş şəxsi dinləyib, həmçinin iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 456.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 456.1-ci maddəsinin dispozisiyasından görünür ki, inzibati məsuliyyət ev şəraitində istehsal edilmiş alkoqollu içkilərin satışına görə yaranır. Məhkəmə qeyd edir ki, narkotik vasitələrini satışı ilə, alkogollu içkilərin satışını birini digərindən ayırmaq lazımdır. Əgər narkotik vasitələrin açıq satışına qadağa vardırsa, alkogollu içkilərin açıq satışına, açıq mülki dövriyyəsinə qadağa yoxdur. Buna görə də məhkəmə hesab edir ki, mülki dövriyyədə istifadə olunan “satış” anlayışına aydınlıq gətirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllkəsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Yəni, qeyd olunan maddəyə əsasən alkoqollu içkilərin satışı dedikdə satıcı alkoqollu içkini alıcının mülkiyyətinə verməyi, alıcı isə alkogollu içkini qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməlidir. Məhkəmə iclasında Şəxs hər hansı bir şəxsdən pul aldığı və həmin pulun müqabilində çaxır satdığı sübuta yetirilmir. Sadəcə məhkəmə iclasında müəyyən olunmuşdur ki, o, ev şəraitində hazırladığı çaxırı əvəzsiz olaraq öz qonaqlarına, yaxınlarına verir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin tələblərinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin məcəllənin 8.1 maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2 maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin yuxarıda istinad edilən 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətindən görünür ki, şəxsin əməlində inzibati xətanın tərkibinin olması halı səlahiyyətli orqan tərəfindən sübuta yetirilməlidir. Qanunun bu tələbinə əsasən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 456.1-ci maddəsinin tərkibinin olması halının sübuta yetirilməsi vəzifəsi inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın üzərinə düşür. AQTA-nin İARB-nin vəzifəli şəxsi tərəfindən Şəxs İXM-nin 456.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilməmişdir. İXM-nin 8.3 maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 456.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. X8
Məhkəmə qərarları › İş №3(049)-1026/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1026/2024
12.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver