Məhkəmə qərarları › İş №3(049)-1029/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1029/2023

30.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1029/2023 30.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X2 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunın katibliyi ilə, «FRUİTGARDEN” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin tələbinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala 30 may 2023-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tərtib olunmuş inzibati xəta haqqında protokola əsasən, Gömrük Prosedurları və Ödənişləri şöbəsinin təqdim edilmiş məlumat və sənədlərə Hüquqi səxs Şəxs MMC-nin (VÖEN: **********) 2022-ci ilin avqust avında Şimal Ərazi Bas Gömrük İdarəsində rəsmiləşdirərək Rusiya Federasiyasına **********0489 saylı gömrük bəyannaməsi üzrə ixrac etdiyi ümumilikdə 8026,75 ABŞ dolları dəvərindəki (13645,47 manat) meyvə yükünün müqabilində qaytarılmalı olan məbləğləri müvəkkil bank hesabına köçürülmədiyi müəyyən olunmuşdur. Qeyd olunan vəsaitin ödənilməsi ilə bağlı Şimal Ərazi Baş Gömrük İdarəsi, Gömrük Prosedurları və Ödənişləri Şöbəsi Şəxs MMC-nin qeydiyyatda olduğu Lənkəran rayonu, Şağlaser kəndinə xx.xx.2023-cü il tarixli. 1700-012/0xx-xx/000293 saylı bildiriş ünvanlamışdır. Həmçinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Təhqiqat Bölməsində aparılan araşdırma ilə əlaqədar X1 yaşadığı Lənkəran rayonu, Şağlaser kəndinə xx.xx.2023-cü il tarixli. 1700-013/0xx-xx/001740 saylı məktub göndərilərək Şimal Ərazi Baş Gömrük İdarəsinə dəvət olunmuş, lakin çağırış üzrə şirkətin heç bir nümayəndəsi Şimal Ərazi Baş Gömrük İdarəsinə gəlməmişdir. Qeyd olunan 8026,75 ABŞ dolları dəvərindəki (13645,47 manat) vəsaitin köçürülüb- köçürülməməsi ilə bağlı Gömrük Prosedurları və Ödənişləri şöbəsinə xx.xx.2023-cü tarixdə 34/013/003016 saylı sorğu verilmiş və Gömrük Prosedurları və Ödənişləri şöbəsinin xx.xx.2023-cü il tarixli 34/012/003023 saylı xidməti qeydində **********0489 saylı gömrük bəyannaməsi üzrə 8026,75 ABŞ dolları dəvərindəki (13645,47 manat) vəsaitin ödənilmədiyi bildirilmişdir. Beləliklə də, Şəxs MMC tərəfindən Şimal Ərazi Bas Gömrük İdarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirdiyi yükün müqabilində köçürülməli olan 8026,75 ABŞ dolları dəvərindəki (13645,47 manat) məbləğində vəsaitin Azərbaycan Respublikasındakı müvəkkil bankında olan hesabına köçürülməsi təmin edilməmişdir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 01400- 02913/23 saylı inzibati protokol tərtib edilmiş, iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin və «FRUİTGARDEN” MMC-nin səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsaslanaraq, işə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin və «FRUİTGARDEN” MMC-nin səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs «FRUİTGARDEN” MMC tərəfindən inzibati xəta törədilməsi müəyyən edildiyindən hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan raportdan görünür ki, Hüquqi şəxs “FRUİTGARDEN" MMCnin (VÖEN:**********) 2022-ci ilin avqust ayında Şimal Ərazi Baş Gömrük İdarəsində rəsmiləşdirdiyi müxtəlif “meyvə” məhsullarının Rusiya Federasiyasına 1 gömrük bəyannaməsi üzrə konsiqnasiya yolu ilə ixrac etdiyi ümumilikdə 8026,75 ABŞ dolları dəyərindəki (13645,47 manat) yükün müqabilində qaytarılmalı olan məbləğləri müvəkkil bank hesabına köçürülmədiyi müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ciil tarixli **********0489 saylı bəyannamədən görünür ki, hüquqi şəxsin qalığı 8026,75 ABŞ dolları təşkil eləyir. İş materiallarında olan bildirişlərdən görünür ki, vəsaitin ödənilməsi ilə bağlı Şimal Ərazi Baş Gömrük İdarəsi, Gömrük Prosedurları və Ödənişləri Şöbəsi Şəxs MMC-nin qeydiyyatda olduğu Lənkəran rayonu, Şağlaser kəndinə xx.xx.2023-cü il tarixli 1700-012/0xx-xx/000293 saylı bildiriş ünvanlamışdır. İş materiallarında olan Şimal Ərazi Baş Gömrük İdarəsinin Təhqiqat Bölməsində aparılan araşdırma ilə əlaqədar məktubundan görünür ki, X1 yaşadığı Lənkəran rayonu, Şağlaser kəndinə xx.xx.2023-cü il tarixli. 1700-013/0xx-xx/001740 saylı məktub göndərilərək Şimal Ərazi Baş Gömrük İdarəsinə dəvət olunmuşdur. İş materiallarında olan Gömrük Prosedurları və Ödənişləri şöbəsinin xx.xx.2023-cü il tarixli 34/012/003023 saylı xidməti qeydindən görünür ki, **********0489 saylı gömrük bəyannaməsi üzrə 8026,75 ABŞ dolları dəyərindəki (13645,47 manat) vəsait müvəkkil bankla olan hesaba kömürülməmişdir. İXM-nin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeyd hissəsinə əsasən Məcəllənin 483-cü maddəsində “az dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Plenumunun qərarında qeyd edilmişdir ki, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur.Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3 və 12-ci maddələrinin tələblərinə müvafiq olaraq məhkəmələr həmin Məcəllənin 483-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini müəyyən etməlidir. Məhkəmə qeyd edir ki, işin müəyyən edilmiş mübahisəsiz hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs «FRUİTGARDEN” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Eyni Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. Məhkəmə sözügedən Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxs «FRUİTGARDEN” MMC barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini və qanunda göstərilmiş digər halları (inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar) nəzərə alır. Məhkəmə «FRUİTGARDEN” MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə hesab edir ki, hüquqi şəxs «FRUİTGARDEN” MMC barəsində törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin əlli faizi məbləğdə cərimə təyin edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsindəki məlumata əsasən xx.xx.2023-cü il tarixdə 1 ABŞ dolları 1,7 manata bərabər olmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş hüquqi şəxs«FRUİTGARDEN” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinib inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 50 %-i həcmində (8026.75 ABŞ dolları x 50%: 100 = 4013,37 ABŞ dolları x 1,7 AZN = 4985.76 AZN) – 6822.73 ( altı min səkkiz yüz iyirmi iki) manat 73 qəpik məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar