Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-103/2024 06.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakı ilə, xx.xx.1976-cı il tarixdə Lənkəran rayonu, Şağlaser kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Lənkəran rayonu, Şağlaser kəndində qeydiyyatda olmaqla həmin kəndə yaşayan, əlilliyi olmayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 13 yanvar 2024-cü ildə saat 13 radələrində yaşadığı Lənkəran rayonu, Şağlaser kəndində şəxsi münasibətləri zəminində baş vermiş münaqişə zamanı əli ilə X4 boyun nahiyyəsindən sıxıb itələməklə sonuncun sağlamlığına dərəcəsi təyin edilməyən xəsarət, yəni fiziki ağrı yetirdiyinə görə barəsində İXM-nin 157-ci maddəsi ilə 02 fevral 2024-cü il tarixli MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, ondan şikayət etmiş Zərərçəkmiş şəxs qardaşı oğlu - Şahid1 arvadıdır. Ramilə ilə Mirseyidin aralarında anlaşılmazlıqlar olduğu üçün onlar ayrılmış, Ramilə də gətirdiyi cehizləri gəlib götürmək qərarına gəlmişdir. xx.xx.2024-cü il tarixdə Mirseyidin yaşadığı evə gəlmiş, evdə səs küy olduğunu eşitmişdir. X2 mübahisə etdiyini görmüşdür. Bu zaman Ramiləyə səs-küy salmamasını irad bildirmişdir. O Ramiləni döyməmiş, ona qarşı hər hansı zor tətbiq etməmişdir. Ramilə ilə aralarındakı məsafə də aralı olmuşdur. Buna görə də özünü İXM-nin 157-ci maddəsi ilə təqsirli bilmir. Şahid Miseyid Əsədullayevin polis şöbəsində verdiyi izahata münasibətdə qeyd edir ki, Şahid1 polis şöbəsində onun adından yazılmış izahatda guya onun Ramilənin boynundan tuturaq itələmsini gördüyü qeyd elmişdir. Mirseyid onun yanında polis şöbəsində izahat vermiş, izahatında belə bir cümlə deməmişdir. Mirseydin savadsız olmasından istifadə edərək polis əməkdaşları Mirseyidin izahatına guya onun Ramilənin boynundan tutaraq itələdiyini qeyd etmişlər. Əslində isə Mirseyid belə bir izahat verməmişdir. Ramilənin bildirikləri şər və böhtandır. O əvvəldən də onları polisə verəcəkləri ilə hədələmişdir. Buna görə də barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, Şəxs tanıyır. O əri Şahid1 əmisidir. Əri ilə aralarında narazılıqlar olduğu ayrılmaq qərarına gəlmişlər. xx.xx.2023-cü il tarixdə ərinin yaşadığı evə gəlib cehizlərini götürmək istəmişdir. Cehizlərini yığarkən əri də onun yanında olmuş, ona qıcıqlandırıcı sözlər atmışdır. O da ərinə atmacalarını dayandırmasını, yoxsa DİN 102 xidmətinə zəng edəcəyini bildirmişdir. Bundan sonra özü ilə cehizlərin daşınması üçün gətirdiyi şəxslər cehizlərini bir qismini götürüb getmişlər. O isə cehizlərin digər hissəsini yığmaq üçün əri Meseyidin yaşadığı evdə qalmışdır. Əri Mirseyid dayanmadan ona atmaca sözlər dediyi üçün aralarında mübahisə yaranmış, səs-küyə ərinin əmisi Şəxs gəlmiş və onunla mübahisə etməyə başlamış, ona atasını da tüfənglə öldürəcəyi ilə hədələmişdir. O da Şəxs cavabını vermiş, bu zaman Namiq onun boynundan tutaraq onu itələmiş, o da yıxılarkən əri Mirseyid onu tutmuşdur. Əri Mirseyid orada olmasaydı, o yıxılacaqdır. O da atasına və DİN 102 xidmətinə zəng etmiş və Namiqin onu döyməsi barədə bildirmişdir. O Şəxs şikayətçidir və Namiqə ən ağır cəzanın verilməsini xahiş edir. Məhkəmə iclasında Şahid1 izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs onun arvadı, Şəxs isə onun əmisidir. Aralarında olan narazılıqlara görə arvadı Ramilə ilə faktiki olaraq ayrılmışlar. Ramilə də cehizlərini onun evindən götürməyə qərar vermiş, xx.xx.2024-cü il tarixdə cehizləri götürmək üçün onun evinə gəlmişdir. O da cehizlərin məhkəmə qaydasında götürməli olduğunu Ramiləyə bildirmişdir. Bu zaman aralarında mübahisə olmuş, səs-küyə əmisi Namiq evə gəlmiş, Ramiləyə səs küy salmamasını bildirmişdir. Bu zaman əmisi ilə Ramilə arasında sözlü mübahisə olmuşdur. Lakin əmisi Namiq Ramiləni vurmamış, ona qarşı hər hansı zor tətbiq etməmişdir. Polis şöbəsində adından yazılmış izahat bir cümlə istisna olmaq şərtilə doğrudur. İzahatında əmisi Namiqin Ramilənin boynundan tutaraq kənara tələməsi yazılsa da, o həmin sözləri təhqiqatçıya bildirməmişdir. İzahatındakı imza və əl yazıları ona məxsusdur. Lakin izahat yazıldıqdan sonra izahatı oxumamış imza etmişdir. Məhkəmə iclasında Şahid2 izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır. Ramilə ilə Mirseyid evli olmuş, lakin sonradan faktiki olaraq ayrılmışlar. xx.xx.2024-cü ildə Ramilə Mirseyidin yaşadığı evə cehizlərini gətirmək üçün getmişdir. Daha sonra günorta vaxtı Ramilə ona zəng etmiş və Mirseyidin əmisi Namiqin onu döydüyünü boynundan tutaraq itələdiyini bildirmişdir. O da Ramilənin zəngindən yarım saat sonra polis əməkdaşları ilə birlikdə Mirseyidin evinə getmişdir. Bu zaman Ramilənin boynunda qızartıların olduğunu görmüşdür. Məhkəmə iclasında ekspert X7 bildirmişdir ki, Zərərçəkmiş şəxs ekspert müayinəsindən keçərkən görmüşdür. Ondan əvəl nə Ramiləni, nə də ki Namiqi tanınmamışdır. Ramilə xx.xx.2024-cü il tarixdə təhqiqatının qərarına əsasən tibbi ekpertizadan keçmiş, müayinə zamanı onun boynunda və sağ bazu nahiyyəsində qançırlar aşkar edilmişdir. Qançıların ölçüsü rəydə qeyd etmişdir. Hazırda dəqiq xatırlamır. Aşkar edilmiş xəsarətlər həm şəxsin özü-özünə, həm də başqa şəxslər tərəfindən yetirilməyə xarakterikdir. Çünki xəsarətlərin hər ikisi zərərçəkmiş şəxsin əl çatan yerindədir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Lənkəran ŞRPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru X3 HK-1-118 saylı material üzrə 23 yanvar 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması Şəxs əməlində cinayət tərkibinin olması müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün Lənkəran ŞRPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin Lənkəran rayonlararası zona mərkəzinin verdiyi xx.xx.2024-cü il tarixli 37 saylı canlı şəxsin ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - boyun, sağ bazu nahiyyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, müddəti müayinədən 2-3 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Rəyin təsviri hissəsindən görünür ki, müayinə olunan Zərərçəkmiş şəxs xx.xx.20241-cü il tarixdə saat 13 radələrində əmisi Namiqin onunla mübahisə etdiyini, boynundan tutub sıxaraq ona xəsarət yetirdiyini bildirmişdir. Boynun sağ səthində 3,5x3,0 sm, sağ bazu səthində isə 2,5x2,0 sm ölçülərdə bozumtul-göy rəngli qançırlar vardır. DSMF-nin 1 saylı X1 verilmiş xx.xx.2024-cü il tarixliArayışdan görünür ki, Şəxs əlilliyi ilə bağlı heç bir pensiya, müavinət və təqaüd almır. İXM-nin 157-ci maddəsinin dispozisiyasına görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətaları törətməsində təqsiri xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, zərərçəkmiş şəxs və Şahid2 izahatları, ekspert rəyi, inzibati xəta haqqında protokol və işdə olan sənədlərlə tam təsdiq olunur. Belə ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Lənkəran rayonu, Şağaser kəndində şəxsi münasibətləri zəminində baş vermiş münaqişə zamanı Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Şahid1 Şəxs Zərərçəkmiş şəxs hər hansı xəsarət yetirməməsi barədə izahatlarına qiymət verərək, hesab edir ki, onların izahatlarında göstərdikləri iş materiallarında məhkəmə-tibbi ekspertizanın rəyi, zərərçəkmiş şəxsin, Şahid2 və ekspertin izahatları ilə təkzib olunmaqla işin faktiki halları ilə üst-üstə düşmür. Əksinə zərərçəkmiş şəxs və Şahid2 izahatları isə işin faktiki halları, hadisənin gedişatı ilə uyğunluq təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs məhkəmə iclasında verdiyi izahat özünü müdafiə xarakteri danışmaqla məsulliyyətdən yanınmağa yönəlmişdir. Məhkəmə Şəxs barəsində tətbiq ediləcək tənbehlə əlaqədar aşağıdakıları qeyd edir: İXM-nin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 157-ci maddəsinin sanksiyasında üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tənbeh tədbiri nəzərdə tutulmuşdur. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xəta törədənin təqsirinin dərəcəsini (inzibati xətanın məhz qadına qarşı törədilməsini), əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Qərar dərhal icra olunsun. Həbsetmənin əvvəli 06 fevral 2024-cü il tarixdən saat 15:15-dən hesablansın. Qərarın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10(on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №3(049)-103/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-103/2024
06.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver