Məhkəmə qərarları › İş №3(049)-1035/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1035/2024

10.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1035/2024 10.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi: X8, Şikayət verən şəxs: X3 iştirakları ilə, X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yol Polis İdarəsinin 06 noyabr 2024cü il tarixli EQ 24534507 saylı, xx.xx.2024-cü il tarixli EQ 24564502 və xx.xx.2024-cü il tarixli EQ 24603786 saylı inzibati tənbeh vermə haqqında qərarlarından verdiyi şikayətə baxaraq, müəyyən etdi: X9 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yol Patrul Xidmətinin 06 noyabr 2024-cü il tarixli EQ 24534507, xx.xx.2024-cü il tarixli EQ 24564502 və xx.xx.2024-cü il tarixli EQ 24603786 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və özünün inzibati məsuliyyətdən azad edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X9, idarəçiliyində olan MAN 18,410 YÜK markalı **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yəhərli dartıcı ZAFER ZFR015 markalı **-ZK-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu yanacaq çəni nəqliyyat vasitəsi ilə Bakı şəhərində yerləşən “LUKOİL” və “SOCAR” neft terminal bazalarından müqavilə əsasında götürdüyü yanacağı, Lənkəran rayonunda yerləşən Şahid aid olan X1 (YDM) təhvil verir. 06 noyabr 2024-cü il tarixdə, M-2 47,9 km, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Ələt istiqamətində, saat 06:53:50-də, idarəçiliyində olan **-LH-*** dövlət qeydiyyat nişanlı yanacaq daşıyan avtomobilinə 42230 kq. (Limit:40000 kq.) artıq çəki qayda pozuntusuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə barəsində EQ 24534507 nömrəli, elektron qərar vasitəsilə inzibati 600 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. 08 noyabr 2024-cü il tarixdə, M-2 47,9 km, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Ələt istiqamətində, saat 06:21:07-də, idarəçiliyimdə olan **-LH-*** dövlət qeydiyyat nişanlı yanacaq daşıyan avtomobilinə 43020 kq.(Limit:40000 kq.) artıq çəki qayda pozuntusuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə barəmdə EQ 24564502 nömrəli, elektron qərar vasitəsilə inzibati 600 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. 12 noyabr 2024-cü il tarixdə, M-2 47,9 km, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Ələt istiqamətində, saat 05:59:05-də, idarəçiliyində olan **-LH-*** dövlət qeydiyyat nişanlı yanacaq daşıyan avtomobilimə 42140 kq.(Limit:40000 kq.) artıq çəki qayda pozuntusuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə barəmdə EQ 24603786 nömrəli, elektron qərar vasitəsilə inzibati 600 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24534507 nömrəli, xx.xx.2024-cü il tarixli, EQ 24564502 nömrəli və xx.xx.2024-cü il tarixli, EQ24603786 nömrəli Elektron Qərarlar istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə müvafiq olaraq 600 + 600 + 600 = 1800 AZN cərimə olunmağı barədə həmin tarixlərdə SMS məlumatları daxil olmuşdur. X13 poçt vasitəsilə verilməmişdir. DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin barəsində çıxardığı xx.xx.2024-cü il tarixli, EQ 24534507 nömrəli; xx.xx.2024-cü il tarixli, EQ 24564502 nömrəli və xx.xx.2024-cü il tarixli, EQ24603786 nömrəli Elektron Qərarlar ilə razı deyil. Odur ki, həmin qərarların ləğv edilməsindən ötrü Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (AR İXM) 126.1. və 128.2.3-cü maddələrinə istinad edərək məhkəməyə şikayətlə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət verən şəxs X9 ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, onun idarə etdiyi MAN 18,410 YÜK markalı **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yəhərli dartıcı ZAFER ZFR015 markalı **-ZK-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu avtomobili ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə birlikdə hesab olunan avtomobildir. Məhkəmədən ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasına şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Lənkəran rayonunda yerləşən X2 sahibidir. X9 ilə xidməti müqavilə bağlayaraq yanacaq vasitələrinin daşınması barədə razılaşmışlar. 2018-ci ildən eyni qayda ilə yanacaq daşınmış, indiyə qədər heç bir problem olmamışdır. X3 idarə etdiyi MAN 18,410 YÜK markalı **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yəhərli dartıcı ZAFER ZFR015 markalı **-ZK-*** dövlət qeydiyyat nişanlı yarımqoşqusu ele istehsal olunmuşdur ki, oraya nə artıq, nə də az yanacaq qoyulması mümkün deyil. Qaradağ rayonunda yeni tərəzi qoyulduqdan sonra belə problemlə üzləşmişlər. Onun YDM sahibi kimi daşınan malın çəkisi barədə FHN və DYP ilə razılaşması vardır ki, qeyd olunan avtomobildə daşınan yükün çəkisi 34 ton ola bilər. Protokol tərtib edilən zaman isə daşınan yüklərin çəkisi isə nəinki 34 ton, heç 30 ton da olmamışdır. Məhkəmənin yeri və vaxtı barədə qərarından şikayət verilən orqanın nümayəndəsinə məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim edilmədən məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmişdir. Məhkəmə, qərarından şikayət verilən orqanı məhkəmə iclası barədə məlumatlandırılmış hesab edərək şikayətə qərarından şikayət verilən orqanının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Şikayətə əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə araşdırılmış 06 noyabr 2024-cü il tarixli, EQ24534507, xx.xx.2024-cü il tarixli EQ24564502 və xx.xx.2024-cü il tarixli EQ24603786 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X12 İXMnin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə ayrı-ayrılıqdan 600 manat olmaqla ümumilikdə 1800 manat məbləğində inzibati cərimə edilmişdir. Şikayətə əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə araşdırılmış fotoşəkillərdən görünür ki, 06 noyabr 2024-cü il tarixdə, M-2 47,9 km, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Ələt istiqamətində, saat 06:53:50-də, idarəçiliyində olan **-LH-*** dövlət qeydiyyat nişanlı yanacaq daşıyan avtomobilinə 42230 kq.(Limit:40000 kq.) artıq çəki qayda pozuntusuna görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə barəsində EQ 24534507 nömrəli, elektron qərar vasitəsilə inzibati 600 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir.08 noyabr 2024-cü il tarixdə, M-2 47,9 km, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Ələt istiqamətində, saat 06:21:07-də, idarəçiliyimdə olan **-LH-*** dövlət qeydiyyat nişanlı yanacaq daşıyan avtomobilimə 43020 kq.(Limit:40000 kq.) artıq çəki qayda pozuntusuna görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə barəmdə EQ 24564502 nömrəli, elektron qərar vasitəsilə inzibati 600 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir.12 noyabr 2024-cü il tarixdə, M-2 47,9 km, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Ələt istiqamətində, saat 05:59:05-də, idarəçiliyimdə olan **-LH-*** dövlət qeydiyyat nişanlı yanacaq daşıyan avtomobilimə 42140 kq.(Limit:40000 kq.) artıq çəki qayda pozuntusuna görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə barəmdə EQ 24603786 nömrəli, elektron qərar vasitəsilə inzibati 600 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Şikayətə əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə araşdırılmış AD N 993000 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 99 ZK550 ZAFER ZFR015 markalı dövlət qeydiyyat nişanlı yarımqoşqu yüksək kütləsi 600 kq icazə verilmiş maksimal kütləsi 34000 kq-dır Şikayətə əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə araşdırılmış B211044 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, ** LH *** Yəhərli Dartıcı yüksək kütləsi 780 kq maksimal kütlə 18000 kq-dır. Şikayətə əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə araşdırılmış xx.xx.2024cü il tarixli 02 saylı yük daşıma üzrə razılaşma müqaviləsindən görünür ki, Şahid ilə ikici tərəf X10 ilə Yük daşıma üzrə razılığa gəlmişlər. Şikayətə əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə araşdırılmış xx.xx.2024cü il tarixli ******* nömrəli Qaimə-Fakturaya əlavədən görünür ki, X4 idar etdiyi avtomobilə dizel yanacağı 24.168 kq və Premimum yanacağı 5.046kq doldurmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli əmtəə-nəqliyyat qaiməsindən görünür ki, X4 idarə etdiyi avtomobilə 16,905 kq Benzin və 10.495 kq Dizel yanacağı doldurulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Əmtəə-nəqliyyat qaiməsindən görünü ki, **-LH-***.**-ZK-*** maşına 14,159 kq Benzin və 10.495 kq Dizel yanacağı doldurulmuşdur. İş materiallarında olan DİN Baş DYPİ-nin rəisi müavini ilə Fövqəladə Hallar Nazirliyi X6 Görülməsi və X7 Agüntliyinin rəis muavini ilə MAN 18.410 markalı ** LH *** d.q.n yəhərli dartıcı ZAFER ZFR015 markalı 99ZK550 d.q.n yarımqoşqu yanacaq çəni bir nəqliyyat vasitəsində daşınan yükün çəkisi 34 tondur. İXM-nin 353.2-ci maddəsinin tələbinə görə də, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə- fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nın, “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri”nin və “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında AzərBaycan Respublikası Nazirlər Kabinetinin 07 iyul 2009-cu il tarixli qərarına əlavə edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin 3-cü hissəsinin 3-cü bəndinin 1-ci yarımbəndinə əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə birlikdə 40 tondan artıq həddi aşmamalıdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokollardan, habelə əlavə edilmiş, elektron qaydada tərtib edilmiş fotoşəkillərdən müəyyən olunur ki, X3 idarə etdiyi MAN 18,410 YÜK markalı **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yəhərli dartıcı ZAFER ZFR015 markalı **-ZK-*** dövlət qeydiyyat nişanlı yarımqoşquda xx.xx.2024-cü il tarixdə 42230 kq, xx.xx.2024-cü il tarixdə 43020 kq və xx.xx.2024-cü il tarixdə isə 42140 kq yük olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X11 barəsində qəbul edilmiş qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, qərara aldı: X5 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yol Patrul Xidmətinin 06 noyabr 2024cü il tarixli EQ 24534507, xx.xx.2024-cü il tarixli EQ 24564502 və xx.xx.2024-cü il tarixli EQ 24603786 saylı inzibati tənbeh vermə haqqında qərarları dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar