Məhkəmə qərarları › İş №3(049)-1036/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1036/2024

29.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1036/2024 29.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X7 Əhmədağa oğlunun sədrliyi, Hüseynov Murad Əbdül oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunmuş şəxs X2 iştirakı ilə, X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.2 maddəsi ilə Bakı Şəhər Baş Yol Polis İdarəsinin YPX-nin əməkdaşı tərəfindən tərtib edilmiş TP ******* saylı, 07 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında qərarından Rəad Heydərov tərəfindən verilmiş şikayətə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İş materiallarından görünür ki, X2 barəsində İXM-nin 327.2 maddəsi ilə Bakı Şəhər Baş Yol Polis İdarəsinin YPX-nin əməkdaşı X1 tərəfindən TP ******* saylı, 07 noyabr 2024cü il tarixli inzibati xəta haqqında qərar qəbul edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Rəşad Heydərov şikayət verərək, 07 noyabr 2024-cü il tarixdə Bakı Şəhər Baş Yol Polis İdarəsinin YPX-nin əməkdaşı tərəfindən TP ******* saylı qərarın tamami ilə ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, O, 13 avqust 2024-cü il tarixdə özünə məxsus **- CF-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 190” minik markalı avtomobil ilə Bakı şəhəri Badamdar yolu 42 ünvanında hərəkətdə olarkən BDYPİ-nin YPX-nin əməkdaşı ona saxla işarəsi verdiyi üçün nəqliyyat vasitəsini saxlamışdır. Həmin vaxt YPX-nin inspektoru ona yaxınlaşaraq İXM-nin 327.2-ci maddəsinin tərkibini pozduğunu demiş və onu dinləmədən barəsində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək 100 manat məbləğində cərimə və 3 bal yazmışdır. Bundan sonra o, Daxili işlər Nazirliyinin rəsmi internet saytı olan İElektron ünvan saytına yazaraq İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş qərarın bir nüsxəsinin və video görüntülərin təqdim edilməsini istəmişdir. Lakin hazırki vaxta qədər ona heç bir sənəd göndərilməmişdir. Həmin ərazidə nə svetafor nədə ki, “STOP” işarəsi olmamışdır. Ona görə də ona qeyd edilən maddə ilə cərimə yazıla bilməzdi. Əgər orada hər-hansısa bir qeyd edilən hallar vardırsa onda ona bununla bağlı videogörüntülər təqdim edilməli idi və o, yerindəcə həmin görüntülərlə tanış edilməli idi. Həmçinin onun mobil telefonunda SMS RADAR proqramı mövcuddur. Hər-hansı bir qayda pozuntusu edərkən və bununla bağlı ona inzibati xəta haqqında protokol tərtib edilirsə sonradan o, həmin proqrama daxil olaraq videogörüntünü izləyir. Belə bir hal omadığına görə isə həmin qərar qanunsuz hesab edilərək ləğv edilməlidir. Bununla bağlı Baş Dövlət Yol Polis idarəsinin YPX-nin inspektoru tərəfindən 14 avqust 2024-cü il tarixli, TP ******* nömrəli qərarın tamamilə ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 3(049)- 819/2024 saylı, 16 oktyabr 2024cü il tarixli qərarı ilə şikayət qismən təmin edilərək 14 avqust 2024-cü il tarixli, TP ******* nömrəli qərar ləğv edilməklə yenidən araşdırılması üçün Baş Dövlət Yol Polis İdarəsinə göndərilmişdir. Lakin Baş Dövlət Yol Polis idarəsi tərəfindən heç bir araşdırma aparılmadan və o, dəvət edilmədən yenidən həmin qərarın eynisi qəbul edilərək ona yenidən 100 manat inzibati cərimə tətbiq edilməklə 2 cərimə balı hesablanmışdır. Halbuki yenidən araşdırma aparılmalı və o, dəvət edilərək videoçəkiliş var idisə ona təqdim edilməli və digər sübutlar onun iştirak ilə tədqiq edilməli və bundan sonra onun barəsində yenidən cərimə yazılmalı idi. Burdandan görünür ki, inzibati orqanın həmin inzibati xəta hadisəsi ilə bağlı heç bir sübutu yoxdur. Belə olan halda o yenidən həmin qərardan şikayət vermək məcburiyyətindədir. Sadalananları nəzərə alıb məhkəmədən 07 noyabr 2024-cü il tarixdə Bakı Şəhər Baş Yol Polis İdarəsinin YPX-nin əməkdaşı tərəfindən TP ******* saylı qərarın tamami ilə ləğv edilməsi barədə qərarın tamami ilə ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Rəşad Heydərov bildirmişdir ki, 13 avqust 2024-cü il tarixdə səhər saatlarında istifadəsində olan avtomaşınla ** CF *** dövlət qeydiyyatnişanlı avtomaşınla Bakı şəhəri, Badamdar yolunda hərəkətdə olarkən öz hərəkət istiqamətində olan yol təmirə bağlandığı üçün qarşıda hərəkət edən maşınlar sağ dönmə işığını yandıraraq sağa alternativ yola döndükləri üçün o da sağa dönmə işığını yandıraraq sağa doğru hərəkət etmişdir. Qoşulduqları yolda sağ tərəfdə 50-60 metr aralıda avtobus gəldiyini görmüş, avtobusun hərəkət yoluna çıxmamaq üçün saxlamış, lakin ona təxminən 30 metr qalmış avtobusun dayanacaqda saxladığını görərək o və digər sürücülər yenidən yola davam etmişdir. Bu zaman qarşı yoldan gələn YPX əməkdaşları sayrışan işiqları yandırıb dönərək ona saxlama işarəsi vermişlər. Saxlama səbəbini soruşduqda ona səbəb izah olunmamış, sadəcə, cavan oğlansan 100 manat cərimə yazarıq gedərsən deyilmişdir. Sonradan SMS radar proqramı vasitəsi ilə ona 100 manat və 3 bal cərimə yazıldığını, lakin hadisə ilə bağlı görüntülərin sistemə yerləşdirilmədiyini bilmişdir. 14 avqust 2024-cü il tarixli, TP ******* nömrəli qərarın ləğvi ilə bağlı şikayəti əsasında Lənkəran Rayon Məhkəməsinin 3(049)-819/2024 saylı, 16 oktyabr 2024-cü il tarixli qərarı ilə şikayət qismən təmin edilərək 14 avqust 2024-cü il tarixli, TP ******* nömrəli qərar ləğv edilməklə yenidən araşdırılması üçün Baş Dövlət Yol Polis İdarəsinə göndərilmişdir. Lakin Baş Dövlət Yol Polis idarəsi tərəfindən heç bir araşdırma aparılmadan və o, dəvət edilmədən yenidən həmin qərarın eynisi qəbul edilərək ona yenidən 100 manat inzibati cərimə tətbiq edilməklə 2 cərimə balı hesablanmışdır. Əlavə olaraq İXM-nin 327.2-ci maddəsinə əsasən, yəni işıqforun tələblərinə əməl etmədiyinə görə cərimə edildiyini, lakin həmin yolda ümumiyyətlə işıqfor olmadığını qeyd etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş səlahiyyətli orqan – Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 3(049)-819/2024 saylı, xx.xx.2024 saylı qərarından görünür ki, Bakı şəhər DYPİ-nin YPX tərəfindən X4 barəsində İXM-nin 327.2-ci maddəsi tərtib edilmiş 14 avqust 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək baxılması üçün yenidən Bakı şəhər BPİ DYPİ-yə göndərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərardan görünür ki, Bakı şəhər DYPİ-nin polis kapitanı Fərid İldırımzadə tərəfindən X5 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokol və inzibati xəta haqqında işin digər materiallarına baxlaraq İXM-nin 327.2-ci maddəsi ilə R.Heydərov 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan – Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşı məhkəməyə gələrək hadisəni əks etdirən videogörüntüləri və ya digər mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, fərziyələr və şübhələr əsasında şəxsin təqsirli hesab edilməsi yolverilməzdir. Belə ki, İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qeyd olunan Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə onu da qeyd edir ki, inzibati məsuliyyətə cəlb edilməsi üçün şəxs təqsirli hesab edilməlidir. Belə ki, İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi şəxsin hüquqazidd əməlinin mövcud olması üçün şəxsin qəsdən və ya ehtiyatsızlıqdan həmin əməlin törətməsi lazımdır. Lakin, X2 qəsdən və ya ehtiyatsızlıqdan hüquqazidd əməl etdiyi sübuta yetirilmir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, X4 İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmədiyindən onun şikayət əsaslı hesab edilərək təmin edilməli, onun əməlində həmin maddə üzrə inzibati xəta tərkibi olmadığından Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib edilmiş TP ******* saylı, 07 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında qərar ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. X2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat miqdarında cərimə edilməsinə dair Bakı şəhər BPİ DYPİ-nin polis kapitanı X1 tərəfindən tərtib edilmiş TP ******* saylı, 07 noyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar