Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-104/2024 02.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Lənkəran rayonu, Port İliç şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ayan, əlilliyi olmayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10477/2019 saylı, 16 avqust 2019-cu il tarixli qətnaməsinin icrası ilə əlaqədar yaranmış 600 manat aliment borcunu qəsdən ödəmədiyinə görə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Gündüz Mehdiyev tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə 02 fevral 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsindən məlumatı vardır. Zərərçəkmiş şəxs ayrıldıqdan sonra yenidən nikaha girmiş və həmin nikahdan da bir övladı vardır. O əvvəllər Bakı Apellyasiya Məhkəməsinin təyin etdiyi aliment məbləğini, həm də Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6300/2018 №-li, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş və ödənilməmiş qalan aliment börcunu ödəyirdi. 2019cu ildən etibarən mütəmadi olaraq alimentini ödəmişdir. Lakin sonradan zərərçəkmiş şəxs aliment məbləğinin artırılması ilə bağlı iddia vermiş və Lənkəran Rayon Məhkəməsinin 2(049)-3193/2023 №-li, 13 dekabr 2023-cü il tarixli qətnaməsilə Bakı Apellyasiya Məhkəməsi tərəfindən təyin edilmiş alimentin məbləği ümumilikdə 350 manata çatdırılmışdır. O da həmin 350 manat alimenti ödədiyi üçün hazırda 600 manat olan aliment borcunu tam şəkildə ödəyə bilmir. O qeyd olunan aliment borcunu qəsdən deyil, üzrsüz səbəblərdən icra edə bilmir. Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Lənkəran Rayon İcra Şöbəsinin icra məmuru X2 bildirmişdir ki, Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10477/2019 saylı, 16 avqust 2019-cu il tarixli icra sənədi üzrə yaranmış 600 manat aliment borcunu icra etməkdən yayınır. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)- 10477/2019 №-li qətnaməsi üzrə verilmiş icra sənədindən görünür ki, cavabdeh Şəxs apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edərək, iş üzrə yeni qətnamə qəbul olunmuş, iddiaçı Şəxs cavabdeh Zərərçəkmiş şəxs qarşı alimentin miqdarının azaldılması tələbi barədə iddiasının qismən təmin edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 6300/2018 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş hər uşağa görə ödənilməli olan alimentin məbləğinin 100 manat, cəmi 200 manat müəyyən edilməsi, bu məbləğdə alimentin hazırki qətnamənin qəbul edildiyi xx.xx.2019-cu il tarixdən tutulması, bu tarixədək isə aliemnt Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6300/2018 №-li mülki iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnaməsilə müəyyən edilmiş məbləğdə və qaydada, yəni hər uşağa görə 154 manat, cəmi isə 308 manat məbləğdə xx.xx.2018-ci il tarixdən tutulması qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-10477/2019 №li icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-10477/2019 №-li qətnaməsi üzrə icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Lakin borclunun bildirişi alıb-almaması barədə sənəd əlavə edilməmişdir. Elektron hökumət portalından Çıxarışdan və izahatından görünür ki, Şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsindən heç bir növ əmək pensiyası və sosial müavinət almır. Lənkəran Rayon Məhkəməsinin 2(049)-3193/2023 №-li, 13 dekabr 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-10477/2019 №-li qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2012-ci il tarixdə doğulmuş X5 və xx.xx.2014-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 528.1-ci maddəsinin dispozisiyasına görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi – bu maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə hesab edir ki, Şəxs əməlində o halda İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud ola bilər ki, sonuncu məhkəmə və digər orqanların icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etməmiş olsun və ya qərarların icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirməmiş olsun, lakin hazırki işin hallarından isə müəyyən olunur ki, Şəxs əməlində qeyd olunan halların mövcudluğu öz təsdiqini tapmır. Belə ki, sonuncuya tərtib edilmiş inzibati protokoldan görünür ki, 2019-cu ildən təyin edilmiş aliment borcu üzrə Şəxs ödənilməmiş cəmi 600 manat aliment borcu qalmışdır, sonuncu isə aliment borcunun maddi imkanının olmaması ilə əlaqədar olduğunu bildirmişdir, yəni onun üzrsüz səbəbdən icra sənədinin icra etməməsi təqdim edilmiş sənədlər və icra məmurunun izahatı ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırki inzibati xəta haqqında protokolun tərtib edildiyi hal üzrə əməlində inzibati xəta tərkibi mövcud olmadığından Şəxs barəsində İXMnin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №3(049)-104/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-104/2024
02.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver