Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1040/2024 20.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakı ilə, xx xxxx 1993-cü il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Lənkəran şəhəri, M.Maqomayev küçəsi ev 9-da qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş e-16(006)-274/2024 saylı, Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3927/2024 saylı, Lənkəran Rayon Məhkəməsinin e-2(049)- 1735/2024 saylı, Lənkəran Rayon Məhkəməsinin e-2(049)-1879/2024 saylı, Lənkəran Rayon 1 Saylı Notariat Kontorunin 8İ-22116 saylı, Lənkəran Rayon 1 Saylı Notariat Kontorunin 8İ-19086 saylı qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə 20 noyabr 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, inzibati xəta haqqında protokolda qeyd edilmiş icra sənədləri üzrə borcları, o cümlədən aliment borcunu ödəməkdən imtina etmir. Bakı şəhərində yenicə taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Aylıq qazancı 1000-1500 manat arası dəyişir. Lakin, onun icra sənədlərinin icra qurumunun icraatında olmasından məlumatı olmamışdır. Barəsində axtarış qərarının mövcudluğundan xəbər tutan kimi Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə müraciət etmişdir. Qeyd olunan icra sənədləri ilə bağlı icraata başlama haqqında qərarlar və tələbin könüllü icrası barədə bildirişlər icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə rəsmi qaydada ona təqdim edilmiş və izahatı alınmışdır. İcra sənədlərinə qeyd edilən tələbi icra edəcəkdir. Göstərilənləri nəzərə alaraq barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 bildirmişdir ki, Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, e- 16(006)-274/2024 saylı icra vərəqəsinə əsasən xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2023-cü il təvəllüdlü X1 üçün Şəxs hər ay hər uşağa görə 235 manat sabit pul məbləğində alimentin tutulub X5 verilməsi qərara alınmışdır. Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, e-2(006)- 3927/2024 saylı, icra vərəqəsinə əsasən xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2023-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs alınaraq iddiaçı X5 verilməlidir. Lənkəran Rayon 1 Saylı Notariat Kontorunin 8İ-22116 saylı icra qeydinə əsasən borclu Şəxs 172 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödəməlidir. Lənkəran Rayon Məhkəməsinin e-2(049)-1735/2024 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 202.90 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. Lənkəran Rayon Məhkəməsinin e-2(049)-1879/2024 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 2328.15 manat məbləğində pul vəsaiti və 43.69 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. Lənkəran Rayon 1 Saylı Notariat Kontorunin 8İ-19086 saylı icra qeydinə əsasən borclu Şəxs 1207.06 manat 25 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Borclu Şəxs dəfələrlə xəbərdarlıq edilsə də, o müxtəlif bəhanələr gətirməklə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və icra sənədini üzürsüz səbəbdən tam icra etməmişdir. Hazırda qeyd olunan icra sənədləri üzrə borclu Şəxs 6375.77 manat borcu vardır. Borclu xx.xx.2024-cü il tarixdə icra qurumuna gəlmiş, qeyd olunan icra sənədləri ilə bağlı icraata başlama haqqında qərarlar və tələbin könüllü icrası barədə bildirişlər xx.xx.2024-cü il tarixdə rəsmi qaydada borcluya təqdim edilmiş və izahatı alınmışdır. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş: Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş e-xx.xx.2024-cü il tarixli, 16(006)- 274/2024 saylı icra vərəqəsinə əsasən ondan xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2023-cü il təvəllüdlü X1 üçün Şəxs hər ay hər uşağa görə 235 manat sabit pul məbləğində alimentin tutulub X7 verilməsi qərara alınmışdır. Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, e-2(006)- 3927/2024 saylı, icra vərəqəsinə əsasən xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2023-cü il təvəllüdlü X10 anaları X4 yanında saxlanılmalıdır. xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2023-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs alınaraq iddiaçı X5 verilməlidir. Cavabdeh Şəxs xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2023-cü il təvəllüdlü X6 üç yaşına çatanadək hər ay 30 manat məbləğində aliment tutularaq iddiaçı X5 verilməlidir. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinin 40 manat hissəsi cavabdeh Şəxs alınaraq iddiaçı X5 verilməlidir, xərclərin qalan hissəsi iddiaçı X5 aid edilməlidir. Qətnamələ alimentlə bağlı hissəsi dərhal icra olunmalıdır. Lənkəran Rayon 1 Saylı Notariat Kontorunin 8İ-22116 saylı icra qeydinə əsasən borclu Şəxs 172 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödəməlidir. Lənkəran Rayon Məhkəməsinin e-2(049)-1735/2024 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 172.50 manat borc və 30.40 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. Lənkəran Rayon Məhkəməsinin e-2(049)-1879/2024 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 2000 manat əsas borc, 306.16 manat faiz borcu, 21.99 manat cərimə, 43.69 manat dövlət rüsumu olmaqla cəmi – 2371.84 manat tutularaq tələbkar "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. Lənkəran Rayon 1 Saylı Notariat Kontorunin 8İ-19086 saylı icra qeydinə əsasən borclu Şəxs 1232.06 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 8İ-22116 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, e-16(006)-274/2024-005 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, e-2(049)-1735/2024 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, e-2(049)-1879/2024-017 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 8İ-19086 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-3927/2024 saylı icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Lənkəran Rayon Məhkəməsinin Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 16(006)-274/2024 saylı, Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2(006)- 3927/2024 saylı, Lənkəran Rayon 1 Saylı Notariat Kontorunin 8İ-22116 saylı, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1735/2024 saylı, Lənkəran Rayon Məhkəməsinin 2(049)- 1735/2024 saylı, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1879/2024 saylı, Lənkəran Rayon 1 Saylı Notariat Kontorunin 8İ-19086 saylı qətnaməsi üzrə icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Elektron hökumət portalından Çıxarışdan və izahatından görünür ki, Şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsindən heç bir növ əmək pensiyası və sosial müavinət almır. Borclunun axtarılması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki Şəxs barəsində axtarış elan edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 528.1-ci maddəsinin dispozisiyasına görə “İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi” – bu maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Göründüyü kimi, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin baş verməsi üçün borclu tərəfindən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirməməsi halları mövcud olmalıdır. Lakin hazırki işin hallarından görünür ki, Şəxs onun borclu tərəf olduğu müvafiq icra sənədlərinin mövcudluğundan ümumiyyətlə məlumatlı olmamışdır. Daha əvvəlki tarixlərdə borcluya icraata başlamaq haqqında qərarın, tələbin könüllü icrası barədə bildiriş təqdim edilməsi iş materialları ilə müəyyən olunmur. Həm borclu, həm də icra məmurunun izahatı ilə müəyyən edilir ki, inzibati xəta haqqında protokollarda qeyd edilən icra vərəqələri ilə bağlı icraata başlama haqqında qərarlar və tələbin könüllü icrası barədə bildirişlər xx.xx.2024-cü il tarixdə rəsmi qaydada borcluya təqdim edilmiş və izahatı alınmışdır. Bu hal da onu deməyə əsas verir ki, Şəxs icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı mövcud deyil, nəticə etibarı ilə onun əməlində İXM-nin 528.1-ci maddəsinin tərkibi mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin normaların tələbləri baxımdan məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında protokolda göstərilən hal üzrə inzibati xəta tərkibi mövcud deyildir. İXM-nin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırki inzibati xəta haqqında protokolun tərtib edildiyi hal üzrə əməlində inzibati xəta tərkibi mövcud olmadığından Şəxs barəsində İXMnin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №3(049)-1040/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1040/2024
20.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver