Məhkəmə qərarları › İş №3(049)-1043/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1043/2024

22.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1043/2024 22.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X6 Əhmədağa oğlunun sədrliyi, Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Lənkəran rayonu Kənarmeşə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Lənkəran rayonu Kənarmeşə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə Lənkəran şəhəri, H.Aslanov küçəsində konstruksiya dəyişikliyi edərək diqqəti özünə cəmləyib, səs-küy yaratmaqla qanuu tələbinə riayət etmədiyinə görə sonuncu barəsində Lənkəran ŞRPŞ-nin polis sahə rəisi X4 tərəfindən İXM-nin 510 və 535.1-ci maddələri ilə xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirdi ki, əvvəllər 5-6 dəfə inzibati məsuliyyətə cəlb edilmişdir. Lakin islah olunmamasının səbəbi iştirakçısı olduğu 44 günlük müharibənin travmaları ilə bağlıdır. Dünəndən polis şöbəsindədir və bu müddət ərzində polis tərəfindən fiziki və ya mənəvi zorakılığa məruz qalmamışdır. Özünü təqsirli bilərək əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirdi. Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Cavid Həsənli izahat verərək bildirdi ki, 21 noyabr 2024-cü il tarixdə, saat 16:20 radələrində YPX əməkdaşları, Xalid Səfərli, Rəşadət Quluzadə və Kamran Kərimli, Həzi Alsanov küçəsində hərəkətdə olan zaman, H.Əliyev parkının qarşısında arxa yayları aşağı olmuş və konstruksiyasnda dəyişikik edilmiş Vaz 2107 markalı qara rəngli ** BP *** nömrəli avtomaşın aşkar etmiş və Xalid Səfərli sürücüyə yaxınlaşaraq özünü təqdim etdikdən sonra şəxsə inzibati cərimə yazılacağını bildirmişdir. Lakin sürücü maşından düşdükdən sonra qapılarını açarlayaraq, nümayişkəranə şəkildə polis əməkdaşlarına heç kimdən qorxmadığını, ona heç kimin heç nə edə bilməyəcəyini, lazım gələrsə onların başına oyun açacağını qışqırmaqla ictimai yerdə diqqəti üzərinə çəkərək öz əməlinə haqq qazandırmağa çalışmışdır. Bu zaman axtarış üzrə baş inspektor Amid Şərifov şəxsə yaxınlaşaraq etdiyi hərəkətə görə məsuliyyətə cəlb olunacağını bildirsə də, şəxs hərəkətlərinə davam etmiş və ictimai yerdə etikadan kənar ifadələr işlətmişdir. Daha sonra maşına minməyə etiraz edərək müqavimət göstərdiyi üçün ərazidə olan PPX-nin əməkdaşları tərəfindən fiziki güc tətbiq edilməklə maşına mindirilmiş və polis şöbəsinə gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Lənkəran ŞRPŞ-nin DYPB-nin axtarış üzrə inspektoru X2 Həsənlinin izahatına uyğun izahat verərək bildirdi ki, COP 29 tədbiri ilə əlaqədar Bakı şəhərinə ezam olunmuş YPX əməkdaşları çatışmadığından o, özü də növbəylə əraziyə xidmətə çıxır. Həmin gün Kamran Kərimli efirə çıxaraq kömək istədiyi üçün o, həmin əraziyə yaxınlaşmış və şəxsin əlləri cibində saymazyana şəkildə polis əməkdaşlarına hörmətsizlik edərək, siz kimsiz, sizin başınıza oyun açacağam, siz mənə heçnə edə bilməzsiniz- kimi ifadələr işlətməklə qanunun tələblərinə tabe olmadığını görmüşdür. Onu dəfələrlə əməlindən çəkinməyə dəvət etsə də, şəxs maşını yolun ortasında saxlamaqla qapılarını bağlamış və digər maşınların hərəkətinə maneəçilik törətməklə yolda tıxac yaranmasına səbəbkar olmuşdur. Əlavə olaraq bildirdi ki, şəxs barəsində 2023-cü ildə 4, 2024-cü il də isə 2 inzibati xəta haqqında protokol tərtib olunsa da, o əməllərindən çəkinməmiş və islah olunmamışdır. Barəsində inzibati qaydada həbs tənbeh tədbiri seçilməsini xahiş etdi. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş: X1 Çıxarışdan görünür ki, Şəxs həmin şöbədən heç bir növ əmək pensiyası və sosial müavinət almır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-ci il tarixdə Lənkəran şəhəri, H.Aslanov küçəsində ictimai yerdə ucadan nalayiq ifadələr işlədərək, polisin qanuni tələbinə qəsdən tabe olmamış, polisin xidməti iş ahənginin pozulmasına səbəb olmuş hərəkətlərə yol vermişdir. İnzibati xəta haqqında protokolaradan görünür ki, Şəxs son bir il yarım müddət ərzində eyni xarakterili 06 inzibati xəta törətmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun etirafedici izahatı ilə yanaşı şahidlərin izahatı, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. İXM-nin 510-cu maddəsinin dispozisiyasına görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Həmin Məcəllənin 535.1-ci maddəsinin dispozisiyasına görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. İXM-nin 34.3-cü madəsində göstərilir ki, bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Həmin Məcəllənin 510 və 535.1-ci maddələrindən görünür ki, İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan xəta daha ciddidir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq hissi keçirməsi İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən haldır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda həmin Məcəllənin 31.4-cü maddəsinin tələbinə görə, Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, dəfələlə eyni xarakterli inzibati xəta törədərək islah olumamasını, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, habelə məsuliyyətini yüngülləşdirən halların olmasını, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə almaqla ona inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə həmin Məcəllənin 535.1-ci maddəsi ilə Şəxs barəsində 15 (on beş) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli tutulduğu 21 noyabr 2024-cü il tarix, saat 20:10-dan hesablansın. Qərarın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar