Məhkəmə qərarları › İş №3(049)-1046/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1046/2024

23.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1046/2024 23.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X11 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi, Lənkəran Vəkil bürosunun vəkili X1, tələbkar "xxxx" ASC-nin nümayəndəsi X5, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 iştirakı ilə, xx.xx.2000-ci il tarixdə Lənkəran rayonu Səpnəkəran kəndində doğulan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Lənkəran rayonu Səpnəkəran kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Lənkəran Rayon İcra və Probasiya Şöbəsin tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi Şəxs Lənkəran Rayon Məhkəməsinin 2(049)-148/2024 saylı, xx.xx.2024-cü il tarixli və 2(049)-1906/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnamələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, özünü təqsirli bilmir. Çünki borcu ödəməməsinin səbəbi işsiz olmasıdır. Artq 6 aydır ki, işsizdir. Məşğulluq Mərkəzinə iş üçün müraciət etsə də, uyğun iş tapmamışdır. Atası xəstədir və ailə onun himayəsindədir. Bankdan borcu hərbidə işlədiyi vaxt götürmüş və iki ay ödəniş etmiş, lakin işdən çıxdıqdan sonra ödənişi dayandırmışdır. Bankların hər birinə 100 manat olmaqla hər ay borcundan 200 manat ödəməyə hazırdır, lakin banklar bu məbləğlə razılaşmır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında "xxxx" ASC-nin nümayəndəsi X8 bildirdi ki, borclu pulu bankın İsmayıllı filialında götürmüşdür. İcra məmurunun izahatını təsdiq edərək qeyd etdi ki, bank tərəfindən borcluya aylıq 200 manat ödəniş etməsinə imkan yaradılması ilə bağlı razılıq verilsə də, borclu tərəfindən heç bir ödəniş edilməmişdir. Borclu barəsində qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında dindirilmiş Lənkəran Rayon İcra Şöbəsinin icra məmuru Gündüz Mehdiyev bildirmişdir ki, Şəxs barəsində icra şöbəsinə Lənkəran Rayon Məhkəməsinin iki icra sənədi daxil olub və hər iki sənəd üzrə 2024-cü il tarixdə icraata başlanılıb. Borcluya bildiriş və könüllü müddət verilib, izahat alınıb ki, icra vərəqi icra olunsun. Lakin 5-6 ay keçməsinə baxmayaraq borclu ödəniş etməmişdir. Sonuncu dəfə ötən həftə hər ay 200 manat olmaqla borcu ödəməsinə imkan yaradılması ilə bağlı bankla şifahi razılıq əldə olunsa da, borclu ödəniş edə bilməyəcəyini bildirmişdir. Hazırda borclunun hər iki icra vərəqi üzrə borcu təxminən 15000 manat təşkil edir və bu borclunun icra sənədinin icrasından imtina etməsi kimi qiymətləndirilir. Barəsində inzibati həbs qaydasında tənbeh tədbiri seçilməsini xahiş etdi. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Lənkəran Rayon Məhkəməsinin 2(049)-148/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədlərindən görünür ki, cavabdehlər Şəxs və X3 müştərək qaydada cəmi 11648.22 manat borc və 125.06 manat ödənilmiş dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə verilməsi qət edilib. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1906/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs cəmi 3338.75 manat borc və 53.39 manat ödənilmiş dövlət rüsumu alınaraq tələbkar "xxxx" ASC-nin xeyrinə tutulması qət edilib. Materiala əlavə olunan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində qeydiyyatda olan və orada yaşayan X6 heç bir əmək fəaliyyəti ilə məşğul deyildir. İcraata başlamaq haqqında 09 aprel 2024-cü il tarixli və 08 iyul 2024-cü il tarixli qərarlardan görünür ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş hər iki icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Mərkəzləşdirilmiş informasiya sistemindən Çıxarışdan və izahatından görünür ki, Şəxs əmək haqqı almır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı, icra məmurunun izahatı, «inzibati xəta haqqında» protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməmiş, məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etməmiş və bununla da o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağarlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində aşağı həddə inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 10 gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 23 noyabr 2024-cü il tarix, saat 13.00-dan hesablansın. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar