Məhkəmə qərarları › İş №3(049)-1047/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1047/2024

23.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1047/2024 23.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X9 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Lənkəran rayonu Türkəkəran kəndində doğulan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Lənkəran rayonu Türkəkəran kəndində qeydiyyatda olmaqla, faktiki olaraq Bakı şəhərində kirayədə yaşayan Şəxs barəsində Lənkəran Rayon İcra və Probasiya Şöbəsin tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Həsənov X5 Rayon Məhkəməsinin 2(049)-163/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin icrasından yayınmaqla 10920 manatı tələbkara ödəmədiyinə görə icra məmuru X4 tərəfindən onun barəsində İXM-nin 528.1-ci maddəsi ilə 23 noyabr 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, o borcu ödəməkdən imtina etmir. Lakin işsiz olduğu üçün borcu ödəmək imkanı olmamışdır. Arvadı ilə boşanmamışdan əvvəl moykada işləyib. Materiallarla tanışdır və xanımın şikayətçi olma səbəbinin vaxtında ona pulu ödəyə bilməməsi ilə bağlı olduğunu bilir. Həbsxanadan çıxdıqdan sonra verilən pulla iş qurmağa çalışmış, lakin alınmamışdır. Həbsdən çıxandan sonra xanımın nömrəsini və ünvanını bilməyib. Bakıda 200-250 manata kirayə qalıb və moykada işləyib. Qazancı 400-450 manat olub və həmin borcdan 600-700 manat ödəyib. Törətdiyi əməldən peşimandır. Əlilliyi yoxdur. Məhkəmə iclasında dindirilmiş Lənkəran Rayon İcra Şöbəsinin icra Çinar Abbaszadə bildirmişdir ki, Şəxs işi icraata daxil olduqdan sonra barəsində məcburi gətirmə qərarı çıxarılsa da, təmin olunmamışdır. Dana sonra borclu barəsində axtarış elan olunmuş, lakin borclu CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsi ilə əlaqədar müvəqqəti təcridxanada saxlanıldığından axtarış qərarı geri qaytarılmışdır. Borclu həbsdən çıxandan sonra Bakı şəhərində naməlum ünvanda saxlanmışdır. Dəfələrlə axtarış verdikdən sonra ən sonda saxlanılaraq icra şöbəsinə təhvil verilmişdir. Borclunun guya borcundan 600-700 manat ödədiyi həqiqətə uyğun deyil. Hazırda onun ödənilməmiş 10920 manat borcu var. Barəsində 30 gün müddətinə inzibati qaydada həbs qərarı çıxarılmasını xahiş etdi. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Lənkəran Rayon Məhkəməsinin 2(049)-163/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, xx.xx.2021-ci il tarixdən başlaraq cavabdeh Şəxs xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün hər ay bir uşaq üçün 130 manat olmaqla iki uşaq üçün cəmi 260 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcraata başlamaq haqqında qərardan görünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-163/2021 saylı, xx.xx.2021-ci il tarixli tərəfindən verilmiş icra sənədi üzrə xx.xx.2021-ci il tarixdə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Mərkəzləşdirilmiş informasiya sistemindən Çıxarışdan və izahatından görünür ki, Şəxs heç bir növ əmək pensiyası və sosial müavinət almır. xx.xx.2024-cü il tarixli Qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun və icra məmurunun izahatları, «inzibati xəta haqqında» protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməmiş, onun çağırışına gəlməmiş, habelə məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etməmiş və bununla da o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 15 gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 23 noyabr 2024-cü il tarix, saat 16.45-dən hesablansın. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar