Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1048/2024 25.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X2, inzibati protokolu tərtib edən şəxs: Lənkəran ŞRPŞ-nin İTBnin polis sahə rəisi X3, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X1 iştirakları ilə, xx xxxxxx 1968-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1A-da qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Lənkəran Şəhər Rayon Polis Şöbəsin təhqiqatçısı X4 23 oktyabr 2024-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsi ilə məsuliyyətə cəlb olunması üçün qərarın icrasının Lənkəran Şəhər Rayon X11 Təhlükəsizlik Bölməsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Lənkəran Şəhər Rayon X11 Təhlükəsizlik Bölməsinin sahə rəisi polis leytenantı X3 tərəfindən MN ******* seriyalı, 25 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 18 oktyabr 2024-cü il tarixdə ünvan 1 ünvanında bacısı Zərərçəkmiş şəxs şəxsi münasibətlər zəmnində vurmaqla sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. İnzibati xəta haqqında protokolda Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Lənkəran ŞRPŞ-nin İTB-nin polis sahə rəisi X3 izahat verərək bildirdi ki, Lənkəran ŞRPŞ-də araşdırma aparılmış və Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş. Araşdırma zamanı və tərəfimdən inzibati araşdırma aparılan zaman Şəxs inzibati xəta törətməsi öz təsdiqini tapmışdır. Ekspert rəyi alınmış və xəsarətin küt əşyanın təsirindən yaranması təsdiq edilmişdir. Xəsarətin dərəcəsi müəyyən edilmir. Bizdə inzibati tənbeh tətbiq edilməsi üçün materialı göndərmişik. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, iş materiallarla tanışam, hər hansı əlilliyim yoxdur və zərərçəkmişə heç bir xəsarət yetirməmişəm. Bizim münaqişəmiz mülki məsələ olub. Bacım hadisə günü mənlə mübahisə etdi, əşyaların mətbəxdə qoyduğu üçün bizə hərəkət etməyə, iş görməyə imkan vermirdi, mən də ona bildirdim ki, mətbəxdən əşyaları götür və buradan çıx. Mən bunun qabların podnusla aparanda qab düşdü və sındı, həmin vaxt ayağına şüşə qırıntıları sıçramasına görə çox yüngül xəsarət olub. Mən törətməmişəm, banka düşüb sınanda 2 metr aramızda məsafəmiz olub. Ona şərait yaratmışam ki, bizimlə eyni evdə yaşasın. Ev atamızın adınadır və evdə birlikdə yaşayırıq. İzahatını davam etdirən Şəxs sonda bildirdi ki, baş verənlərə görə bacımdan üzr istəyirəm, şikayətindən imtina etməsini xahiş edirəm. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, Hadisə günü məni üst-üstə təhqir edirdi, bankanı içi dolu suyla mənə atıdı və düşdü ayağıma dəydi, qanadı. Bundan sonra 102-ə zəng etdim. Bu ilin yay aylarından bəri birlikdə yaşıyırıq, belə hadisə olmamışdı o vaxtdan indiyə kimi və Şəxs. dəfələrlə məni təhqir edir. Məhkəmə iclasında şahid X8 izahat verərək göstərdi ki, evdə usta işləyirdi, mətbəxdə ustalara qulluğ etmək üçün iş görməyə çalışsam da zərərçəkmiş imkan vermirdi. 2 gün sonra Q.Elman onun əşyalarını götürdü, evin içinə apardı və o an münaqişə baş verdi, amma Q.Elman zərərçəkmişin başına banka atmayıb. Biz ona bizimlə eyni evdə yaşamağa imkan verəcəyimizi bildirmişik. Zərərçəkmiş şəxsin psixi problemləri var. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək Şəxs ilə barışdığını iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən vəkil X5 barışıq əldə edildiyinə görə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində başlanmış İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 Publik hüquqi şəxsinin 19 oktyabr 2024-cü il tarixli 995 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ pəncə nahiyəsində sıyrıq aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Lənkəran Rayon Polis Şöbəsinin arayışından görünür ki, Daxili İşlər Nazirliyin Vahid Məlumat-Axtarış Sistemindən (VMAS) sorğu aparılmış nəticədə Şəxs heç bir əlillik statusu olmadığı müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Lənkəran Rayon Polis Şöbəsinin xx.xx.2024-ci il tarixli arayışdan görünür ki, həmin şöbənin növbətçi hissəsində yığılan inzibati kartotekasında son bir il ərzində heç bir məlumat qeydə alınmamışdır. İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur; Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İş üzrə məhkəmə araşdırması zamanı həm barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, həm zərərçəkmiş şəxs hər ikisi məhkəməyə ərizə təqdim edərək barışdıqlarını bildirmişlər. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin zərərçəkmiş şəxslə barışması səbəbindən Şəxs barəsində başlanmış İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Qeyd olunanlara göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 25 noyabr 2024-ci il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №3(049)-1048/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1048/2024
25.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver