Məhkəmə qərarları › İş №3(049)-1049/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1049/2024

26.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1049/2024 26.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1977-ci il tarixdə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Maştağa qəsəbəsində yaşayan Şəxs barəsində Lənkəran Rayon İcra və Probasiya Şöbəsin tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abbasov X3 Rayon Məhkəməsinin 2(049)-943/2023 saylı, 18 may 2023-cü il tarixli qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun çağırışına gəlmədiyinə, yəni qanuni tələblərini yerinə yetirmədiyinə görə icra məmuru Xədicə Ələkbərova tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə 26 noyabr 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, o borcunu etiraf edir. Daimi iş yeri yoxdur. 2024-cü ilin mart ayında izahat verərəkən aylıq 200 manat ödəcəyimi izahatımda göstərmişəm. Lakin həmin pulu da ödəməmişəm. Qətnamə çıxdıqdan sonra ümumiyyətlə borcumdan hər hansı ödəniş etməmişəm. Borcumu ödəməklə bağlı xəbərdar edilmişəm. Lənkəran şəhərində qeydiyyatda olsam da Bakı şəhəri Mərdəkan qəsəbəsində ailəmlə yaşayıram. Günəmuzd olaraq orda-burda işləyirəm. Hər ay 200 manat deyil dekabr ayının 1-dən başlayaraq hər ay 100 manat ödəniş edə bilər. Hazırda maddi vəziyyətinə görə hər hansı ödəniş edə bilmir. Törətdiyi əməldən peşimandır. Bir daha belə əməllərə yol verməyəcəkdir. Əlilliyi yoxdur. Məhkəmə iclasında dindirilmiş Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 bildirmişdir ki, Abbasov X3 Rayon Məhkəməsinin 2(049)-943/2023 saylı, 18 may 2023-cü il tarixli icra sənədi icra etməkdən yayınır. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs dəfələrlə xəbərdarlıq edilsə də, eləcə də sonuncu dəfə 2024-cü ilin mart ayında icra şöbəsinə dəvət edilib ondan borcu ödəməsi tələb edildikdə, o aylıq 200 manat ödəcəyini bildirmiş, sonradan isə onunla əlaqə saxlamaq mümkün olmamışdır. Onun tapılması üçün tədbirlər görülsə də heç bir nəticə olmadığından axtarış haqqında qərar qəbul edilmişdir. o müxtəlif bəhanələr gətirməklə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Lənkəran Rayon Məhkəməsinin 2(049)-943/2023 saylı, 18 may 2023-cü il tarixli icra sənədindən görünür ki, xx.xx.2022-сi il tarixli, 367nkLNSH/22 saylı kredit müqaviləsinə əsasən 5437,85 manat əsas, 736.21 manat faiz, 76.09 manat cərimə borcu olmaqla ümumilikdə 6250.15 manat və 82.91 manat dövlət rüsumu cavabdeh Şəxs iddiaçı UniBank ASC-in xeyrinə ödənilməlidir. İcraata başlamaq haqqında qərardan görünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-943/2023 saylı, 18 may 2023-cü il tarixli icra sənədi üzrə 09 avqust 2023-cü il tarixdə Lənkəran rayon icra və probasiya şöbəsində icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş Şəxs xx.xx.2024-cü il tarixli izahatından görünür ki, o Lənkəran Rayon Məhkəməsinin 2(049)-943/2023 saylı, 18 may 2023-cü il tarixli icra sənədindən məlumatlıdır. Aylıq olaraq borcundan 200 manat pul ödəyə bilər. Lənkəran şəhər icra hakimiyyəti başçısının Lənkəran şəhəri 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli 12-5/713 nömrəli məktubdan görünür ki, Abbasov X3 şəhəri, Z.Əliyeva küçəsi ev 78/20 mən 8 ünvanında qeydiyyatdadır. Lakin hazırda həmin ünvanda yaşamır və harada olması barədə də heç bir məlumat yoxdur. Borclunun axtarışı haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə borclu Şəxs barəsində axtarış elan edilmişdir. Mərkəzləşdirilmiş informasiya sistemindən Çıxarışdan və izahatından görünür ki, Şəxs heç bir növ əmək pensiyası və sosial müavinət almır. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş çıxaış və məktubdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:05-də Bakı şəhəri BPİ-nə tabe olan Bakı Metropolitenində polis idarəsində saxlanılmış xx.xx.2024-cü il tarixdə isə Lənkəran ŞRPŞnin əməkdaşlarına təhvil verilmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun və icra məmurunun izahatları, «inzibati xəta haqqında» protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməmiş, onun çağırışına gəlməmiş, habelə məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etməmiş və bununla da o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10(on) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli «25» noyabr 2024-cü il tarixdən saat 19:05-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10(on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar