Məhkəmə qərarları › İş №3(049)-105/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-105/2025

17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-105/2025 17.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs X9 İdarəsinin Lənkəran xətt X7 hissəsinin məsul növbətçisi, polis mayoru X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.2001-ci ildə Masallı rayonu, Təzəkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi işlə məşğul olan, Masallı rayonu, Təzəkənd kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3 və 590.1-ci maddələri ilə təqsirləndirilməsinə dair X15 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində X9 İdarəsinin X15 Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin məzmunundan müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə saat 01:45 radələrində Lənkəran rayonu, Kürdili adası ərazisində müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan “MR-155” markalı, ********** nömrəli ov silahı ilə qanunsuz quş ovu edərkən saxlanmışdır. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3 və 590.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən şəxs X9 İdarəsinin Lənkəran Xətt X7 hissəsinin məsul növbətçisi, polis mayoru X8 məhkəmə iclasında protokol və ona əlavə edilmiş sənədlərin məzmununa uyğun izahat verərək, bildirdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 01:45 radələrində Lənkəran rayonu, Kürdili adası ərazisində müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan “MR-155” markalı, ********** nömrəli ov silahı ilə qanunsuz quş ovu edərkən saxlanmış və barəsində inzibati xəta haqqında icraat başlanmışdır. İcraat zamanı inzibati xətanın obyekti olan 175 ədəd çöl quşları, yivsiz ovsilahı bə 67 ədəd patron ondan təhvil alınaraq, maddi sübut kimi X15 Şöbəsində saxlanılır. İcraata zamanı Şəxs izahatında etdiyi inzibati xətanı etiraf etmişdir. Belə ki, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3 və 590.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmişdir. Həmçinin icraat zamanı müəyyən edilmişdir ki, Şəxs ov etmək hüququ mövcu deyildir. Şəxs həmin maddələrində sanksiyası həddində cəzalandırılmasını məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə özünə məxsus “MR-155” markalı, ********** nömrəli ov silahı ilə axşam saatlarında qayıq vasitəsi ilə Xəzər dənizində quş ovlamışdır. Bunu maddi vəziyyətinin ağır olması ilə əlaqadar etmişdir. Həmin vaxt üstündə olan yivsiz ov silahının icazəsi olmuşdur. Lakin ov etməyə isə heç bir icazəsi yoxdur. Ov etdiyi zaman polis əməkdaşları onu saxlayıblar, ov silahını, 175 ədəd çöl quşunu və patronları polisə təhvil vermişdir. Etdiyi əməldən çox peşmandır və gələcəkdə belə hallara yol verməyəcəkdir. Ov silahının müsadirə edilməməsini və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3 və 590.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün etirafedici izahat, inzibai xəta haqqında protokol, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsindən X15 şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin 303 nömrəli gəmisi tərəfindən xidmət zamanı Lənkəran reydi ərazisində xx.xx.2025-ci il tarixdə saat 01:45 radəiərində Kürdilfadası istiqamətində əraziyə baxış keçirilmişdir. Baxış zamanı ərazidə 3 ədəd naməlum kiçik həcmli üzmə vasitəsinin olduğu müəyyən olunmuş, dərhal itisürətli qayıq suya endirilərək kiçik həcmli üzmə vasitələri istiqamətində hərəkətə başlamışdır. Saat 04:15 radəiərində sahildən 7.0 mil məsafədə hər birində 2 nəfər heyət üzvü olan qayıqlar təqib olunaraq saxlanılmış, saxlanılan zaman 1 ədəd qayıqda olan 1 nəfər heyət üzvü digər qayığa keçmiş və qayıq iti sürətlə sahil istiqamətində hərəkətə başlamışdır. Saxlanılmış 2 ədəd qayığın birində 2 nəfər, digərində 3 nəfər heyət üzvünün olması, “Aliminium” tipli, bort nömrəsiz və qeydiyyatsız, birində “Yamaha-40”, digərində isə “Yamsha-30” mühərrikinin olduğu müəyyən edilmişdir. Saxlanılmış qayıqlara baxış zamanı birində 2 ədəd (********** №-!i) və “Stoger” (75H21YT03020043 №-li) markalı ov tüfəngi, 67 ədəd “Mega” markalı 5 nömrə patron və 90 ədəd “Ördək” quşu, digərində isə “MP-155” (********** №-li) və "İmpala” (18İS02010 №-li) markalı ov tüfəngi, 67 ədəd “Mega” markalı 5 nömrə patron və 85 ədəd “Ördək” quşu aşkar olunaraq şəxslərlə birgə saxlanılmışlar. Saxlanılan şəxslər xx.xx.1975-ci ildə Masallı rayonunda anadan olmuş, həmin rayonda yaşayan X6, xx.xx.2001 -ci ildə Masallı rayonunda anadan olmuş, həmin rayonda yaşayan Şəxs, xx.xx.1999~cu ildə Masallı rayonunda anadan olmuş, həmin rayonda yaşayan Kamilli Orxan Fizuli oğlu, xx.xx.1972-ci ildə Masallı rayonunda anadan olmuş, həmin rayonda yaşayan X5 və xx.xx.1974-cü ildə Masallı rayonunda anadan olmuş, həmin rayonda yaşayan X2 olmaları müəyyən edilmişdir. Belə ki, saxlanılmiş şəxslər və ümümilikdə 2 ədəd qeydiyyatsız kiçik həcmli üzmə vasitəsi, 4 ədəd ov tüfəngi, 134 ədəd patron və 175 ədəd quş, X9 İdarəsinin X15 şöbəsinin polis baş serjantı X3 təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən Şəxs verilmiş 2336 saylı şəhadətnamədən görünür ki, ona “MR-155” markalı, 12 kalibrli, ********** nömrəli ov silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün icazə verilmişdir. xx.xx.2025-ci il tarixli 01 və 02 saylı qəbzlərdən görünür ki, Şəxs iş üzrə maddi subut kimi götürülən 175 (yüz yetmiş beş) çöl su quşları, 1 ədəd 12 kolibirli “MR-155” markalı ********** nömrəli yivsiz ov silahı və ona dair 67 ədəd ov patronları X15 şöbəsi tərəfindən təhvil alınmışdır. 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, iş üzrə maddi sübut kimi tanınmış 175 (yüz yetmiş beş) ədəd quşa baxış keçirərkən müəyyən edilmişdir ki, onlardan, 170 (yüz yetmiş) ədədi “ördəkkimilər” növünə, 5 (beş) ədədi “qaşqaldaq” növünə aiddir. Həmin çöl quşlarına görə təbiətə vurulmuş ziyanın məbləği cəmi 962,50 manat təşkil edir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü, 590.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən, ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə-inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Həmin məcəllənin 590.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin həmin Məcəllənin 27.1, 152 və 153-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan ov qaydalarının kobud şəkildə pozulmasında təqsirli olan şəxsə ov hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsi həmin Məcəllənin xüsusi hüququn məhdudlaşdırılmasının tətbiqi əsaslarını tənzimləyən 27.1-ci maddəsinin hüquqi mahiyyətinə uyğun olaraq, yalnız həmin şəxsdə belə bir xüsusi hüququn (ov etmək hüququnun) olması halında mümkündür. Məhkəmə araşdırması zamanı işin faktiki hallarında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ov etmək hüququ mövcud deyildir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Azərbaycan Respublikası 34.3-cü maddəsinə əsasən «Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər». Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta həmin Məcəllənin 590.1-ci maddəsində nəzədə tutulmuş xətaya nisbətən daha ciddidir. Bu səbəbdən Şəxs Azərbaycan Respublikası İXM-nin 272.3 və 590.1-ci maddələri ilə təqsirli bilinməli və ona həmin Məcəllənin 272.3-cü maddəsinin sanksiyası çərçivəsində tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməsini və əməlindən səmimi peşimançılıq çəkməsini məhkəmə inzibati məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs məsuluyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəm hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Eyni zamanda inzibati xətanın bilavasitə obyekti olmuş və X15 şöbəsində saxlanılan 175 (yüz yetmiş beş) ədəd çöl su quşları müsadirə edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,115 və 152-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3 və 590.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.500 (min beş yüz) manat miqdarında cərimə edilsin. İş üzrə maddi sübut kimi tanınaraq, X9 İdarəsinin X15 şöbəsində saxlanılan inzibati xətanın biləvasitə obyekti olmuş 175 (yüz yetmiş beş) ədəd çöl su quşları müsadirə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətinə Şirvan Apellaysiya Məhkəməsinə hazırkı qərarı qəbul etmiş hakim vasitəsi ilə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar