Məhkəmə qərarları › İş №3(049)-1051/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1051/2023

01.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1051/2023 01.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Zeynalzadə Gülnar Şakir qızının katibliyi, Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və tələbkar Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxx 1989-cu ildə Lənkəran rayonu Tükəvilə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Lənkəran rayonu Tükəvilə kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 tərtib etdiyi 01 may 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən 25 avqust 2020-ci ildə verilmiş 25 avqust 2020-ci il tarixli 2(049)-1792/2020 nömrəli icra vərəqəsinə görə Lənkəran Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli 2(049)-1792/2020 saylı qətnaməsinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları 20 iyul 2021-ci il tarixdən başlayaraq Şəxs hər ay 300 manat məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Hazırda borclunun aliment borcu 3.946 manat təşkil edir. Borclu aliment borcunu ödəməkdən boyun qaçırmışdır. Qətnaməni icra etməkdən qərəzli şəkildə yayınması borclunun axtarış əsasında Lənkəran rayon İcra və Probasiya Şöbəsinə gətirilməsi ilə təsdiq edilir. Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Həmçinin qeyd etmişdir ki, icra sənədi xx.xx.2020-ci il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qaydada icraata başlanılaraq tələbin könüllü icrası haqqında borcluya bildiriş göndərilmişdir. Tələb könüllü icra müddətində borclu tərəfindən təmin edilmədiyindən onun əmlak vəziyyəti yoxlanılmış, lakin borclunun adına tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak aşkar edilməmişdir. Son üç ay ərzində borclu icra məmurunun çağırışlarından qərəzli olaraq yayınaraq, çağırışlara gəlməmişdir. Borclu Şəxs şöbəyə gəlməkdən və icra sənədinin icrasından yayındığından onun barəsində “borclunun axtarılması haqqında” 17 aprel 2023-cü il tarixdə onun tərəfindən qərar qəbul edilmiş və o, 01 may 2023-cü il tarixdə polis tərəfindən şöbəyə məcburi gətirilməsi təmin edilmişdir. Borclu şöbədə olarkən qərar və tələbin könüllü icrası barədə bildirişin surətləri ona şəxsən təqdim edilməklə izahatı alınmışdır. Borclu izahatında heç bir yerdə işləmədiyini əsas gətirərək tələbi təmin edə bilmədiyini bildirmişdir. 01 may 2023-cü i tarixdə boclu aliment borcundan 1.000 manat ödəmişdir və hazırki dövrə tələbkara olan aliment borcu 2.946 manat təşkil edir. İşin məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi üzrə borcunu tam ödəmədiyini maddi imkansızlığı ilə izah etmişdir. Həmçinin bildirmişdir ki, sözügedən məhkəmə qətnaməsi əsasında tələbkara mütəmadi hissə-hissə ödənişlər etmişdir. 01 may 2023-cü il tarixdə də tələbkara 1.000 manat aliment ödənişi etmişdir və hazırda 2.946 manat aliment borcu qalmışdır. Qalan borcu isə 2 ay müddətində ödəyə bilər. Son üç ay müddətində icra məmurunun çağırışlarına gəlməməsinin səbəbi xəstə olması ilə əlaqədar olmuşdur. 01 may 2023-cü il tarixində polis vasitəsilə Lənkəran rayon İcra və probasiya şöbəsinə gətirilmişdir. İşin məhkəmə baxışı zamanı tələbkar Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, borclu Şərafət Əhmədon 2020-ci ildən ona olan aliment borcunun hissə-hissə olaraq ayda 100, 80, 60, 50 manat olmaqla ödəmişdir. Borclu alimenti ona Kapitalbank vasitəsilə bank kartına ödəmişdir. Hazırda borclunun ona olan aliment borcu 6.120 manat təşkil edir. 01 may 2023-cü il tarixdə borclu ona olan aliment borcundan 1.000 manat ödəmişdir. Son üç ay ərzində borclu icra məmurunun çağırışlarından qərəzli olaraq yayınmışdır. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, məhkəmə qətnaməsi barədə məlumatlı olduğu təqdirdə icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra məmurunun çağırışlarına gəlmədiyindən barəsində icra məmuru tərəfindən “borclunun axtarılması haqqında” qərar qəbul edilərək, qərarın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə edilmişdir və sözügedən qərar əsasında Şəxs xx.xx.2023-cü il tarixdə polis tərəfindən Lənkəran rayon İcra və probasiya şöbəsinə gətirilmişdir. Məhkəmə iş üzrə yekun qənaətə gələrkən nəzərə alır ki, aylıq alimentin miqdarı cəmi 300 manat təşkil etdiyi halda, bu gün üçün borc məbləği borclunun deməsinə görə 2.946 manat, tələbkarın deməsinə görə 6.120 manat təşkil edir. Bu isə borclunun uzun müddət üzrə alimenti müvafiq məhkəmə aktı ilə müəyyən edilmiş məbləğdə və qaydada ödəmədiyini də təsdiq edir. Göstərilənlərə əsasən Xanverdiyev Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 01 may 2023-cü il tarixindən saat 14:05-dən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar