Məhkəmə qərarları › İş №3(049)-1051/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1051/2024

19.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1051/2024 19.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X8 və 1 saylı X16 Mərkəzinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, X8 barəsində X18 Xidmətinin X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin(bundan sonra mətndə İXM-nin) 192.4-cü maddəsi ilə qəbul edilmiş MN № ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs İxtiyar Cənnətovun şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X12 şikayət verərək, xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərarının ləğv edilməsini xahiş etmişdir. X12 şikayətini onunla əsaslandırmışdır ki, Lerik rayonu Ləkər kənd sakini X3 İnkişafı xidmətinin 22 noyabr 2023-cü il tarixli 467/k saylı əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi əsaslandırılaraq Gürdəsər meşəbəyliyinin meşəbəyi vəzifəsindən azad olunmuşdur. Əmək müfəttişliyi tərəfindən Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cü bəndini və 172-ci maddənin 4-cü hissəsinin tələblərinin pozulması halı Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsində nəzərdə tutulmuş xətaya səbəb olması müəyyən edilmişdir. Əmək Məcəlləsinin 172-ci maddəsinin qeyd hissəsinə əsasən bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. 1 saylı X16 Mərkəzi dövlət büdcəsi hesabına maliyələşir. Mərkəzdə maliyələşmə hər ayın sonunda açılır və əmək haqqı ilə bağlı tərtib olunmuş sənədlər ödəniş üçün X6 göndərilir. Bu səbəbdən barəsində tərtib olmuş inzibati xəta haqqında qərarın ləğv edilməsi zəruridir. Məhkəmə iclasında barəsində tərtib olunmuş inzibati xəta haqqında protokoldan şikayət vermiş şəxs X12 şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun çıxış etmiş və əlavə olaraq bildirmişdir ki, büdcədən maliyyələşən təşkilatda işləyir. Bu səbəbdən də əmək haqqı və digər ödənişlər üçün vəsait hər ayının sonunda açılır və bu səbəbdən X10 işdən çıxarılması barədə əmr 22 noyabr 2023-cü il tarixdə verilsə də, ona yekun haqq hesab həmin gün deyil, noyabr ayının 30-da verilmişdir. Bu isə rəhbəri olduğu 1 saylı X16 Mərkəzinin müstəqil büdcə vəsaiti olmaması ilə əlaqədardır. Verilmiş suallara cavab olaraq isə X12 göstərmişdir ki, 22 noyabr 2023-cü il tarixdə X10 işdən çıxarılması barədə əmr verilsə də, ona yekun haqq-hesabın verilməsi ilə bağlı Meşələrin İnkişafı Xidmətinə hər hansı məktub və ya sənəd göndərməmişdir. İlkin məhkəmə iclasında iştirak etmiş Əmək və X17 Nazirliyi yanında X18 Xidmətinin hüquq idarəsinin araşdırmalar və icraya nəzarət sektorunun müdiri Nümayəndə1 göstərmişdir ki, şikayətdə göstərilən dəlilləri əsassız hesab edir, tərtib edilmiş qərar və protokolun doğru olduğunu, 1 saylı X16 Mərkəzinin rəhbəri X12 tərəfindən İXM-in 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyini, yekun haqq hesabın ödənilməsi ilə bağlı sənədləri vaxtında göndərmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş X13 da barəsində inzibati protokol tərtib olunmuş şəxs Cənnətov İxtiyarın izahatı ilə oxşar məzmunlu izahat verərək göstərmişdir ki, büdcədən maliyələşən təşkilatdırlar, 22 noyabr 2023-cü il tarixdə X11 yekun haqq hesabın verilməsi ilə bağlı Meşələrin İnkişafı Xidmətinə hər hansı məktub və ya sənəd göndərməmişlər, göndərsələr belə həmin haqq hesabın ödənilməyəcəyini, çünki büdcə vəsaitinin ayın sonunda açılaraq hesaba köçdüyünü bildirmişdir. Məhkəmə şikayət edən şəxsi və şikayət edilən orqanın nümayəndəsini dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşlərin İnkişafı Xidmətinin xx.xx.2023-cü il tarixli 467/k nömrəli əmri ilə 1 saylı Regional Meşə X7 meşəbəyliyinin meşəbəyi X14 ilə bağlanmış əmək müqaviləsi peşəkarlıq səviyyəsinin kifayət dərəcədə olmadığına, tutduğu vəzifəyə uyğun gəlmədiyinə görə ləğv edilmişdir. Həmin əmrin 13-cü bəndinə əsasən xidmətin hüquqi təminat, insan resursları və sənədlərlə iş şöbəsi və maliyyəvə iqtisadiyyat sektoru, 1 saylı X16 Mərkəzi (İxtiyar Cənnətov) bu əmrdən irəli gələn məsələllərin həllini təmin etməlidirlər. İş materiallarında olan 1 saylı X16 Mərkəzinin direktoru İxtiyar Cənnətovun xx.xx.2023-cü il tarixli 279/k nömrəli əmri ilə Gürdəsər meşəbəyliyinin meşəbəyi X14 ilə bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixdən peşəkarlıq səviyyəsinin kifayət dərəcədə olmadığına, tutduğu vəzifəyə uyğun gəlmədiyinə görə ləğv edilmişdir. Həmin əmrdə X2 haqq hesabının ödənilməsi əmr edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X10 şikayəti ilə əlaqədar X18 Xidmətinin X5 tərəfindən 1 saylı X16 Mərkəzinin derektoru İxtiyar X1 ilə bağlanmış əmək müqaviləsi, işdən çıxarılması əmri və digər sənədlər istənilmişdir. İş materiallarında olan əmək müqaviləsindən görünür ki, X10 X23 X7 meşəbəyliyinin meşəbəyi vəzifəsinə təyin edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan 377 və 378 nömrəli ödəniş tapşırıqlarından görünür ki, 1 saylı X16 Mərkəzinə ödənişin həyata keçirilməsi ilə bağlı tapşırıq xx.xx.2023-cü il tarixdə verilmişdir. İş materiallarında olan X18 Xidmətinin X5 tərəfindən 1 saylı X16 Mərkəzinin derektoru İxtiyar Cənnətova göndərilmiş xx.xx.2024-cü il tarixli bildirişdə sonuncunun əməllərində inzibati xəta əlamətlərinin olması müəyyən edildiyi üçün protokolun tərtibində iştirak etməyə dəvət edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.4-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Həmin məcəllənin 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir Göründüyü kimi 1 saylı X16 Mərkəzinin derektoru Cənnətov İxtiyar X4 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilməsi və ona sonuncu haqq hesabının ödənilməsi barədə əmr versə belə həmin gün son haqq hesabın ödənilməsi ilə bağlı hər hansı tədbir görməmiş, Meşələrin İnkişafı Xidmətinə məktub, sorğu və ya digər sənədlərin göndərilməsini təmin etməmişdir. Belə ki, iş materiallarından da göründüyü kimi xx.xx.2023-cü il tarixdə Meşələrin İnkişafı Xidməti tərəfindən X14 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin olmasını bilməsinə və həmin gün də özü müvafiq əmr verməsinə baxmayaraq icrası ilə bağlı tədbir görməmişdir.. Belə olan halda X8 şikayətinin dəlilləri onun barəsində X18 Xidmətinin X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin(bundan sonra mətndə İXM-nin) 192.4-cü maddəsi ilə qəbul edilmiş MN № ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas kimi qəbul edilə bilməz. İXM-nin 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, şikayət rədd edilməli, X18 Xidmətinin X5nin MN № ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X8 şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 128 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X18 Xidmətinin X5nin MN № ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X8 şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10(on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar