Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1052/2023 15.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin nümayəndəsi X3 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin rəisi X6 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X7 tərəfindən verilmiş şikayətə baxaraq məhkəmə, müəyyənetdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin rəisi X6 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 469.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat miqdarında inzibati cərimə edilmişdir. X7 həmin qərardan məhkəməyə şikayət verərək inzibati tənbeh vermə haqqında qararın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X7 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2020-ci il tarixdən Lənkəran Şəhər Mənzil istismar və Kommunal Müəssisələr idarəsinin rəisi vəzifəsində işləyir. Dövlət Vergi Xidmətinin X5 Baş İdarəsi tərəfindən ona xx.xx.2022-ci il tarixli **********955100 qeydiyyat nömrəli ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xəbərdarlıq məktubu göndərilərək Lənkəran Şəhər Mənzil İstismar və Kommunal Müəssisələr idarəsinin 2010-ci il tarixdən hazırki vaxtadək olan və ödənilməmiş qalan 82457.83 manat vergilər üzrə borc, 363340.83 manat məcburi dövlət sisoial sığorta haqqı üzrə borc, 2074.64 manat işsizlikdən sığorta haqqı üzrə borc və 12051.67 manat icbari tibbi sığorta haqqı üzrə borc olmaqla, ümumilikdə 459924.97 manat borcun 5 gün müddətində ödənilməsi tələb edilmişdir. Qeyd olunan borclar onun həmin müəssisəyə rəhbər təyin edilməsindən xeyli əvvəl yaranmışdır. Borcların bir hissəsi o, həmin müəssisəyə rəhbər təyin edildikdən sonra ödənilmiş və hazırda da ödənişlər davam etdirilir. Müəssisənin gəlirləri fiziki və hüquqi şəxslərlə bağlanmış müdavilələrdən yığılan ödənişlər hesabına formalaşır və həmin ödənişlər fiziki və hüquqi şəxslər tərəfindən əksər hallarda ilin sonuncu rübündə ödənilir. Həmin ödənişlər edilən kimi müvafiq olaraq vergi, DSMF, İTS və İŞ ödənişlərinə yönəldilir. Bundan əlavə, yığılmış borclar Lənkəran Şəhər Mənzil İstismar və Kommunal müəssisələr idarəsinin cari borcları deyildir. 2010-ci ildə Lənkəran şəhər yaşıllaşdırma idarəsi, Lənkəran şəhər işıqlandırma idarəsi, Lənkəran şəhər abadlıq kombinatı Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr idarəsinə birləşdirilməklə adı çəkilən üç idarənin vergi, sosial və digər bütün borcları onun hazırda rəhbəri olduğu müəssisənin balansına keçmiş və müəssisənin dövriyyə balansı həmin borcların ödənilməsi iqtidarında olmadığından borcları tam ödəmək mümkün olmamışdır. Bir müddət sonra - 2019-cu ildə həmin idarələr yenidən heç bir borc olmadan müəssisədən ayrılaraq ayrı-ayrı idarələr yaradıldığından müəssisənin dövriyyə balansı əhəmiyyətli dərəcədə aşağı düşmüş, həmin idarələrin hesabına yığılıb qalan borclar Lənkəran Şəhər Mənzil İstismar və Kommunal Müəssisələr idarəsinin borcu kimi qalmışdır. Qeyd olunan borcların ödənilməklə azaldılması istiqamətində hazırda da tədbirlər görülür və borcların ödənişləri mütəmadi olaraq hissə-hissə həyata keçirilir. Hazırki vaxtda müəssisənin dövriyyə balansı və gəlirləri yaranmış borcun tam şəkldə əhatə edilməsi üçün kifayət etmədiyindən həmin borcların qısa müddətə ödənilməsi müəssisənin imkanı xaricindədir. Bu barədə həm vergi, həm DSMF həm də tibbi sığorta idarələri məlumatlandırılmışlar. Buna baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən ona xx.xx.2023-cü il tarixli məktub göndərərək müəssisənin pensiyaya çıxmış əməkdaşı Məcidov Nadir Kərim oğlunun sığorta hesabına müvafiq vəsaitin köçürülməməsinə görə Azərbaycan Respublikası İXM ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə xəbərdarlıq edilmiş və onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd etdiyi məlumatları Əmək Müfəttişliyinə bildirsə də, X9 Xidmətinin Lənkəran-Astara regional şöbəsi eyni tarixdə və eyni inzibati xətanın törədilməsi ilə bağlı həm vəzifəli şəxs kimi onun barəsində, həm də hüquqi şəxs kimi rəhbəri olduğu müəssisənin barəsində protokol tərtib etmişdir. Həmin protokollardan biri - onun özünün barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında xx.xx.2023-cü il tarixdə MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək o, Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə vəzifəli şəxs qismində 1500 manat məbləğində inzibati cərimə edilmişdir. Qeyd olunan inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi üçün inzibati orqan tərəfindən tam və hərtərəfli araşdırma aparılmamış, həmin inzibati xətanı istisna edə biləcək şübhələr aradan qaldırılmamışdır. Bütün bunlardan əlavə inzibati orqan olan X9 Xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən qanunvericiliyin normaları kobud surətdə pozularaq eyni inzibati xəta ilə bağlı iki ayrı-ayrı protokol tərtib edilmiş, eyni fakt üzrə həm hüquqi şəxsin barəsində, həm də həmin hüquqi şəxsin direktoru kimi vəzifəli şəxsin barəsində protokol tərtib edilməklə qanunsuz və əsassız qərar qəbul etmişdir. İnzibati təhbeh vermə haqqında qərardan şikayət vermiş şəxs - X7 hazırki işin məhkəmə baxış iclası zamanı şikayətində göstərilənlərə uyğun məzmunlu izahat verməklə yanaşı bildirmişdir ki, rəhbərlik etdiyi müəssisənin bank hesabı "xxxx" ASC-nin nəzdindədir. Müəssisənin dövlət büdcəsinə olan vergi borcu, həmçinin, müvafiq fondlara olan sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə borclarına görə həmin bank hesabına sərəncam qoyulmuşdur. Bu səbəbdən müəssisənin bank hesabı bloklanmış, daxil olan vəsaitlər vergi və DSMF sərəncamlarının icrasına, əmək haqqı və aliment öhdəliklərinin ödənilməsinə yönəldilir. Həmin ödənişlər edilən kimi müvafiq olaraq vergi, DSMF, İTS və İŞ ödənişlərinə yönəldilir. Qeyd edilən borclar onun adı çəkilən müəssisənin rəhbəri təyin edildiyi vaxtdan əvvəl yaranmış borclar olmaqla, bank hesablarına sərəncamlar da həmin vaxtdan əvvəl qoyulmuşdur. Qeyd edilən səbəbdən onun müəssisənin əməkdaşlarının istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanmasını təmin etmək imkanı olmamışdır. Həmçinin, müəssisənin bank hesabı bloklandığı üçün əməkdaşlara xüsusi geyim və mühafizə vasitələrinin alınması da imkan xaricindədir. Belə ki, İşçilərin xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri ilə təmin edilməsi üçün müvafiq tender keçirilməlidir ki, bunun müəssisənin hesabında kifayət qədər maddi vəsait olmalıdır. Habelə, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etmək də müəssisənin hesabında toplanan maddi vəsaitlə bilavasitə əlaqədardır. Barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilən məsələlərin həlli müəssisə rəhbəri və vəzifəli şəxs kimi ondan asılı olmayan səbəbdən mümkün olmamışdır. O, iş üzrə müvafiq araşdırma aparılarkən X9 Xidmətinin X1 də bu xüsusalar barədə rəsmi məlumat vermiş, lakin həmin faktlar nəzərə alınmadan inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Ona görə hesab edir ki, o, əsassız olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməklə 1500 manat miqdarında inzibati cərimə edilmişdir. O, barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolu və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsassız hesab edir. Qeyd etdiklərinə əsasən hazırki şikayətinin təmin olunmasını, X9 Xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən onun barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi X8 işin məhkəmə baxış iclası zamanı izahat verərək bildirmişdir ki, X9 Xidmətinin Lənkəran-Astara Regional şöbəsi öz səlahiyyətləri daxilində Lənkəran Şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin rəisi X7 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.2-cı maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolu tərtib etmişdir. Həmin protokol əsasında xx.xx.2023- cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar da qanuni əsaslarla qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin xx.xx.2023-cü il tarixli 3-17-5/3-104/2023 nömrəli əmri ilə yaradılmış təhqiqat komissiyası tərəfindən Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr idarəsinin işçisi Məcidov Nadir Kərim oğlunun xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə ilə bağlı təhqiqat aparılır. Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr idarəsi rəhbərliyinin təhqiqatla bağlı X9 Xidmətinin X1 təqdim etdiyi sənədlərə əsasən müəyyən edilmişdir ki, Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr idarəsinin işəgötürəni tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 215-ci maddəsinin 7-ci və 8-cü abzaslarının, 217-ci maddəsinin 1-ci hissəsinin və 225-ci maddəsinin 1-ci hissəsinin tələbləri pozularaq Məcidov Nadir Kərim oğluna xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri verilməmiş, onun əməyin mühafizəsi üzrə biliyinin yoxlanılması həyata keçirilməmiş, həmin şəxsin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması da təmin etməmişdir. Həmin əsaslara görə Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr idarəsi hüquqi şəxs kimi, idarənin rəisi X7 isə müəssisənin rəhbəri olaraq vəzifəli şəxs kimi Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati qaydada cərimə edilmişlər. Qeyd etdiklərinə əsasən hazırki şikayəti əsassız hesab edir və təmin edilməməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş Lənkəran şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 292 nömrəli əmrinin surətindən görünür ki, X7 həmin əmrə əsasən Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr idarəsinin rəisi vəzifəsinə təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin xx.xx.2023-cü il tarixli 3-17-5/3-104/2023 nömrəli əmrinin surətindən görünür ki, Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr idarəsinin işçisi Məcidov Nadir Kərim oğlunun xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə ilə bağlı təhqiqat aparılması məqsədilə təhqiqat komissiyası yaradılmışdır. İş materiallarına əlavə edilmiş X9 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin xx.xx.2023-cü il tarixli məktubunun, həmin məktuba əlavə edilmiş bildirşin və xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun surətlərindən görünür ki, X9 Xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən X7 barəsində vəzifəli şəxs kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.1.6, 198.1.7, 469.2 və 555.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokolda Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr idarəsinin işəgötürəni tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 215-ci maddəsinin 7-ci və 8-cü abzaslarının, 217-ci maddəsinin 1-ci hissəsinin və 225-ci maddəsinin 1-ci hissəsinin tələblərinin pozulduğu qeyd edilmişdir. X4 bildiriş göndərilərək onun barəsində olan işə xx.xx.2023-cü il tarixdə baxılacağı ilə bağlı məlumat verilmişdir. İş materiallarına əlavə edilmiş X9 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin rəisi X6 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, həmin qərara əsasən X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat miqdarında inzibati cərimə edilmişdir. Qeyd olunan qərar X4 göndərilərək inzibati cərimə məbləğinin ödənilməsi tələb edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Lənkəran filialının xx.xx.2023-cü il tarixli 412 nömrəli məktubunda qeyd edilmişdir ki, "xxxx"-nin Bank Respublika ASC “Lənkəran” filialında olan AZ37BRES******************** nömrəli hüquqi şəxs hesabında mütəmadi olaraq vergi və DSMF sərəncamlar olur. Hal-hazırda hesabda vergi və DSMF sərəncamları olduğu üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 965-ci maddəsi və Mərkəzi Bankın “Nağdsız hesablaşmalar və pul köçürmələri haqqında” təlimatına əsasən hesab bloklanmış, daxil olan vəsaitlər vergi və DSMF sərəncamlarının icrasına, əmək haqqı və alimentin ödənilməsinə yönləndirilir. İş materiallarına əlavə edilmiş Dövlət Vergi Xidmətinin 6 nömrəli Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********950000 nömrəli məktubundan və ona əlavədən görünür ki, Lənkəran Şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin "xxxx" ASC və "xxxx" ASC-də olan hesablarına dövlət büdcəsinə olan vergilər, habelə, müvafiq fondlara olan sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borclarına görə 2019-cu ilin birinci rübü ərzində sərəncam qoyulmuşdur və xx.xx.2023-cü il tarixdə bank hesablarında aktiv sərəncamlar mövcuddur. İş materiallarına əlavə edilmiş Lənkəran Rayon Məhkəməsinin 3(049)-957/2023 nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr idarəsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib hüquqi şəxs kimi barəsində 5000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Lənkəran- Astara regional şöbəsinin rəisi X6 tərəfindən X7 barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində qeyd edilmişdir ki istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Məhkəməyə təqdim edilmiş sənədlərlə və hazırki məhkəmə araşdırması ilə nəticə etibarilə müəyyən olundu ki, X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin rəisi X6 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat miqdarında cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilən hüquq normalarının ümumi məzmunundan, həmin normalarda təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətindən də göründüyü kimi, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qanunvericiliyin tələblərinə əsasən şəxsin hər hansı inzibati xətanı törətmiş olması, onun əməlində inzibati xətanın tərkibinin inzibati xəta hadisəsinin mövcud olması faktı həmin şəxsin özü tərəfindən deyil, inzibati xəta haqqında protokolu tərtib etmiş və həmin inzibati xəta haqqında işə baxmaq səlahiyyəti olan orqan tərəfindən sübuta yetirilməlidir və bunu sübut etmək vəzifəsi həmin orqanın üzərinə düşür. Bu faktın sübuta yetrilməməsi isə şəxsin əməlində inzibati xəta tərkibinin ehtimal olunması əsası ilə onun inzibati məsuliyyətə cəlb edilməsi halını istisna edir. Bundan başqa, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr də onun xeyrinə həll olunur. Hazırki iş üzrə də X2 əməlində Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması faktının sübuta yetirilməsi vəzifəsi inzibati xəta haqqında protokolu tərtib etmiş və həmin inzibati xəta haqqında işə baxmaq səlahiyyəti olan orqanın üzərinə düşür. İşin yuxarıda qeyd edilən faktiki hallarından müəyyən edilir ki, Lənkəran Şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin işçisi Məcidov Nadir Kərim oğlunun xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrilə təmin edilməsi, onun əməyin mühafizəsi üzrə biliyinin yoxlanılmasının keçirilməsi və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etmək müəssisənin rəhbəri X2 imkanı daxilində olmamışdır. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, X7 xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında inzibati tənbeh vermə haqqında qərardan narazı olduğunu qeyd etməklə, inzibati xəta haqqında protokolu da mübahisələndirmiş, bununla da əməlində inzibati xəta tərkibinin mövcudluğu iddiası ilə razılaşmadığını bildirmişdir. O, bu xüsusatlar barədə həmin protokol üzrə müvafiq araşdırma aparılarkən X9 Xidmətinin X1 məlumat verdiyini də qeyd etmişdir. Buna baxmayaraq həmin hallar X9 Xidmətinin Lənkəran-Astara Regional şöbəsi tərəfindən inzibati xətalar haqqında qanunvericilikdə müəyyən edilmiş qaydada araşdırılmadan onun barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılmışdır. X7 həmin xüsusatlar barədə dəlillərini hazırki məhkəmə iclasında da bildirməklə yanaşı, mümkün sübutlarını məhkəməyə təqdim etmişdir. X9 Xidmətinin Lənkəran-Astara Regional şöbəsi tərəfindən isə qeyd olunan halları təkzib edə biləcək, yəni xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında verilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuni və əsaslı olması ilə bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla da təsdiq olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, inzibati xəta hadisəsinin və inzibati xəta tərkibinin yaranması ilk növbədə hüquqazidd olan, təqsirli sayılan (qəsd və ya ehtiyatsızlıq) hərəkət və ya hərəkətsizliyin mövcudluğunu özündə ehtiva edir. Hazırki işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından isə görünür ki, X2 belə bir inzibati xəta hadisəsinin baş verməsində nəinki təqsiri olmamış, hətta vəzifəli şəxs olaraq onun özündən asılı olmayan səbəblərdən bu qəbildən olan hər hansı inzibati xəta hadisəsinin qarşısını almaq imkanı da olmamışdır. Belə ki, X7 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda qeyd edilən məsələlər onun səlahiyyəti həddində olsa da, rəhbəri olduğu müəssisənin balans göstəriciləri, büdcə vəsaiti və bank hesabları ilə birbaşa əlaqədardır ki, həmin məsələlər bilavasitə maddi vəsait hesabına həll edilə biləcək məsələlərdir. Lakin iş materiallarından da göründüyü kimi, müəssisənin büdcə vəsaiti, onun rəhbərinin iradə ifadəsindən asılı olmayan səbəblərdən bank hesablarına qoyulan və həmin şəxsin müəssisəyə rəhbər təyin olunmasından daha əvvəl yaranmış borcların ödənilməsinə yönəlmiş müvafiq sərəncamlar əsasında daha vacib və zəruri hesab edilən təyinatlar üzrə (əmək haqqı, aliment və sair) öhdəliklərinin ödənilməsinə yönəldilmişdir. X4 istinad edilən əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin mövcudluğu təsdiq edilmiş olsaydı belə, həmin hadisənin baş verməsində X2 təqsirli hərəkəti (qəsd və ya ehtiyatsızlıqda ifadə olunan) mövcud olmadığından onun əməlində inzibati xəta tərkibinin olması da istisna edilir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması istisna edildiyinə görə o, xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara görə hər hansı inzibati məsuliyyət daşımır. Azərbaycan Respublikası İXM-nin 53.1.1 və 53.1.2-ci maddələrinin məzmununa görə inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda (bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması) qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi istisna olunduğından xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında X9 Xidmətinin Lənkəran-Astara Regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X7 barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 8, 53, 128-137-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: X2 şikayəti təmin edilsin. X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə inzbati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin rəisi X6 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-1052/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1052/2023
15.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver