Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-1054/2024 03.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlu, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X1 tərəfindən verilmiş şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri Lənkəran Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirib, müəyyən etdim: X1 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında baxılma müddətinin bərpa edilməsi ilə bağlı Şirvan Apellyasiya məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(106)-494/2024 nömrəli qərardadının ləğv edilməsi və inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün buraxılmış müddətin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, şikayətçi X1 şikayət ərizəsində Şirvan Apellyasiya məhkəməsinin xx.xx.2024cü il tarixli 3(106)-494/2024 nömrəli qərardanın ləğv edilməsi və inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Lakin nəzərə alınmalıdır ki, buraxılmış prosessual müddətin bərpa edilməsindən imtina olunması barədə faktiki olaraq yuxarı instansiya məhkəməsinin qüvvədə olan qərarı mövcuddur və birinci instansiya məhkəməsi olaraq Lənkəran Rayon Məhkəməsi tərəfindən həmin məsələyə yenidən baxılması, habelə, qeyd olunan qərarın mübahisələndirilməsi və ya ləğv edilməsi səlahiyyəti yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinin məzmununa görə inzibati xəta haqqında iş üzrə hakimin qərarından şikayət və ya protest apellyasiya instansiyası məhkəməsinə verilir. Qeyd olunan hüquq normasının məzmunundan göründüyü kimi, qanunvericilikdə birinci instansiya məhkəməsinin inzibati tənbeh vermə haqqında qərarından şikayətin apellyasiya instansiyası məhkəməsinə verilməsi nəzərdə tutulduğu halda, X1 apellyasiya instansiyası məhkəməsinin qərarından birinci instansiya məhkəməsinə şikayət vermişdir. Eyni zamanda, hazırki müraciətin (şikayət) inzibati tənbeh vermə haqqında qərardan şikayət, yaxud buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatət olduğu həmin müraciətin məzmunundan müəyyən edilmir. Hazırki işdə olan ərizənin məzmunundan isə görünür ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(049)-812/2024 saylı qərarından X1 tərəfindən Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilmiş, lakin apellyasiya instansiyası məhkəməsi xx.xx.2024-cü il tarixli 3(106)-494/2024 nömrəli qərardadı ilə şikayəti təmin etməyərək qərarı qüvvədə saxlamışdir. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(106)-494/2024 nömrəli qərardadından şikayət və protest verilməsi nəzərdə tutulmadığından həmin qərardad elan edildiyi andan qüvvəyə minmiş, bununla da, yekun nəticədə buraxılmış prosessual müddətin bərpası barədə vəsatət təmin edilməmişdir. Rauf Nəsirov hazırki şikayət ərizəsində Şirvan Apellyasiya Məhkəməsinin qərardanının ləğv edilməsi və şikayət verilməsi müddətinin bərpa edilməsini xahiş etməklə qeyri-müəyyənliyə yol vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Göründüyü kimi, şikayət ərizəsinin məzmunu və ərizəçinin tələbi aydın olmadığından, ümumilikdə isə, ərizə inzibati xətalar haqqında qanunvericiliyin tələblərinə cavab vermədiyindən şikayət ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul olunmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 128-129-cu maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldım: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X1 tərəfindən verilmiş şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №3(049)-1054/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-1054/2024
03.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver