Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1055/2024 02.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Lənkəran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 və tələbkar X2 iştirakları ilə, xx xxxxxxxx 1985-ci ildə Lənkəran rayonunda doğulmuş, Lənkəran rayonu, Təngivan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 tərtib etdiyi xx.xx.2024cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-1091/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs xeyrinə iki uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində 320 manat aliment ödənilməlidir. Hazırda borclunun tələbkara ümumilikdə 1.620 manat məbləğində ödənilməmiş aliment borcu qalmışdır. X1 icra sənədinin icrasını təmin etməmişdir. Onun barəsində Azərbaycan Rspublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 məhkəmə iclasında iştirak edərək, protokolun məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, icra sənədi şöbənin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş tərtib edilərək, borcluya təqdim edilmişdir. Hazırki iş üzrə tərəfindən inzibati xəta haqqında protokol tərtib edildikdən sonra borclu Şəxs tərəfindən tələbkara aliment borcundan 400 manat məbləğində vəsait ödənilmişdir. Borclu tələbkara olan aliment borcunu 2024-cü ilin sonunadək tam şəkildə ödəyəcəyi barədə sonuncu ilə razılığa gəlmişdir. Tələbkar Zərərçəkmiş şəxs bu barədə onun mobil nömrəsinə Vhatsapp ani mesajlaşma sistemi vasitəsilə ərizə göndərmiş və bu barədə ona telefon danışığında bildirmişdir. Tələbkar Zərərçəkmiş şəxs ərizəsini sübut kimi məhkəməyə təqdim edir. Qeyd edilən səbəblərdən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs dindirilərkən izahatında göstərdi ki, Lənkəran Rayon Məhkəməsinin müvafiq icra sənədinə əsasən onun tələbkar Zərərçəkmiş şəxs aliment öhdəliyi üzrə qalan 1620 manat borcundan barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra 400 manat vəsait ödəmişdir. Hazırda tələbkarla razılığa gəlmişdir ki, ona olan aliment borcunu 2024-cü ilin sonunadək tam şəkildə ödəyəcək. Barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. İş materialına əlavə edilmiş (icra məmuru tərəfindən məhkəməyə təqdim edilmiş) tələbkar Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsində qeyd edilmişdir ki, Şəxs ona olan aliment borcundan xx.xx.2024-cü il tarixdə 400 manat ödəmişdir. Bu ilin sonunadək aliment borcunu tam ödəyəcəyini söz verdiyinə görə ondan şikayəti yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dispozisiyasına əsasən icra sənədini üzrsüz səbəbdən icra etməmə inzibati məsuliyyət yaradır. Azərbaycan Respublikası İXM-nin 105-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasn inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-ci maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin həmin məcəllənin 528-ci maddəsinin qeyd hissəsinə əsasən, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Beləliklə hazırkı iş üzrə borclunun icra sənədini üzürsüz səbəbdən icra etməməsi öz təsdiqini tapmadığından iş üzrə icraata xitam verilməlidir Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-1055/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1055/2024
02.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver