Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1056/2024 02.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Hüseynov Ruslan Şahvələd oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, X7 nömrəsiz evdə faktiki yaşayan Şəxs barəsində Lənkəran Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq və İXM-nin 40, 43, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin 2(049)-1109/2021 nömrəli, xx.xx.2021-ci il tarixli və Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1311/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Çinar Abbaszadə bildirdi ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1109/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2014cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay hər uşaq üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Həmin icra sənədi üzrə xx.xx.2021-ci il tarixdə icraata başlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1311/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay hər uşaq üçün 125 manat, cəmi 250 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Həmin icra sənədi üzrə xx.xx.2022-ci il tarixdə icra sənədi üzrə icraata başlanılmışdır. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(049)-972/2023 nömrəli qərarı ilə Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 20 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Daha sonra borclunun yerini müəyyən etmək mümkün olmadığından xx.xx.2023-cü il tarixdə borclunun barəsində axtarış elan edilmiş, borclu xx.xx.2024-cü il tarixdə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə təhvil verilmişdir. Hazırki dövrədək borclu ümumilikdə 2050 manat ödəniş etmiş, borclunun icra sənədləri üzrə aliment borcu 7450 manat təşkil edir. Zərər çəkmiş Zərərçəkmiş şəxs aliment ödənilmədiyi üçün barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs narazıdır. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs dəfələrlə xəbərdarlıq edilsə də, o, müxtəlif bəhanələr gətirməklə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və icra sənədlərini üzrsüz səbəbdən icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirdi ki, hal-hazırda işsizdir. Maddi vəziyyəti pis olduğundan aliment ödəyə bilmir. Tələb üzrə hazırki vaxtadək ümumilikdə 2050 manat ödəniş etmişdir. O, xx.xx.2024-cü il tarixdə Binə qəsəbəsi ərazisində polis əməkdaşları tərəfindən saxlanılaraq Lənkəran ŞRPŞ-yə gətirilərək orada saxlanılmışdır. xx.xx.2024-cü il tarixdə icra qurumuna təhvil verilmişdir. İcra sənədi üzrə 7450 manat məbləğində aliment borcu ilə razı deyil. Aliment məbləğinin artırılması ilə bağlı məhkəmə qətnaməsi ilə razılaşmır. Lakin həmin qərardan kassasiya şikayəti verməmişdir. Barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Lənkəran Rayon Məhkəməsinin 2(049)-1109/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay hər uşaq üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1311/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə müəyyən olunan 100 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 125 manat olmaqla cəmi 250 manat müəyyən edilməlidir. İcraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1109/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən icraata başlanılmışdır. İcraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1311/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən icraata başlanılmışdır. Müvafiq icra sənədləri üzrə tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, icraata başlamaq haqqında qərarların surəti Şəxs göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Mərkəzləşdirilmiş informasiya sistemindən çıxarışdan görünür ki, Şəxs heç bir növ əmək pensiyası və sosial müavinət almır. Lənkəran Rayon Məhkəməsinin 3(049)-526/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528-ci maddəsi ilə başlanmış icraata xitam verilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(049)-972/2023 nömrəli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 20 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Borclunun axtarılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs oğlu tərəfindən ona istinad olunan inzibati xətanın törədilməsi onun izahatı, icra məmurunun izahatı, «inzibati xəta haqqında» protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməmiş, məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etməmiş və bununla da o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə iclası zamanı Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli «02» dekabr 2024-cü il tarixdən saat 18:00-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №3(049)-1056/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1056/2024
02.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver