Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1059/2024 12.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Lənkəran şəhər-rayon polis şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə saat 14:40-da (radələrində) «LADA VAZ 21074» markalı, ** ** *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili Lənkəran şəhərində narkotik sərxoşluğu vəziyyətində idarə etdiyinə görə onun barəsində İXM-nin 333.1-1-ci maddəsi ilə İXP ******* №-li xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş materiallarındakı Lənkəran ŞRPŞ-nin DYPB-nin YPX-nin inspektoru polis baş serjantı **** tarixdə tərtib etdiyi raportdan görünür ki, «LADA VAZ 21074 » markalı, ** CX *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edən şəxs Şəxs təhlükəsizlik kəməri taxmamış və ona görə də, saxlanılmışdır. X2 Patrul Xidmətinin patrul avtomaşınından düşüb, Şəxs özünü təqdim edərək onun qayda pozuntusunu bildirmiş və müvafiq sənədləri istəmişdir. Həmin vaxt Şəxs özünü həyəcanlı aparması şüphə doğurduğundan həkim müayinəsinə dəvət olunmuş və analiz götürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 001036 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, müayinə zamanı şəxs qanında analizə əsasən kannabinoid pozitiv çıxmış, marixuana-həşiş aşkar olunmuşdur. Şəxs hadisədən sonra Lənkəran ŞRPŞ-da izahat verərək narkotik vasitələrin təsiri altında avtomobil idarə etdiyini təsdiq etmiş və gələcəkdə bu hallara yol verməyəcəyini bildirmişdir. İş məhkəmə icraatına daxil olduqdan sonra məlum olmuşdur ki, Şəxs xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Belə ki, Təcili və Təxirə salınmaz X1 xəbərdarlıq vərəqəsindən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindəki verilmiş sorğudan çıxarışda da görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Məhkəmə iclasına Lənkəran ŞRPŞ-in əməkdaşları dəvət olunsa da iclasa gəlməmiş, gəlməmələrinin səbələri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-1ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №3(049)-1059/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1059/2024
12.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver