Məhkəmə qərarları › İş №3(049)-1060/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1060/2024

04.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1060/2024 04.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X6 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 iştirakı ilə, xx xxxxx 1987-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cavabdeh Şəxs iki icra işi ilə əlaqədar ümumilikdə 3346.50 manat pulun alınaraq təyinatı üzrə ödənilməsinə dair X4 Xidmətinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli icra sənədi və Lənkəran Notariat Ofisinin 8İ-17017 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə 03 dekabr 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, vətən müharibəsi iştirakçısıdır, lakin hazırda müharibə iştirakçısı olmaqla bağlı sənədləri yoxdur. Müharibədən qabaq aşbaz işləmişdir, lakin hazırda səhəti ilə əlaqədar işsizdir. Hazırda günəmuzd olaraq aşbazlıq edir və aylıq təxminən 50-60 manat qazanc əldə edir. Səhəti ilə əlaqədar Sumqayıt şəhərində müalicə aldığı üçün icra məmurunun çağırışlarına gələ bilməmiş və bu səbəbdən barəsində axtarış qərarı çıxarılmışdır. Lakin həmin qərardan sonra intizama riayət edərək bütün çağırışlara getmişdir. Borcu qaytarmaqdan imtina etmir və artıq bir icra vərəqi üzrə ödəniş etmişdir. Barəsində inzibati xəta haqqında işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Lənkəran Rayon İcra Şöbəsinin böyük icra məmuru Gündüz Mehdiyev bildirmişdir ki, verilmiş hər iki icra sənədi üzrə borclunun ümumilikdə 3346.50 manat borcu olmuş və 16 noyabr 2024-cü il tarixdə icra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında qərar qəbul olunmuşdur. Əvvəllər tabesizlik göstərdiyi üçün barəsində axtariş elan olunmuş, iltizam alındıqdan sonra isə çağırışlara müntəzəm gəlmişdir. Materiallar məhkəməyə verildikdən sonra borclu bir icra sənədi üzrə borcu ödəmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib olunan şəxs barəsində çıxarılacaq qərarı məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tələbkar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş: Lənkəran rayon 1 Saylı Notariat Ofisinin icra Qeydindən görünür ki, 051-119517-01 saylı müqaviləyə əsasən 25 manat dövlət rüsumu olmaqla cəmi 346,50 manat pulun Şəxs tutularaq tələbkar M Bulak BOKT MMC-yə ödənilməsi qət edilmişdir. X3 xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Şəxs İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 3000 manat məbləğində inzibat qaydada cərimə edilmişdir. İcraata başlama haqqında xx.xx.2024-cü il və xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, hər iki icra sənədi üzrə icraata başlanılmış, daha sonra hər iki icra sənədi 16 noyabr 2024-cü il tarixdə ümumi icraata birləşdirilmişdir. Tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, icra sənədləri üzrə icraata başlama haqqında qərarların surətləri Şəxs göndərilmiş, icra sənədlərinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Borclunun axtarışı haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarxdə borclu Şəxs barəsində axtarış elan edilərək, qərar icra edilməsi üçün Lənkəran ŞRPŞ-yə göndərilmişdir. Elektron hökumət portalından Çıxarışdan və izahatından görünür ki, Şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsindən heç bir növ əmək pensiyası və sosial müavinət almır. Ödəniş qəbzlərindən görünür ki, 274.50 manat və 25.40 manat məbləğində vəsait xx.xx.2024-cü il tarixdə Şəxs tərəfindən M Bulak BOKT MMC-nin hesabına ödənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 528.1-ci maddəsinin dispozisiyasına görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi – bu maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Göründüyü kimi, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin baş verməsi üçün borclunun icra məmurunun tələbini üzrsüz səbəbdən icra etməməlidir. Lakin hazırki işin hallarından görünür ki, Şəxs 1 Saylı Notariat Ofisinin icra Qeydi üzrə 300 manat ödəniş etməklə həmin icra sənədi üzrə borcunu icra etmişdir. Hazırda onun yalnız digər icra sənədi üzrə borcu qalıb ki, borclu həmin borcu ödəməkdən imtina etmir və yaxında ödəyəcəyini bildirir. Bu hal da onu deməyə əsas verir ki, Şəxs əməlində hər hansı üzrsüz səbəb mövcud deyil, nəticə olaraq onun əməlində İXM-nin 528.1-ci maddəsinin tərkibi mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin normaların tələbləri baxımdan məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında protokolda göstərilən hal üzrə inzibati xəta tərkibi mövcud deyildir. İXM-nin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırki inzibati xəta haqqında protokolun tərtib edildiyi hal üzrə əməlində inzibati xəta tərkibi mövcud olmadığından Şəxs barəsində İXMnin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxsnın barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakimi Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar