Məhkəmə qərarları › İş №3(049)-1061/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1061/2023

02.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1061/2023 02.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X6, inzibati xəta haqqında protokolu tərtib edən şəxs: Lənkəran Şəhər Rayon Polis Şöbəsinin sahə rəisi, polis kapitanı X9, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X4 iştirakları ilə, xx xxxxxxxx 1958-ci il tarixdə Lənkəran rayonu, Viravul kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi olaraq taksi fəaliyyəti ilə məşğul olan, Lənkəran rayonu, Viravul kəndində qeydiyyatda olmaqla yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər Rayon Polis Şöbəsinin sahə rəisi, polis kapitanı X9 tərəfindən tərtib 02 may 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. 02 may 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və əlavə edimiş sənədlərdən görünür ki, Şəxs 17 yanvar 2023-cü il tarixdə 20.40 radələrində Lənkəran rayonu, Viravul kəndində saxlanılaraq Lənkəran Şəhər Rayon Polis Şöbəsinə gətirilmiş və üzərindən 3.026 qram narkotik vasitə olan marixuana aşkar edilmişdir. Bununla da, Şəxs barəsində İXM-nin 206-cı (qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Lənkəran Şəhər Rayon Polis Şöbəsinin sahə rəisi, polis kapitanı X9 bildirdi ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edir. Şəxs xx.xx.2023-cü il tarixdə 20.40 radələrində Lənkəran rayonu, Viravul kəndində saxlanılaraq Lənkəran Şəhər Rayon Polis şöbəsinə gətirilmiş və üzərindən 3.026 qram narkotik vasitə olan marixuana aşkar edilmişdir. Göstərilənlərə əsasən Şəxs barəsində İXM-nin 206-cı maddələrində nəzərdə tutulmuş sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, heç vaxt narkotik vasutələrdən istifadə etməmişdir. Taksi fəaliyyəti ilə məşğul olu. Onun müştəriləri fərqli insanlar olur, adını bilmədiyi şəxsdən bir kibrit qutusu onun avtomobilinə düşmüş və o, həmin kibrit qutusunu cibində saxlayıb qaytarmaq istəmişdir. Kibrit qutusunun içərisində marixuana olduğunu bilmiş və cibində saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Lənkəran rayonu, Viravul kəndində polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş və orada üzərinə müdafiəçinin iştirakı ilə baxış zamanı marixuana aşkar ediımişdir. Hazırda əməlindən peşmandır. Kibrit qutusunun polisə təhvil vermək istəmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində yüngül inzibati təhbeh tədbiri təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını, əməlini səmimi olaraq etiraf etməsini nəzərə alaraq barəsində yüngül inzibati təhbeh tədbiri təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, proses iştirakçılarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış 26 noyabr 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan məlum olur ki, xx.xx.2023 -ci il tarixdə Lənkəran ŞRPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis mayoru Faiq Baxşıyev raportla ŞRPŞ-nin rəisinə məruzə edərək, Lənkəran rayonu Zravul kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs narkotik /asitələr qəbul etməsi və üzərində gəzdirməsi barədə daxil olmuş məlumatın yoxlanılması üçün Səid Əmirovun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilməsini xahiş etmişdir. xx.xx.2023 -ci il tarixdə saat 20:40 də ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı X1, ŞRPŞnin CAB-nin əməliyyat müvəkkili, polis mayoru X8 və ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı X12 tərəfindən Dadaşov X10 rayonu Viravul kəndində saxlanılmış, onun üzərinə şəxsi axtarış keçirilməsi üçün Lənkəran ŞRPŞ-nə gətirilmişdir. xx.xx.2023 -ci il tarixdə saat 20:40 -da xx.xx.1958 -cü ildə Lənkəran şəhərində anadan olmuş, azərbaycanlı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu Viravul kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs üzərində narkotik vasitələr saxlamasında və gəzdirməsində şübhəli olduğu üçün tərəfimdən şübhəli şəxs qismində tutulmuşdur. Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı X1, ŞRPŞnin CAB-nin əməliyyat müvəkkili, polis mayoru X8 və ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı X12 və Lənkəran rayon Vəkil Bürosunun vəkili X3 və videoçəkiliş vasitəsilə Şəxs üzərinə şəxsi axtarış zamanı onun üzərindən 1 ədəd kibrit qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Şəxs aşkar olunan kütlələrin narkotik vasitələrə aid olub-olmaması və çəkisi barədə rəy verilməsi üçün xx.xx.2023-ci il tarixdə Məhkəmə Ekspertizaları Mərkəzinin X7 göndərilmiş, həmin mərkəzin xx.xx.2023 -ci il tarixli 19/72 saylı ekspert rəyində göstərilmişdir ki, Şəxs götürülmüş 1 ədəd kibrit qutusunda təmiz çəkisi -3,026 qram ümumi təmiz çəkisi -3,026 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar, xarici görünüşünə və bioloji tərkiblərinə görə bir-birləri ilə eynidirlər. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik maddələrin miqdarına, habelə onların küllü miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası qanununa əsasən -3,026 qram qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq olmadığı üşün Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olmadığı müəyyən edildiyindən o, tutulmadan azad edilməklə şübhəli şəxs qismində statusuna xitam verilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış X2 bazasının məlumatlarından görünür ki, Şəxs heç bir növ pensiya və müavinət almır. İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iş materiallarını nəzərdən keçirdib tərəfləri dinləyərək belə qənaətə gəlir ki, Şəxs üzərində qanunsuz olaraq istehlak miqdarında satış məqsədi olmadan narkotik vasitə marixuana daşımışdır. Bu hal barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etirafedici izahatı ilə yanaşı, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar və digər sənədlərlə tam sübuta yetirilir. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 32-ci maddəsinə əsasən Şəxs əməlindən səmimi peşman olmasını, əməlini etiraf etməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını, habelə yaşını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qanuni və əsaslı olmaqla inzibati tənbehin məqsədini təmin edir. Şərh olunanlara əsasən və İXM-nin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar