Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1061/2024 28.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi iştirakı ilə, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.8 maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lənkəran ŞRPŞ-nin hərəkətin təşkili üzrə inspektoru polis leytinantı X1 tərəfindən xx.xx.2024-cü il tarixdə, səhər saatlarında Lənkəran şəhəri, Ş.Xiyabani küçəsində baş vermiş yol-nəqliyat hadisəsi ilə əladədar X3 barəsində 19 noyabr 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Lənkəran şəhər-rayon polis şöbəsinin TB-nin təhqiqatçısı 27 noyabr 2024-cü tarixli qərarı ilə X2 əməlində Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə (cinayət tərkibi olmadığından) əsasən rədd edilmiş, həmin qərarla barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 327.8 maddələri ilə olan inzibati tənbeh tədbirinin görülməsindən ötrü qərar aidiyyəti üzrə Lənkəran ŞRPŞnin DYPB-nə göndərilmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan X3 məhkəmənin xx.xx.2024-cü il tarixə tətyin olunmuş məhkəmə iclasında ərizə təqdim edərək göstərmişdir ki, Lənkəran şəhərrayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis baş leytinantı Orucəli Mürşüdzadənin HK-1-3386 saylı material üzrə cinayət işinin rədd edilməsi haqqında 27 noyabr 2024-cü il tarixli qərarından nəzarət qaydasında məhkəməyə şikayət verdiyini və həmin şikayət məhkəmənin digər hakimi Nicat Ağabəyovun icraatında olmaqla şikayətə baxılması 19 dekabr 2024-cü il tarixə saat 09:45-ə təyin edilmişdir. Odur ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 327.8 maddələri ilə təqsirli bilinməyi barədə 3(049)-1061/2024 saylı inzibati material üzrə işin icraatının Lənkəran rayon məhkəməsinin icraatında olan 6(049)-20/2024 saylı işə yekun nəticə verilənədək dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış protokolu tərtib edən Lənkəran ŞRPŞ-si və barəsində protokol tərtib edilmiş X3 məhkəmə iclasına gəlməmişlər. İnzibati xəta haqqında iş üzrə icraat materiallarında olan: «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın surəti Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8 maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması məsələsinə baxılması üçün Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X6 bölməsinə göndərilmişdir. “AZEMİS” elektron məhkəmə sistemindən əldə edilmiş 6(049)-20/2024 saylı iş üzrə məhkəmə qərarından çıxarışdan görünür ki, barəsində inzibati iş üzrə icraat aparılan X2 şikayəti təmin edilmiş və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis baş leytnantı Orucəli Mürşüdzadənin HK-1-3386 saylı material üzrə cinayət işinin rədd edilməsi haqqında 27 noyabr 2024-cü il tarixli qərarı ləğv edilmişdir. Məhkəmə materialı tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilməmişdir. Belə ki, 3(049)-1061/2024 saylı inzibati material üzrə X2 əməlində inzibati xəta tərkibi olması təsdiq edilsə belə, lakin bunun üçün əsas olmuş polis baş leytinantı Orucəli Mürşüdzadənin HK-1-3386 saylı material üzrə cinayət işinin rədd edilməsi haqqında 27 noyabr 2024-cü il tarixli qərarı ləğv edilməklə material Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə göndərilmiş və yekun nəticə verilmədiyindən, yəni Sabir Tağıyevin təqsiri sübuta yetirilmədiyindən onun barəsində İXM-nin 327.8 maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmin məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi, inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri və.s sübut edilməli olan hallardır. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-cı maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Sadalananları nəzərə alaraq və hazırkı iş üzrə X2 əməlində İXM-nin 327.8 maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud olmadığından barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və İXM-nin 12.1, 53.1.2, 75, 105.1, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8 maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №3(049)-1061/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1061/2024
28.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver