Məhkəmə qərarları › İş №3(049)-1062/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1062/2023

02.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1062/2023 02.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə və müdafiəçi Lənkəran rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxx 2006-cı ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Lənkəran rayonu, Separadi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.4 və 327.6-cı maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə sürücülük hüququ və etibarnaməsi olmadan “Chevrolet” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Lənkəran şəhəri, Ə. Məmmədov küçəsində hərəkətdə olarkən X1 məxsus olan “Hyundai” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomaşını vuraraq onun avtomaşınına 750 manat dəyərində ziyan vurmuşdur. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin tələblərini pozmuşdur. Şəxs barəsində polis leytenantı X4 tərəfindən xx.xx.2023-cü il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(049)-848 saylı və xx.xx.2023-cü il tarixli, 3(049)-935 saylı qərardadları ilə bir sıra nöqsanların aradan qaldırılması məqsədi ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə qaytarılmışdır. Şəxs barəsində xx.xx.2023-cü il tarixdə yuxarıda qeyd edilmiş nöqsanlar aradan qaldırılmaqla polis leytenantı X4 tərəfindən yenidən məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə və müdafiəçi Lənkəran rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə dindirilmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 17 mart 2023-cü il tarixdə saat 16:00 radələrində sürücülük hüququ və etibarnaməsi olmadan babası X3 məxsus “Chevrolet” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomaşını Lənkəran şəhəri, Ə. Məmmədov küçəsi istiqamətində idarə etmişdir. Həmin vaxt yolun sağ kənarında dayanmış “Hyundai” markalı, **-DH-*** markalı, dövlət qeydiyyat nişanlı avtomobilin onunidarə etdiyi avtomobilin sağ qanad hissəsi “Hyundai” markalı avtomobilin sol qanad hissəsinə dəymişdir. O, sürücülük vəsiqəsi olmadığından və qorxduğundan hadisə yerindən uzaqlaşmışdır. Hadisədən bir qədər sonra polis əməkdaşları onu saxlayıb Polis şöbəsinə aparmışlar. Əməlindən peşman olduğunu, məhkəmədən bir daha belə hərəkətlərə yol verməyəcəyini nəzərə alaraq ona cərimə cəzasının təyin olunmasını xahiş etdi. İş materiallarında olan Lənkəran şəhərində fəaliyyət göstərən "xxxx" MMC tərəfindən verilmiş aktdan görünür ki, X1 məxsus olan “Hyundai CRETA” markalı, **-DH-*** dövlət nömrə nişanlı avtomaşına 750 (yeddi yüz əlli) manat məbləğində ziyan dəymişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri özünün səmimi etirafı ilə yanaşı iş üzrə tərtib olunmuş İXP ******* nömrəli inzibati xəta haqqında protokol, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-altmış manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsində göstərilir ki, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyası həddində müəyyən məbləğdə cərimə təyin edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 357, 360, 362-365, 425, 430-432, 451-ci maddələrini rəhbər tutaraq, qərar verdim:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.6 və 332.4-cü maddələri ilə təqsirli bilinsin.

2. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək o, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin.

3. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın.

4. “Hyundai” markalı, **-DH-*** markalı avtomobilin mülkiyyətçisi X1 ona dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququnun olması izah edilsin.

4. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.

Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar