Məhkəmə qərarları › İş №3(049)-1062/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1062/2024

04.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1062/2024 04.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X4 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, Lənkəran ŞRPŞ-nin İTB-nin polis sahə rəisi X2, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxx 1947-ci il tarixdə BiləsuvarLənkəran rayonu Lüvəsər kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Ali təhsilli, pensiyaçı, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2024-cü il tarixdə saat 17.30 radələrində Zərərçəkmiş şəxs ilə Şəxs arasında torpaq sahəsi üstündə mübahisə zamanı sonuncu Zərərçəkmiş şəxs odun parçası ataraq onun sol diz nahiyyəsinə xəsarət yetirdiyinə görə barəsində İXM-nin 157-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən Lənkəraqn ŞRPŞ-nin İTB-nin sahə rəisi X2 protokolda yazılanlara uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, o, özümü təqsirli bilmir. Son dövrlər Zərərçəkmiş şəxs ilə sözləri çəp gəlmiş, evinin 3 tərəfin ustalar suvaq vurmuş, o biri tərəfə vuranda Əliisa suvaq vurmanı dayandıraraq ustalara demişdir ki, hünərləri varsa keçib suvaq vursunlar. Bundan əlavə Əliisa onun evin arxasına odun yığmışdır. O, odunları divardan uzaqlaşdıran zaman odun səhvən onun dizinə çırpılmışdır. Məhkəmədən xahiş odur ki, onlar arasında barışıqa nail olsun. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, aralarında baş vermiş hadisəyə qədər Xudaşirinlə araları yaxşı olmuşdur. 08 oktyabr 2024-cü il tarixdə keçiləri üçün düzəltdiyi yeri Xudaşirin dağıtma başlamışdır. Buna görə də onun üstünə su atmışdır ki, sakitləşsin. Lakin Xudaşirin onun üstünə əvvəl daş, daha sonra isə kötük atmış, həmin kötük onun dizinə dəymişdir. Həmin hadisəni qonşu qadın və arvadı görmüşlər. O, Xudaşirinlə barışmamış, onun cərimə olunmasını istəyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs arvadı X1 və qonşusu X3 da Zərərçəkmiş şəxs izahatına uyğun izahat vermişlər. İnzibati xəta haqqında iş üzrə icraat materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı, Eynulla Məmmədovun xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması Şəxs əməlində cinayət tərkibinin olması müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində İXMnin 157-ci maddəsi ilə tədbir görülməsi üçün Lənkəran ŞRPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Lənkəran ŞRPŞ-nin arayışından görünür ki, Şəxs barəsində Lənkəran ŞRPŞ-nin növbətçi hissəsində olan kartotekasında son bir il ərzində heç bir məlumat qeydiyyata alınmamışdır. İXM-nin 157-ci maddəsinin dispozisiyasına görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Qeyd olunan hüquq normasının məzmunundan görünür ki, İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin obyektiv cəhəti təkcə zərərçəkmiş şəxsin döyülməsini deyil, zorakı həkətlərlə zərərçəkmiş şəxsə qəsdən fiziki ağrı yetirmədə də ifadə olunur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətaları törətməsində təqsiri xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı, zərərçəkmiş şəxs və şahidlərin izahatları, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. Məhkəmə Mustafa Fərziyev barəsində tətbiq ediləcək tənbehlə əlaqədar aşağıdakıları qeyd edir: İXM-nin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini, pensiyaçı olmasını onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 157-ci maddəsinin sanksiyasında üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tənbeh tədbiri nəzərdə tutulmuşdur. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xəta törədənin təqsirinin dərəcəsini, onun məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını, həmçinin əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar