Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1063/2023 31.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X6, qərardan şikayət verən şəxs: X5, qərarından şikayət verilən şəxs: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X8 iştirakı ilə, X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X9 17 aprel 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X9 17 aprel 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, iş üzrəı icraata xitam verilməsini və qərarı qəbul etmiş X14 barəsində təqdimat göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında X5 şikayətini onunla əsaslandırmışdır ki, Lənkəran rayon X7 10 may 1988-ci il tarixli 10 saylı qərarı ilə Lənkəran şəhərində ona və digər ailə üzvləri olmuş bacıları X4 və X1 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi üzərində onlara məxsus olan fərdi yaşayış evi tikməklə ailə üzvləri ilə birlikdə orada yaşayıram bacıları ailə həyatı quraraq ər evinə köçmüşlər. Həmin həyətyanı torpaq sahəsində qonşu tərəfindən bir ədəd palma cinsindən olan ağac əkildiyindən və həmin palma ağacı onun mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşməklə mülkiyyətçi kimi torpağından istifadə etməyə maneə törətdiyi üçün dəfələrlə qonşudan həmin ağacın çıxarılmasını xahiş etsə də onu etmədiyindən o, mülkiyyətində olan torpaq sahəsində yerləşən həmin palma ağacını kökündən çıxarıb qonuşunun harada deyərsə orada da əkmək üçün onun gəlməsini gözləmişdir. Həmin ağacın yerləşdiyi yerdə isə mülkiyyətində olan torpaq sahəsinin hasarı keçdiyindən orada hasar çəkmişdir. Daha sonra həmin palma ağacının yanmamasından ötrü ağacı yenidən əkdim və ona hər gün su verməklə inkişafının təmin olunmasından ötrü ona qulluq etmişdir. 04 aprel 2023-cü il tarixdə 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müfəttişi Vasif Səfərov həmin həyətə gələrək guya mülkiyyətimdə deyil bələdiyyə mülkiyyətində olan bir ədəd palma ağacını kəsdiyini və buna görə ona protokol yazacağını bildirdi. O, buna etiraz edərək palma ağacı deyil palma ağacını öz xüsusi mülkiyyətimdə olmaqla həyətyanı torpaq sahəsindən kökündən çıxarıb başqa yerdə əkdiyini və palma ağacının isə ümumiyyətlə orada olmadığını palma ağacı barədə heç bir məlumatım olmadığını bildirmişdir. Vasif də “problem yoxdur həll olan məsələdi” deyib həyətdən çıxıb getmişdir. Bir neçə gündən sonra poçt vasitəsi ilə ona qərar göndərilərək guya onun tərəfimdən 19 sm diametrli palma ağacının bələdiyyə mülkiyyətində olan torpaq sahəsində palma cinsindən olan bir ədəd ağacın kökündən kəsilməklə inkişafdan tam dayandırılması və həmin qanunsuz hərəkətləri ilə bağlı olaraq idarənin rəis əvəzi Şakir Quliyev tərəfindən 17 aprel 2023-cü il tarixli MN ******* saylı inzibati trənbeh vermə haqqında qərar qəbul edilməklə barəsində 2200 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilmişdir. O, həmin ağacı kökündən çıxararaq bir neçə saatlıq yerdə saxlamışdır ki, bəlkə həmin ağacın sahibi olan qonşusu həmin ağacı aparıb əksin. Lakin qonşusu həmin ağacın ardınca gəlmədiyi üçün həmin ağacı yenidən əkmişdir. Hazırda da həmin ağac yaşıl vəziyyətdədir və hər gün həmin ağaca qulluq edir. Həmin ağaca su verir. Həmin cərimə qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 Taleh Mirzəhəsən oğlunun fiziki şəxs kimi cərimə edildiyini bildirmişdir. Həmçinin onlara verilən sənədə əsasən həmin ərazi bələdiyyə mülkiyyətindədir. Əgər həmin torpaq sahəsi X3 mülkiyyətindədirsə qərarın ləğv edilməsinə etiraz etmir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış inzibati xəta haqqında 17 aprel 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X5 fiziki şəxs kimi 2200 manat məbləğində cərimə olunması barədə qərar qəbul edilmişdir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış Lənkəran bələdiyyəsi tərəfindən verilmiş 03 aprel 2023-cü il tarixli arayışdan görünür ki, Amin Əsgərov küçəsi, ev nömrə 5 ünvanının qarşısında çıxarılmış 19 sm Palma cinsli ağacın yerləşdiyi ərazi Lənkəran bələdiyyəsinin mülkiyyətindədir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Palma ağacının çıxarıldığı yer JN-1452A nömrəli Şəhadətnamə əsasında X3 mülkiyyətindədir. Məhkəmə iclasında araşdırılmış video və foto çəkilişlərdən görünür ki, palma cinsli ağac məhv edilməmiş, X5 tərəfindən əkilmiş və ona qulluq olunmuşdur. Ağac yaşıl vəziyyətdədir və inkişafdan dayanmamışdır. Məhkəmə, şikayəti nəzərdən keçirib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X9 17 aprel 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin göndərilməlidir. Belə ki, X5 barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən həmin ərazinin kimin mülkiyyətində olması müəyyənləşdirilməmişdir. X3 təqdim etdiyi sənəd isə daha mötəbər sübut hesab edilərək həmin torpağın X3 mülkiyyətində olmasını özündə göstərir. Belə olan halda X3 barəsində cərimə tətbiq edilməsi əsassızdır. Həmçinin həmin torpaq sahəsi bələdiyyənin mülkiyyətində olduğu halda X5 İXM-nin 253.3.1-ci maddə qərar qəbul edilməsi də əsassızdır. Belə ki, həmin maddənin məzmunundan görünür ki, şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə inzibati xəta tərkibi yaranır. X3 qeyd edilən ağacı çıxatdığı ərazi bələdiyyə mülkiyyətinə düşürdüsə bu zaman o, İXM-nin 253.4-cü maddəsi ilə inzibati məsuliyyətə verilməli idi ki, həmin maddənin dispozisyasında-Meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin zədələnməsinə görə - fiziki şəxslər yüz manat miqdarında, vəzifəli şəxslər iki yüz manat miqdarında, hüquqi şəxslər min manat miqdarında cərimə edilir- göstərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəra qəbul edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X9 17 aprel 2023-cü il tarixli MN № ******* inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X9 17 aprel 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-1063/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1063/2023
31.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver