Məhkəmə qərarları › İş №3(049)-1067/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1067/2023

14.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1067/2023 14.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1999-cu il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Lənkəran rayonu Sütəmurdov kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 329.1 və 333.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 09:10 radələrində Ford Transıt yük markalı **-AD- *** dövlət qeydiyyat nişanlı avtomobili Lənkəran şəhərində alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyinə görə onun barəsində İXM-nin 329.1 və 333.1-ci maddələri ilə İXP ******* №-li xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə aid olmadığından tərtib edilmiş inzibati xəta haqqında protokola həmin hissədə qiymət verilməsini istisna edir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs bildirmişdir ki, o özünü İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilmir. Belə ki, o 29 aprel 2023-cü il tarixdə heç bir spirtli içki qəbul etməmişdir. Yol partul xidməti əməkdaşları onu saxlamış, onun sərxoş olub-olmamasını alkotesterlə yoxlamışlar. Alkotesterin nəticələrinə əsasən sərxoş halda idarə etdiyi aşkar edilmişdir. Polis şöbəsində heç bir spirtli içki qəbul etmədiyini bildirsə də onlar buna inanmamış, onu narkoloji müayinəyə aparmamışlar. O da məcbur olub izahatında bir daha sərxoş halda avtomobil idarə etməyəcəyini polis əməkdaşlarına bildirmişdir. Polis şöbəsində çıxdıqdan sonra narkoloji müayinə edilməsi üçün Lənkəran şəhər Mərkəzi Xəstəxanasına müraciət etmiş, orada onun sərxoş olmaması barədə ona rəy verilmişdir. Buna görə də barəsində İXM-nin 333.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarında olan:Alkotesterin nəticələrinə dair qəbzdən görünür ki, ** AD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü xx.xx.2023-cü il tarixdə saat 08:49-da müayinə edilmiş, onun bədənində 0,354 promil alkoqol aşkar edilmişdir. Lənkəran DYPB tərəfindən verilmiş arayışdan görünür ki, Şəxs İXM-nin 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı il ərzində təkrar törətməmişdir. Şəxs tərəfindən təqdim edilmiş 29 aprel 2023-cü il tarixli 001115 №-li sərxoşluq vəziyyətinin tibbi müayinəsi Aktından görünür ki, 29 aprel 2023-cü il saat 11:10-da narkoloji müayinədən keçmiş, müayinə zamanı Şəxs alkoqol sərxoşluğu aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»nın 2.4-cü bəndində qeyd olunur ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi inzibati məsuliyyətə səbəb olur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 08:49 radələrində Ford Transıt yük markalı **-AD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili Lənkəran şəhərində alkoqol sərxoşluğu vəziyyətində idarə etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xx.xx.2023cü ilk tarixdə saat 09:10-da Ford Transıt yük markalı **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyət idarə etməməsi barədə izahatının dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsas kimi qəbul edilə bilməz. İşin faktiki hallarından müəyyən olunur ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 09:10 radələrində Ford Transıt yük markalı **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobili Lənkəran şəhərində idarə edərkən yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılmış, həmin günü saat 08:49-da alkotester vasitəsi ilə sərxoşluğu müayinə olunmuşdur. Müayinə zamanı onun bədənində 0,354 promil alkoqol aşkar edilmiş, bununla bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin Şəxs həmin müayinədən dərhal sonra deyil, 2 saat keçdikdən sonra, yəni saat 11:10-da narkoloji müayinədən keçmiş və onun sərxoş olmadığı müəyyən olunmuşdur. Bu da həmin müddət ərzində şəxsin orqanizmində alkoqolun sorulmasına kifayət etmiş olardı. Məhkəmə Şəxs avtomobili idarə edərkən sərxoş olmaması ilə bağlı təqdim etdiyi 29 aprel 2023-cü il tarixli 001115 №-li sərxoşluq vəziyyətinin tibbi müayinəsi Aktı ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»nın 2.7-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kollegiyasının Q25-001-17 №-li, 12 may 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Yol-patrul xidməti haqqında Təlimat»ın 5.10, 5.11 və 8.7-ci bəndlərinə əsasən: 5.10. YPX inspektoru tərəfindən alkotester və narkotestr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na uyğun olaraq tətbiq edilir. 5.11. Şəxs alkotester və ya narkotesterlə aparılan müayinənin nəticəsi ilə razılaşmadıqda hal şahidlərinin iştirakı ilə «Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərilmə barədə protokol» tərtib olunur və o, tibbi müayinə olunması üçün dövlət tibb müəssisəsinə göndərilir. 8.17. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olduğunu güman etməyə kifayət qədər əsaslar olduqda ona xüsusi texniki vasitədən (alkotestr, narkotestr) istifadə etməklə sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün müayinə olunma təklif olunur. Şəxs bundan imtina etdikdə və ya müayinənin nəticəsi ilə razılaşmadığı halda tibbi müayinəyə aparılır. Bu halda müvafiq protokol tərtib edilir və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Qeyd olunanlardan müəyyən olunur ki, şəxs o halda sərxoşluğun müəyyən edilməsi ilə bağlı nakoloji müayinədən keçirilir ki, sonuncu alkotester müayinəsindən keçməkdən imtina etmiş olsun. Lakin işin faktiki hallarından da müəyyən olunur ki, Şəxs Lənkəran ŞRPŞ-də verilmiş izahatında sərxoş olduğunu etiraf etmiş, bir daha belə hallara yol verməyəcəyini bildirmiş, alkotesterin nəticələri ilə razı olmaması barədə hər hansı fikir ifadə etməmişdir. İnzibati xəta haqqında protokolda da bu barədə hər hansı qeyd göstərməmişdir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri tərtib edilmiş inzibati xəta haqqında protokol, alkotestrin nəticələrinə dair müayinə qəbzi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. İXM-nin 333.1-ci maddəsinin sanksiyasında dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşma inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. Qeyd olunan Məcəllənin 32.2 və 55.2-ci maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xəta törədənin təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində aşağı həddə sürücülük hüququnun məhdudlaşdırılması tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 6(altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar